Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Ermənistana təzyiq vasitəsilə Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək mümkündür

Əli Həsənov: Ermənistana təzyiq vasitəsilə Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək mümkündür

07.09.2011 [10:58]

“Azərbaycan üçün Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqların potensialı hələ ki, tükənməyib. Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, “Mən hiss etsəm ki, danışıqların potensialı tükənib, bunlar yalnız danışıqlar aparmaq xatirinə aparılır, Azərbaycan tərəfi bu danışıqlardan imtina edəcək, digər vasitələrlə ərazi bütövlüyünü bərpa edəcək”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Azərbaycan tərəfinin hələ ki, bu potensialın tükənməsi barədə birmənalı bəyanat verə bilmədiyini söyləyib: “çünki ATƏT-in Minsk qrupunun həmsədrləri, eyni zamanda beynəlxalq sülhyaratma proseslərində iştirak edən digər institutlar belə düşünməyə əsas verir ki, Ermənistana təzyiq vasitəsilə bu məsələni dinc yolla həll etmək mümkündür”.
Ə.Həsənov Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə konkret fikir söyləyə bilməyəcəyini də deyib.

Paylaş:
Baxılıb: 953 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31