Ermənistanın iddiaları əsassızdır
15.07.2023 [10:10]
Blinkenin zəngi və Avropa Məhkəməsinin cavabı bunu sübut etdi
Nardar BAYRAMLI
Ermənistanın Azərbaycana qarşı beynəlxalq instansiyalarda qaldırdığı əsassız iddialar fiaskoya uğrayır. Bu dəfə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Rəsmi İrəvanı “məyus” edib. Belə ki, 2023-cü il 12 iyul tarixində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təmin tədbirlərinin tətbiqi ilə bağlı “Ermənistan Azərbaycana qarşı” məhkəmə işi üzrə Ermənistanın 2023-cü il 21 iyun tarixli tələbini tamamilə rədd edib. Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib. Beləliklə, Avropa Məhkəməsi Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib. Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci ilin 21 dekabr tarixli Qərarını pozduğunu müəyyən etməyib.
Ermənilər Blinkenin fikirlərini təhrif edirlər
Xatırladaq ki, iyulun 12-də ABŞ Dövlət katibi Antoni Blinken də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayıb. Bütün bunlar Ermənistanın ölkəmizə qarşı əsassız iddialarının iflasa uğradığını göstərir. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, ABŞ Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin sülh sazişi ilə sonlandırmağa çalışır. A.Blinkenin ifadə etdiyi mövqe də bu qənaətə gəlməyə əsas verir. Onun fikrincə, əslində ABŞ Dövlət katibi artıq sülh sazişinin imzalanmasının zamanının yetişdiyini və bunun üçün lazımi olan şəraitin mövcud olduğunu ifadə etmək istəyib: “Təbii ki, bu da Ermənistanın xoşuna gəlmir. Çünki İrəvan sülh sazişinin tezliklə imzalanmasında maraqlı deyil. Erməni mediası Azərbaycan Prezidentinin Blinkenlə telefon söhbətində bir məqamın üstündən keçir. Onlar Prezident Əliyevə Dövlət katibi Blinkenin telefon zəngi barədə məlumatlardan bir nüansı öz xeyirlərinə yozmağa çalışırlar. Ermənilərin çox “stavka” etdiyi məqam budur ki, Blinken Laçın yolunda nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təmin olunmasının vacibliyini vurğulayıb. Bəs Blinkenin Laçın yolunda “KPP” ilə bağlı dediklərini niyə görməzlikdən gəlirlər? Məlumdur ki, Blinken Prezident İlham Əliyevlə söhbətində “Laçın yolunda sərhəd-gömrük buraxılış məntəqəsinin daşımalarda önəmli rol oynadığını” xüsusi vurğulayıb. Bilirsinizmi bu nə deməkdir? O deməkdir ki, ABŞ Laçın yolunda “KPP”ni qanuni olaraq tanıyır. Bu faktın Avropa Məhkəməsinin “KPP”nin ləğv edilməsi barədə Ermənistanın iddiasına 12 iyul tarixli qəti rədd cavabı ilə bir vaxta düşməsi ermənilərin belini sındırır”.
A.Quliyev qeyd edib ki, erməni tərəfi Blinkenin dediyi fikirləri özlərinə sərf olunan formada təqdim edir: “Bu da Laçın yolun açılması ilə bağlı çağırışdır. Əslində, Azərbaycan da yolun açılmasının əleyhinə deyil. Əgər ermənilər qaydalara əməl edəcəklərsə, nəqliyyat vasitələrinin gediş-gəlişi humanitar xarakter daşıyacaqsa bu, təmin edilə bilər. Amma Ermənistan Laçın yolundan yoxlanılmamış nəqliyyat vasitələrinin intensiv hərəkətinin təmin olunmasına çalışır. Bütün bunların fonunda A.Blinkenin fikirləri çox əhəmiyyətlidir”.
Avropa Məhkəməsinin qərarı beynəlxalq hüququn təntənəsidir
Ermənistanın Laçın dəhlizi ilə bağlı beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialar qaldırmasına gəlincə, həmsöhbətimiz hesab edir ki, həm Avropa Məhkəməsinin, həm də Blinkenin mövqeyi o deməkdir ki, Ermənistanın bu məsələdə iddiaları tam iflasa uğrayıb. A.Quliyevin sözlərinə görə, beynəlxalq məhkəmələr Azərbaycanın maraqlarına zidd qərarlar verməyib: “Avropa Məhkəməsi ilk dəfə fevral ayında qərar çıxarmışdı. Hansı ki, Ermənistan Laçın yolunda ekofəalların etiraz aksiyasını Qarabağda yaşayan ermənilərin “soyqırımı” kimi təqdim etməyə çalışırdı. Ona görə də, məhkəmədən müvafiq tədbirlər görülməsini istəmişdi. Lakin məhkəmə isə qərar verdi ki, bu məsələnin soyqırımı ilə bağlı heç bir əlaqəsi yoxdur. İyunun 15-də Ermənistan tərəfinin Laçın postunu atəşə tutması nəticəsində bir hərbi qulluqçumuz yaralandı. Bu hadisə ilə bağlı istintaq tədbirləri həyata keçirildiyi üçün nəzarət-buraxılış məntəqəsindən gediş-gəliş məhdudlaşdırıldı. Buna görə Ermənistan yenidən dövlətimizi məhkəməyə verdi. Avropa Məhkəməsinin son qərarı da rəsmi İrəvanın iddialarının nəticə vermədiyini göstərdi. Çünki dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi yaratmaq və onun fəaliyyətini tənzimləmək Azərbaycanın suveren hüququdur. Məhkəmə qərarları Ermənistanın iddialarının əksinə olduğuna görə, beynəlxalq hüququn təntənəsi hesab oluna bilər. Eyni zamanda, Ermənistan bir daha Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi ləğv olunsun deyə tələb qoya bilməyəcək, qoysa da heç kim ona əhəmiyyət verməyəcək”.
Xəbər lenti
Hamısına baxSosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08

