Gizli planın aşkar nəticəsi...
27.07.2023 [10:54]
Qərb Ukraynaya istədiyi silahları vermir, son əsgərə qədər döyüşməsini gözləyir
Bir il beş aydır davam edən Rusiya-Ukrayna müharibəsi dünyanın siyasi-hərbi mənzərəsinə yeni nüanslar “qazandırmağa” davam edir. Ötən dövr ərzində Qərbin Ukraynanın əli ilə hansı “hərbi”, “iqtisadi” və ya “siyasi” nəticələrə nail olmaq istədiyi üzə çıxdı - yeni hərbi mənzərənin formalaşdırılması ilə yanaşı, siyasi mənzərəyə də mühüm təsirlər istisna edilə bilməz. Belə ki, Rusiyanın apardığı eskalasiyaya qarşı Avropanın demək olar ki, bütün dövlətlərinin eyni mövqedən çıxış etməsi təsəvvürlərdə Qərb-Rusiya qarşıdurmasının yeni fazasını formalaşdırsa da, iqtisadi sanksiyaların istisnasız hər kəs üçün keçərli və vacib şərt kimi irəli sürüldüyünü göz önünə gətirsək də buna tam əməl edilməməsi müəyyən şübhələrə yol açır. Qərb həqiqətən də Rusiya ilə “düşməndirmi”? Yoxsa, iki ilə yaxındır ki, Ukraynaya boş vədlərdən başqa bir şey verməyən Qərbin başqa planları mövcuddur..? Bəzi məqamlarda bu iddiaların heç də əsassız olmadığı düşünülür. Qərbin tutduğu yol özü “pazlı” tamamlayır...
Qərbin hədəfləri...
Bir müddət öncə Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirmişdi ki, Qərb rəsmi Kiyevə Moskva ilə danışıqlar prosesini davam etdirməyi qadağan edib. Rusiyalı nazir demişdi ki, Qərb Ukraynadan Rusiyaya qarşı istifadə etməyə çalışır. Ortaya maraqlı sual çıxır - Qərbin bu məsələdə “orbitr” kimi iştrakı nəyə hədəflənib? Onlar Ukraynadan Rusiyaya qarşı niyə istifadə etməyə çalışır?
Təbii ki, sual ritorik xarakter daşıyır və cavabı bəllidir. Rusiyanın NATO ilə yeni II Soyuq müharibənin ardından hərbi toqquşması baş verməli idi və bu da Şərqi Avropaya “təsadüf etdi”. Amma problemin bu qədər dərinləşməsi, qlobal xarakter alması kimlərin marağındadır? Nəzərə alsaq ki, Kremlin Ukrayna ilə bağlı önə sürdüyü əsas səbəblərdən biri Şimali Atlantika Alyansının Rusiya sərhədlərinə yaxınlaşmaması idi - nəticə nə deyir? Artıq iki ilə yaxındır ki, müharibə gedir, amma NATO Ukraynanı sıralarında “görməyə tələsmir”. Hətta bir sıra Qərb hərbi mütəxəssisləri bu rəyin təsdiqi üçün NATO ölkələrinin ötən dövr ərzində Ukraynaya etdiyi yardımlara nəzər salmağı tövsiyə edir - təbii ki, bu yardımlar daha da artıq ola bilərdi, amma Ukraynanın Alyansın tamhüqquqlu üzvü olmaması buna maneçilik törədir. Bu baxımdan da, hələ ötən ilin aprel ayından bəri Ukraynanın NATO üzvü olmasının vacibliyini özündə əks etdirən açıqlamalar gündəmə gəlir. Prosesin əvvəlində bütövlükdə Qərbin rəyi üzvlüklə bağlı lazım olan müddətin tezləşdirilməsi üçün xüsusi imtiyazların tanınması şəklində idisə, artıq prosedurun uzunmüddətli olması kimi fikirlər məsələyə hakim kəsilib.
Puç olan arzular...Verilən “silahlar”...
Qərbin Ukrayna məsələsi ilə bağlı Rusiya ilə separat danışıqlara başlaması və əks-hücum əməliyyatları üçün Ukraynaya kifayət qədər silah tədarük etməməsi onun siyasi riyakarlığını bir daha sübut edir. Bu faktlarla ortadadır. Müharibə başlayan dövrdən ən yeni texnikaların Kiyevə veriləcəyini “iddia edən” Qərb real işi ilə seçilmir. Ukraynaya göndərilənlər isə:
- keçmiş post-Sovet ölkələrinin Rusiya istehsalı olan silah-sursatı;
- Varşava paktı ölkələrinin SSRİ-dən aldığı tanklar və köhnə təyyarlər;
- Qərbin imtina edəcəyi sursatlar...
Görünən budur ki, Prezident Zelenskinin istədiyi silahlar verilmir, amma bununla yanaşı, Qərb Ukraynadan son əsgərə qədər döyüşməsini gözləyir. Hətta Qərb təbliğatını apardığı maliyyə dəstəyini də tam göstərmir - Ukrayna rəsmiləri etiraf edirlər ki, maliyyə “yardımlarının” yalnız adı və məbləği “eşidilir”. Bu ağır vəziyyətin fonunda Qərb və Rusiya arasında Ukraynanın bölünməsi istiqamətində iş gedir.
Qərbin “ayaq yeri” - Rusiya ilə əlaqələr davam edir
Qərb Rusiyaya qarşı iqtisadi-siyasi sanksiyalar tətbiq etsə də, özünə “ayaq yeri” də qoyub. Bəzi məqamlar Qərbin özünü bu sanksiyaların qurbanına çevrilməsinin qarşısını alır. Qərb Rusiya ilə ticarət əlaqələrini minimallaşdırsa da, tam kəsmir. Qərb hətta enerji tədavülünü də tam şəkildə sonlandırmır. Min bir bəhanə və yolla Rusiya enerjisi Qərbə “yol alır”. Bunun qarşılığında isə Ukraynanın qarşısına danışıqlardan tam imtina tələbi qoyulur, hətta kompromislə bağlı ən xırda işartıların verilməsinin belə qarşısı alınır. Bu nə dərəcədə səmimi “mübarizədir”? Demək ki, Qərbin əsl planı heç də iddia etdiyi prioritetlərə söykənmir. Gizli planlardan isə Ukraynanın xəbəri yoxdur...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

