Hibrid təhlükələrə qarşı birgə mübarizə...
30.12.2023 [11:10]
Türkiyə-Azərbaycan strateji əməkdaşlığı bütün təhdidlərə cavab vermək iqtidarındadır
Müasir texniki standartların yüksək inkişafı müharibələrin, eləcə də hərbi-siyasi təhdidlərin miqyasına və mahiyyətinə təsir göstərməkdədir. Yeni dövrdə müharibə standartlarına bir çox yeni çalarlar əlavə olunmaqdadır. Buna əsas səbəb elm və texnologiyaların sürətli inkişafı, elmi-texniki tərəqqinin nailiyyətlərinin bir çox sahələr kimi hərbi müstəviyə də təsir göstərməsidir. Xüsusilə son dövrlərdə beynəlxalq münasibətlərdə baş verən gərgin hadisələr, yaxın-uzaq regionlarda yaşanan hərbi qarşıdurmalar “hibrid müharibə” məsələsini daha da aktuallaşdırır. Vurğulanmalıdır ki, dünyanın aparıcı hərbi gücləri sayılan bir sıra dövlətlər milli təhlükəsizliyə dair sənədlərində artıq hibrid təhlükələrə qarşı mübarizə metodlarının müəyyənləşdirilməsi məsələsini daxil ediblər. Hibrid müharibəsi taktikası nəzəriyyələri 2010-cu ildən etibarən daha fəal şəkildə araşdırmağa başlanılıb. Hibrid müharibə tərəflərin informasiya-psixoloji qarşıdurması, yeni texnoloji vasitələrlə qabaqlamalar, hətta dezinformasiyalar vasitəsilə yönləndirmələri özündə əks etdirir. Analitiklər gələcək müharibələrin məhz hibrid xarakteri daşıyacağını da istisna etmirlər. Bu mənada, bütün dövlətlər son illərdə bu istiqamətdə hazırlıq səviyyəsini artırmaqdadır.
“Şuşa Bəyannaməsi”ni imzalamaqla həm də strateji hərbi müttəfiqliyini rəsmiləşdirmiş Türkiyə ilə Azərbaycan da hərbi - siyasi təhlükələrə qarşı səylərini uğurla inkişaf etdirirlər. Yeri gəlmişkən, Azərbaycan və Türkiyə hərbçilərinin növbəti birgə təlimləri həyata keçirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə çıxışı zamanı bildirib. O qeyd edib ki, 26-28 dekabr tarixləri arasında Azərbaycanda “Hibrid Təhdidlərə Cavab Təlimi” baş tutub.
Danılmaz faktdır ki, son illərdə Türkiyənin milli müdafiə sənayesi sahəsində inqilabi nailiyyətlər mövcuddur. Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik uçuş aparatları, qırıcılar, helikopterlər və avtomobillər istahsal edir. Yeni nəsil silahlarının vasitəsilə havadan-havaya döyüş aparmaq qabiliyyətinə malik təyyarə daxili silah yuvalarından səsdən yüksək sürətlə dəqiq zərbələr endirmək iqtidarındadır. Onun döyüş gücü süni intellekt və neyron şəbəkə dəstəyi ilə artırılıb. Eyni zamanda Azərbaycanın milli müdafiə sənayesi son 20 ildə mühüm uğurları ilə göz oxşayır. Yerli istehsal olan silahlar və sursatlar, döyüş maşınları, zirehli təsisatlar və bu kimi qeyd olunası mühüm məqamlar Azərbaycanın 3 il öncəki qələbəsində əsaslı rol oynadı. Azərbaycanın son 20 ildə apardığı siyasət göz önündədir - hərbi gücünü müasir standartlara inteqrasiya prosesində böyük uğur qazandırır. Yeni döyüş qabiliyyətinə malik bölmələr hazırlanır - bunlarda Türkiyə modelindən, nümunəsindən istifadə olunur. Bütün bunlar ikitərəfli əlaqələrin konselidasiyası sayəsində baş tutur. Əlaqələrin inkişaf üçün isə həm də hüquqi zəmin mövcuddur - “Şuşa Bəyannaməsi”ndə müdafiə məsələlərinin əks olunması hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına, istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Sənəddə qeyd edilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Vurğulandığı kimi, əlaqələrin inkişafı müdafiə reaksiyamızın artırılmasına hədəflənib. Bu isə bütövlükdə təhlükəsizlik arxitekturasının daha yüksək səviyyədə qorunmasına imkan yaradır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

