Moskva görüşü nə ilə yadda qaldı?
27.07.2023 [10:22]
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində diplomatik fəallıq əhəmiyyətli dərəcədə artıb. Təkcə bu ilin ötən dövründə həm dövlət başçıları, həm də xarici işlər nazirləri səviyyəsində bir neçə görüş keçirilib. Prosesdə Rusiya, ABŞ və Avropa İttifaqı vasitəçilik edir. İyulun 25-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi üzrə altıncı görüşünə isə Moskva ev sahibliyi edib.
Belə ki, həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli, daha sonra isə Rusiyanın XİN başçısı və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.
Ermənilərin siyasi manipulyasiyası
Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb. Ceyhun Bayramov bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğulayıb.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Laçın yolundan hərbi məqsədlər, habelə Azərbaycanın təbii sərvətlərinin qanunsuz daşınması üçün sui-istifadə hallarına qarşı tədbirlərin Azərbaycanın suveren hüququ olduğu bildirilib. Bu məqsədlə, eyni zamanda, Azərbaycan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin təsis edilməsinin zəruri tədbir olduğu diqqətə çatdırılıb. Nazir sərhəd-buraxılış məntəqəsinin yaradılmasından bəri erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfindən iyunun 15-də keçid məntəqəsinə qarşı törədilmiş təxribatın erməni sakinlərin keçidinə maneçilik törətdiyini bildirib. Hazırda Azərbaycan tərəfindən erməni sakinlərin tibbi məqsədlər üçün keçidinin təmin olunduğu diqqətə çatdırılıb.
Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla bir sıra təkliflər irəli sürülməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə qarşı çıxması onların məkrli niyyətlərini və humanitar vəziyyət barədə iddiaların siyasi şantaj olduğunu göstərdiyi qeyd olunub.
Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsinin, eləcə də öhdəliklərə zidd olaraq hələ də tam olaraq Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtlər olduğu Ceyhun Bayramov tərəfindən vurğulanıb.
“Dağlıq Qarabağ” sözünü işlətmə...
”Rusiya xarici işlər naziri Sergey Lavrov da görüşlə bağlı açıqlama verərək bildirib ki, Rusiya 10 noyabr sazişindəndən irəli gələn öhdəliyinə əsasən Ermənistanla Azərbaycan arasında vasitəçi rolunu oynamağa davam edir. Onun sözlərinə görə, görüşlərdə kommunikasiyaların açılması və maneəsiz hərəkətin bərpası müzakirə edilib. Həmçinin Azərbaycanla Ermənistan sərhədinin delimitasiyası müzakirə olunub. Lavrov qeyd edib ki, Moskva tərəflərin prosesə digər vasitəçiləri də cəlb etməkdə maraqlı olduğunu başa düşür və Bakı ilə İrəvan arasında razılıq əldə edilməsi yönündə atılan addımları alqışlayır. Diplomat vurğulayıb ki, tərəflər növbəti görüşlərə hazırlıq və cari ildə dövlət başçılarının sammitinin keçirilməsi barədə razılığa gəliblər. “Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasında hər cür kömək etməyə hazırdır”, - deyən Lavrov əlavə edib ki, ölkəsi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına hörmətlə yanaşılmasına və həyata keçirilməsinə tərəfdardır.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə maraqlı anlar da yaşanıb. Bu, Rusiya XİN rəhbəri Sergey Lavrovun çıxışa başlamağa hazırlaşması zamanı olub. Belə ki, Rusiyanın nümayəndə heyətində yer alan diplomat S.Lavrovun qulağına “Dağlıq Qarabağ” sözünü işlətməməsini deyib: “Keçmiş Dağlıq Qarabağ termini azərbaycanlıların xoşuna gəlməyə bilər. Erməni həmkarlara üstörtülü deyərik”.
Sülhə kim mane olur?
Ermənistan XİN başçısı Ararat Mirzoyan isə görüşdə “ənənəvi” erməni mövqeyi nümayiş etdirib. Mirzoyan Qarabağda vəziyyətin “humanitar fəlakətə çox yaxın olduğunu” iddia edib və deyib ki, Laçın dəhlizinin “blokadası” ilə bağlı Qarabağdakı vəziyyət danışıqlar prosesini çətinləşdirir.
Qeyd edək ki, nazirlərin Vaşinqton görüşlərində sülh sazişinin bəzi bəndlərinin razılaşdırıldığı bəyan edilsə də, son Moskva görüşündə hər hansı razılaşma ilə bağlı açıqlama verilməyib. Sülh sazişinin imzalanması istiqamətində ciddi irəliləyişə Ermənistanın qeyri-konstruktiv mövqeyi mane olur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

