Türkiyə Prezidentinin Macarıstana səfəri...
20.12.2023 [10:15]
İki ölkənin münasibətləri strateji səviyyəyə yüksəlib
Nardar BAYRAMLI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana rəsmi səfər edib. Səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib, dövlətlər arasında bir sıra sazişlər imzalanıb.
“Nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb
Rəcəb Tayyib Ərdoğan Budapeştdə Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının yaydığı məlumatda qeyd olunub ki, görüş zamanı Türkiyə-Macarıstan ikitərəfli əlaqələri, qlobal və regional problemlər, İsrailin Qəzzaya hücumları ilə bağlı məsələlər müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin bütün münaqişə bölgələrində sülhü təmin etmək və qlobal sülhə xidmət etmək səylərinin davam etdiyini vurğulayıb. O əlavə edib ki, regional və qlobal sülh, insan haqları və beynəlxalq hüququn qorunması üçün İsrailin Fələstin torpaqlarına hücumlarına son qoyulmalıdır. Ərdoğan, həmçinin Budapeştə səfərindən sonra Türkiyə ilə Macarıstan arasında əlaqələrin daha da dərinləşəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, Prezident Ərdoğan və Macarıstan Baş naziri Viktor Orban Türkiyə-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YDSK) altıncı iclasında iştirak edib. Liderlərin səd?liyi ilə keçirilən iclasdan sonra iki ölkə arasında 17 maddədən ibarət əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan sənədlər arasında “Nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyəti xüsusi vurğulanıb.
Ərdoğan: Münaqişələrin həllinə töhfə verməyə hazırıq
Keçirilən birgə mətbuat konfransında Ərdoğan və Orban Türkiyə-Macarıstan münasibətlərinin inkişafından məmnunluğunu bildirib. Prezident Ərdoğan Türkiyənin yaxın regionlarda münaqişələrin həllinə töhfə verməyə də hazır olduğunu bəyan edib. O deyib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır. Bu məsələ müharibə yolu ilə həll oluna bilməz və tərəflər diplomatiyaya üstünlük verməlidirlər. Ərdoğan onu da əlavə edib ki, Türkiyə İsrailin Qəzzaya hücumlarını dayandırması üçün səylərini davam etdirir.
Orban: Türkiyə olmadan Macarıstanın təhlükəsizliyi yoxdur
Macarıstanın Baş naziri Viktor Orban isə ölkəsi ilə Türkiyə arasında ikitərəfli əlaqələrin əhəmiyyətinə diqqət çəkib. Orbanın sözlərinə görə, Türkiyə olmadan Macarıstanın təhlükəsizliyi yoxdur. Macarıstanı təhdid edən miqrasiya təhlükəsi Türkiyəsiz dayandırıla bilməz. “Bu gün əlaqələrimizi hərtərəfli strateji əməkdaşlığa yüksəl?mişik. Bundan daha yüksək bir şey varmı, bilmirəm. Diplomatik dillə desək, dostluq və qardaşlıq baxımından ən güclüsü budur”, deyə - o bildirib.
Baş nazir Türkiyənin irəli sürdüyü qlobal layihələrin əhəmiyyətinə toxunub: “Gələcək əsr üçün çox böyük bir layihə irəli sürdünüz. Gələcək əsr sizin olacaq. Biz buna inandıq, müqavilələr bağladıq”. Rəsmi olaraq 21-ci dəfə görüşdüklərini ifadə edən Orban iki ölkə arasında ticarət həcminin iki dəfə artdığını vurğulayıb.
Qeyd edək ki, Prezident Ərdoğan iki ölkə arasında əlaqələrin 100-cü ildönümü münasibətilə Viktor Orbana “HU TR-100” dövlət nömrə nişanlı TOGG elektrik avtomobili, Orban da öz növbəsində Türkiyə liderinə macar atı hədiyyə edib.
Türkiyə-Macarıstan Mədəniyyət İlinin açılışı olub
Bundan başqa hər iki ölkənin liderləri Türkiyə-Macarıstan Dostluq Müqaviləsinin 100-cü ildönümü münasibətilə Türkiyə-Macarıstan Mədəniyyət İlinin açılış mərasimində iştirak ediblər. Mədəniyyət ili çərçivəsində 2024-cü il ərzində müxtəlif tədbirlər keçiriləcək. Bildirilib ki, bir il davam edəcək tədbirlər türk və macar xalqlarını bir-birinə daha da yaxınlaşdıracaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

