Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Məhkəməsindən Parisə vurulan tərs sillə

Avropa Məhkəməsindən Parisə vurulan tərs sillə

22.12.2023 [11:00]

Bugünlərdə Avropa Ədalət Məhkəməsi Fransaya qarşı ədalətli qərar imzalayıb. Belə ki, qurum Avropa Komissiyasının (AK) Air France və Air France-KLM qrupuna Fransanın dövlət yardımını təsdiqləmə qərarını ləğv edib. Bu barədə məhkəmənin bəyanatında bildirilib. Məhkəmənin bəhs olunan qərarı Avropa İttifaqı (Aİ) məkanında və elə Fransanın özündə də birmənalı qarşılanmayıb.

Geniş müzakirələrə yol açan qərar və yaxud məsələnin mahiyyəti nədən ibarətdir?

Gözlənildiyi kimi, Avropa Ədalət Məhkəməsinin qərarı geniş müzakirələrə yol aşıb. Bəs məsələnin mahiyyəti nədən ibarətdir? Qurumun yaydığı bəyanatdan aydın olur ki, məhkəməyə “Ryanair” və “Malta Air” aviaşirkətləri haqsız rəqabətlə bağlı şikayət ediblər. Qeyd edək ki, 2020-ci ildə pandemiya ilə əlaqədar daşımaların kəskin azalması fonunda Fransa hakimiyyəti Avropa Komissiyasından “Air France”a 4 milyard avro məbləğində dövlət zəmanəti qarşılığında ümumi məbləğin 90 faizi həcmində kredit, eləcə də 3 milyard avroluq səhmdar krediti vermək üçün icazə istəyib. 2021-ci ilin mart ayında Paris həmçinin AK-ni Air France və Air France-KLM qrupunun borclarını azaltmaq üçün cəmi 4 milyard avro məbləğində yenidən kapitallaşdırılması üçün məqsədyönlü dəstək vermək planları barədə xəbərdar edib. Nizamnamə kapitalının artırılması üçün birbaşa Fransa büdcəsindən 1 milyard avro ayrılması planlaşdırılırdı. 2023-cü ilin aprelində Air France-KLM dövlətə olan borcunu tam ödədiyini bildirib.

Avropa Komissiyası yoxlamalardan sonra qərara gəlib ki, “Air France” bu yardımdan yeganə faydalanan qurumdur və tədbirlərin özü Aİ daxili bazarında qarşılıqlı fəaliyyət qaydalarına uyğundur. Bununla belə, “Ryanair” və “Malta Air” Avropa Məhkəməsində bu tədbirlərin Aİ qaydalarını pozduğunu sübut edərək AK-nin benefisiarların sayını səhv hesabladığını üzə çıxarıblar. Sənəddə vurğulanır: “Ümumi yurisdiksiya məhkəməsi bu hərəkətləri dəstəkləyir və komissiyanın qərarlarını ləğv edir. Air France-KLM qrupuna daxil olan şirkətlər arasında maliyyə, üzvi, funksional və iqtisadi əlaqələri və sözügedən tədbirlərin təmin edən müqavilə çərçivəsini nəzərə alaraq belə qənaətə gəlir ki, Air France-KLM (birinci işdə) və KLM (ikinci halda) ən azı dolayı yolla dövlət yardımından faydalana bilmişdir”.

Fransa hakimiyyətinin ambisiyaları və ölkənin aşağı düşən nüfuzu

Məhkəmənin təqdim olunan qərarından aydın olur ki, prezident Emmanuel Makronun qurduğu hökumət iqtisadi sferada maxinasiyalara əl atmağı, haqsız rəqabətə yol verməyi adi hala çevirib. Yeri gəldi-gəlmədi demokratik ənənələri ilə öyünən, bu xüsusda az qala bütün dünyaya dərs vermək və beynəlxalq arbitraj rolunda çıxış etmək iddiaları sərgiləyən Fransanın nümunəsində biz bu kimi dəyərlərin və hüquq normalarının hakimiyyətin qolları tərəfindən inkar edildiyinin, onlara sayğısız münasibət bəslənildiyinin şahidi oluruq. Bu ölkənin uzaq Afrikada 500 illik tarixə malik müstəmləkəçilik və sümürmə siyasətindən əl çəkməməsi, iqtisadi təzyiq vasitələrini işə salmaqla yeni kolonializm siyasətinə rəvac verməsi və sümürməçiliyi davam etdirməsi bunun əyani təsdiqidir. Acı təəssüf doğuran haldır ki, mədəniyyəti, ənənələri və inkişaf səviyyəsi ilə öyünən bu ölkə hələ də iqtisadi rıçaqlarla əsarətdə saxladığı xalqların və ölkələrin həyatına yaxşı heç nə gətirməyib. Bu gün dənizaşırı ərazilərdə yerləşən onlarca ölkədə Fransa müstəmləkəçiliyinin kədərli izlərinə rast gəlmək mümkündür.

Lakin belə görünür ki, Fransa, xüsusən də Emanuel  Makron iqtidarı dövlət siyasətinə nüfuz edən ambisiyalarını yalnız müstəmləkə ölkələri ilə məhdudlaşdırmaq fikrində deyil. Fransadan verilən bəyanatlar, atılan addımlar ona dəlalət edir ki, E.Makron hakimiyyəti hətta ümumavropa jandarmı rolunda çıxış etmək həvəsinə düşüb. Bu ölkənin hazırkı rəhbərliyinin, o cümlədən də prezident E.Makronun davranışlarını yalnız bu baxış bucağından dəyərləndirmək mümkündür. Yeri gəlmişkən, bildir?lir ki, Fransa hökuməti pandemiya dövründə Avropa Komissiyasını məhz təzyiqlər müqabilində özünün məlum müraciətinə loyal yanaşmağa sövq edib. 

Son vaxtlarda E.Makronun və onun hökumətində təmsil olunan digər rəsmilərin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, sülhyaratma prosesi ilə bağlı birtərəfli mövqedən çıxış etmələri də Fransanın bütün əndazələri və beynəlxalq hüquq normalarını aşdığını, həmçinin Avropanın ümumi maraqlarına qarşı çıxdığını əyani şəkildə təsdiqləyir. Fransa hakimiyyətinin ayrı-ayrı qollarından, o cümlədən də E.Makronun özündən Azərbaycana qarşı edilən çağırışların və sərgilənən davranışların məntiqi başa düşülmür. Belə çağırışlar bir sıra hallarda yalnız Fransanın deyil, bütövlükdə Aİ-nin mövqeyi kimi təqdim edilir. Halbuki E.Makron iqtidarından səslənən və Azərbaycanın haqlı olaraq qəbul etmədiyi çağırışların əksəriyyəti Avropanın maraqlarına arxa çevirmək anlamına gəlir. Fransanın Avropa İttifaqının adından çıxış etməyə haqqı çatırmı? Xeyr! Bu ölkə yalnız qurumun üzvlərindən biridir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Aİ ilə çox sıx əməkdaşlıq münasibətləri quran ölkədir. Aİ ilə Azərbaycan arasında enerji dialoqunun uzun tarixi var. Son olaraq 2022-ci il 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu, Azərbaycanla Aİ arasında enerji dialoqunun perspektivlərinə dair yol xəritəsi sayılır. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Xatırladaq ki, məlum geosiyasi gərginliklər fonunda enerji təchizatı “qoca qitə” üçün həyati əhəmiyyətli bir məsələyə çevrilib. Azərbaycan Avropanın başqa mənbələrdən kəskin şəkildə azalan təchizatını qarşılamağa geniş imkanları olan ölkədir.

Avropa İttifaqının ayrı-ayrı rəsmilərinin ölkəmizin “qoca qitə” üçün artan rolunu yüksək  dəyərləndirmələri fonunda Fransanın davranışları bu ölkənin hər cür əndazəni aşması anlamına gəlir. Fransa dayandırılmalıdır. İndiyədək Azərbaycan heç vaxt E.Makron iqtidarının əsassız tələblərinə məhəl qoymayıb və özünün milli maraqlarını qətiyyətlə qoruyub. Eyni zamanda, ölkəmiz Fransanın müstəmləkəçilik siyasətinin ifşası istiqamətində cəsarətli addımlar atır. Fransa hakimiyyətinə növbəti sərt təpki Avropa Ədalət Məhkəməsindən gəlib. Çox doğru olaraq məhkəmənin verdiyi qərar E.Makron iqtidarının sifətinə çırpılan sərt sillə kimi dəyərləndirilir.

Avropa Ədalət Məhkəməsinin məlum qərarı həm də Fransanın beynəlxalq miqyasda və Aİ məkanında  nüfuzunun aşağı düşməsi fonunda dəyərləndirilir. Təkcə son vaxtlarda ayrı-ayrı  müstəmləkə ölkələrindən Fransaya kəskin etirazlar gəlib. Getdikcə daha çox ölkədə “Rədd ol, Fransa” şüarları eşidilir. Keçmiş müstəmləkə ölkələrində bir-birinin ardınca Fransanın hərbi, siyasi və iqtisadi mövcudluğuna son qoyulur. Bəhs olunan qərar ona dəlalət edir ki, E.Makron iqtidarı Fransanın Aİ məkanındakı nüfuzuna da ciddi xələl gətirib...

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31