Yaxın Şərqdə “su müharibəsi” başlayır?
31.05.2023 [10:30]
İran ilə Taliban arasındakı döyüşlər siyasi motiv almağa başlayır
Xəbər verildiyi kimi, mayın 27-də İranın Sistan-Bəlucistan əyalətinin Hirmand rayonundakı Sasuli polis məntəqəsi yaxınlığında Taliban sərhəd qüvvələri ilə İran sərhədçiləri arasında silahlı qarşıdurma yaşanıb. Hadisə zamanı hər iki tərəfdən ölənlərin və yaralananların olduğu deyilib.
Taliban müvəqqəti hökumətinin Müdafiə Nazirliyi iki tərəf arasında qarşıdurmaya səbəb kimi Nimroz vilayətinin Kanq rayonunun sərhəd bölgəsində İran əsgərlərinin atəş açmasını göstərib. Nazirlik “müharibəyə başlamaq üçün bəhanələr uydurmaq və neqativ hərəkətlərə yol verməyin heç bir tərəfin xeyrinə olmadığını” bildirib və əlavə edib ki, Taliban administrasiyası hər hansı problemi həll etmək üçün dialoqu ən ağlabatan yol kimi görür.
Qeyd edək ki, son günlər Hilmend çayında suyun paylaşılması ilə bağlı İran və Taliban arasında gərginlik yaşanır. Taliban administrasiyası bölgədəki quraqlıq səbəbindən Hilmend çayındakı Keceki bəndi və Kemal Han çaylarında suyun miqdarının azaldığını və buna görə də suyun İrana çatmadığını iddia edir. İran isə bildirir ki, texniki komitə bəndlərə baş çəkməli və bu vəziyyəti təsdiqləməlidir.
“Tehranı işğal edərik”...
Analitiklərin fikrincə, Taliban və İran arasındakı atışma qarşıdakı dövr üçün mühüm siqnaldır. Təsadüfi deyil ki, ötən bazar günü Taliban rəhbərliyin əmri ilə İranı 24 saat ərzində ələ keçirəcəkləri ilə hədələyiblər. Bu bəyanat İran və Əfqanıstan sərhədində baş verən qarşıdurmalardan sonra verilib. Qrupun lideri Əbdülhəmid Xorasani deyib ki, Taliban İran ilə ABŞ-dan daha çox canfəşanlıqla “mübarizə aparacaq”. “Bizim gücümüzü sınamayın və yoxlamayın. Siz qərblilərlə pərdə arxasında görüşürsünüz, biz isə əsl müsəlmanıq. Əgər “İslam Əmirliyi”nin rəhbərləri icazə versə, Tehranı fəth edəcəyik”, - Əbdülhəmid Xorasani bildirib.
Helmand uğrunda savaş başlayır...
Qeyd edildiyi kimi, toqquşmanın səbəbi iki ölkə arasındakı Helmand çayı üzərindəki hüquqlarla bağlıdır. Çayın uzunluğu 1000 km-dən çoxdur və Əfqanıstandan İranın quraq şərq rayonlarına axır. Bir müddət öncə İran Talibana ultimatum verərək İranın çay üzərindəki inzibati hüquqlarını pozmamaq barədə xəbərdarlıq etmişdi. Toqquşmaların bundan bir həftə sonraya təsadüf etməsi isə təsadüfi deyil - Tehran Kabilin elektrik enerjisi istehsal etmək və əkin sahələrini suvarmaq üçün çayı bəndlə bağlamaq qərarından narahat olaraq bu yola əl atıb.
Ümumiyyətlə, son illər İran da daxil olmaqla Yaxın Şərqdə su qıtlığı problemi yaşanır. Bu səbəbdən də mayın 18-də İran ilə Talibanın xarici işlər nazirləri arasında su hüququ məsələləri müzakirə olunmuşdu. Əfqanıstan artıq üçüncü ildir quraqlıq yaşadığını əsas gətirərək “sözündən” dönməmişdi.
Məsələ siyasiləşir - İranda hüquqları pozulan sünnilər...
Qeyd edək ki, “su müharibəsi” kimi başlanan İran-Əfqanıstan hərbi qarşıdurması artıq siyasi yön almaqdadır. Artıq son etirazlar dövründə İranın Sistan və Bəlucistan əyalətində yaşayan sünnilərin hüquqları ilə bağlı problemlər “müzakirə mövzusu” olmağa başlayıb. “HalVash” insan haqları qrupu İran qüvvələrinin minaatanlardan atəş açdığını, Talibanın isə İran sərhəd postunu pulemyotlardan atəşə tutduğunu əks etdirən video yayımlayıb. Digər Taliban döyüşçüləri NATO qüvvələrindən qalan zirehli maşınlarla döyüşə hazır vəziyyətindədir.
Məsələ burasındadır ki, Taliban Əfqanıstanı 2021-ci ilin avqustunda, ABŞ və NATO qoşunlarının 20 illik müharibədən sonra ölkədən çıxdığı vaxt işğal edib. Beləliklə sülhməramlı qoşundan qalan müasir silahlar da Talibanın əlinə keçib. Bununla bağlı Qərb mətbuatı məlumat yayıb. “The Telegraph” bildirib ki, Taliban İrana qarşı ələ keçirdiyi silah arsenalından istifadə edə bilər. Taliban 950-yə yaxın zirehli transportyora - M1117, M113 və “MaxxPro”ya sahibdir. Həmçinin 22 mindən çox səhra avtomobili, 8 min yük maşını və 42 min mülki avtomobil də Talibanın “sərəncamındadır”. Ən əsası isə Taliban İrana qarşı müharibədə əlindəki 60 mindən çox pulemyotdan da istifadə edə bilər.
Çin işə qarışa bilər...
Qeyd edək ki, İran Taliban terrorçu qrupunun qurduğu hökuməti birbaşa tanımasa da, onlarla yaxın əlaqədədir. Cenevrədə yaşayan əfqan analitik Torek Farhadinin Qərb mətbuatına açıqlamasında bildirilir ki, prosesi sakitləşdirmək üçün Çinin geosiyasi rolundan istifadə oluna bilər. Vurğulayaq ki, Pekin də Tehran kimi Taliban hökumətini rəsmi olaraq tanımır - lakin Taliban nümayəndələri ilə müəyyən əlaqələr mövcuddur. Farhadi hesab edir ki, hələ də Kabildəki səfirliyini bağlamayan Çin də “təhlükəsiz Əfqanıstan” arzusundadır...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

