Rumıniyalı gənclər Milli Məclisdə olublar
29.07.2011 [10:36]
Dünən Ruminiyanın hakim Liberal-Demokrat Partiyasının Gənclər Təşkilatının nümayəndə heyəti Milli Məclisdə olub. Parlamentlə tanışlıq zamanı qonaqlara Azərbaycanda demokratik şəraitdə keçirilən parlament seçkiləri barədə geniş məlumat verilib. Qeyd edilib ki, demokratik prinsiplərə hörmətlə yanaşan Azərbaycan bunu hər addımında sübuta yetirir. Seçki qanunvericiliyinin ildən-ilə təkmilləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması ölkədə keçirilən seçki proseslərində özünü qabarıq şəkildə nümayiş etdirir. Seçicilərin seçki hüququndan yüksək səviyyədə istifadə edərək istədikləri namizədə dəstək olmaları yaradılan demokratik şəraitin göstəricisidir. Azərbaycan parlamentində 125 deputatın təmsil olunduğu qonaqların diqqətinə çatdırılıb.
Nümayəndə heyətinin üzvləri iclas zalı ilə tanış olublar. Burda yaradılan şərait barədə qonaqlara ətraflı məlumat verilib. Deputatların gündəlikdə duran məsələlər barədə necə məlumat əldə etdikləri, səsvermənin necə həyata keçirildiyi ətraflı şəkildə qonaqlara çatdırılıb.
Bildirilib ki, Milli Məclisin binası 2006-cı ildə tam təmirdən çıxıb. Dünya standartlarına cavab verən texnologiyalarla təchiz edilib. İclasın gedişini izləmək üçün mətbuat nümayəndələrinə yaradılan şəraitdən də bəhs olunub.
Sonra qonaqlar “Heydər Əliyev xatirə zalı”nda olublar.
Burada əks olunan şəkillər Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə qonaqlarda aydın təsəvvür yaradıb. Qonaqlara məlumat verilib ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.
O da bildirilib ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilib. Həmin ilin oktyabrında ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Xatirə zalında əksini tapan şəkillərdə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri aydın şəkildə özünü göstərir. Qonaqlar daha şəxsiyyət haqqında dolğun məlumatlar əldə etmələrindən böyük sevinc hissi keçiriblər. Xüsusilə, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası, “Əsrin müqaviləsi”nin imzalanması barədə məlmatlar rumıniyalı gənclərdə böyük maraq doğurub.
Sonra parlamentin görüş zalı ilə tanışlıq olub.
Bildirilib ki, Milli Məclisin sədri rəsmi qonaqlarla görüşlərini məhz, bu zalda keçirir. Eyni zamanda, parlamentin komitə iclasları da bu zalda təşkil olunur.
Milli Məclislə tanışlıqdan böyük məmnunluq hissi nümayəndə heyətinin üzvlərinin açıqlamalarından da aydın olub.
Rumıniyanın Liberal-Demokrat Partiyası Gənclər Təşkilatının nümayəndə heyətinin rəhbəri Andrey Florea deyib: “Biz bu gün xoş təəssüratlarla burdayıq. Təbii ki, bizim də çox yaxşı parlamentimiz var. Amma Azərbaycan parlamentinin binası çox gözəldir. Həm iclas zalı, həm burada istifadə olunan ən yüksək texnologiyalar xüsusi diqqətimizi çəkdi. Bu gözəllikdən əlavə, düşünürük ki, burda təmsil olunan deputatlar eyni zamanda ölkədə insanların rifahı, qanunun aliliyi üçün çalışırlar. Burda səs verən bütün deputatlara uğurlar arzulayıram. Əminəm ki, onlar ölkələrinin daha da möhkəmlənməsi, qüdrətlənməsi, insanların sosial rifah halının yaxşılaşması üçün yeni-yeni qanunların qəbulu istiqamətində daha böyük səylər göstərəcəklər.
ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində partiyaların rolu böyükdür. Biz YAP Gənclər Birliyinin dəvəti ilə Azərbaycandayıq. Bundan çox məmnunuq. Eyni zamanda, Rumıniyanın hakim Liberal Demokrat Partiyasının Gənclər Birliyi olaraq, YAP Gənclər Birliyini bütün beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Xalq Partiyasının Gənclər Təşkilatında da dəstəkləyirik. Bu dəstəyi digər təşkilatlarda da göstərməyə çalışacağıq. Təbii ki, bu, bizim qardaşlıq borcumuzdur. Harda Azərbaycan, Rumıniya olacaq, bu dəstək davamlı olacaq”.
Nümayəndə heyətinin üzvü Andrada Dinu isə söyləyib: “çox sevinirəm ki, Azərbaycandayam. Rumıniya parlamentinin senatında müşavir vəzifəsində çalışıram. Ona görə də Azərbaycan parlamenti mənə çox əziz gəldi. çünki gündəlik parlamentdə oluram. çox ölkələrin parlamentində olmuşam. Sizin parlamentiniz çox müasirdir. Rumın xalqı Azərbaycan xalqının yaxın dostudur. ölkələrimizin dövlət başçıları çox yaxın dostdurlar. ölkə Prezidentlərinin bu dostluq münasibətlərinə söykənərək, biz gənclər təşkilatları öz aramızda əməkdaşlıq əlaqələrini ən yüksək səviyyəyə çatdırmaq istəyirik. çünki buna hər iki tərəfdən dəstəyimiz var. Bu əlaqələrin inkaşfına dəstək olaraq YAP Gənclər Birliyinin 10 nəfərdən ibarət nümayəndə heyətini Rumıniyaya dəvət etdik. Bu gün də biz 10 nəfərlik nümayəndə heyəti ilə Azərbaycandayıq.
Səfərdən çox məmnunam. Azərbaycanlı həmkarlarımız bizi çox yüksək səviyyədə qarşıladılar. Qısa zamanda yenə də Azərbaycanda olmaq istərdik”.
Qeyd edək ki, Rumıniyanın hakim Liberal-Demokrat Partiyası Gənclər Təşkilatının nümayəndə heyətinin ölkəmizə səfəri bu gün başa çatır.
RAMİL
Xəbər lenti
Hamısına baxGündəm
01 May 11:17
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

