Sərhədlərin delimitasiyası ilə bağlı növbəti görüş...
10.01.2024 [10:30]
N.BAYRAMLI
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclasının yanvarın sonunda keçirilməsi gözlənilir. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya müsahibəsində bildirib. O, görüşün dəqiq tarixini açıqlamasa da, əlavə edib ki, yanvarın 4-də İrəvan Bakıya sülh müqaviləsi ilə bağlı əlavə təkliflər təqdim edib.
Xatırladaq ki, komissiyaların sonuncu iclası ötən ilin 30 noyabrında keçirilmişdi. Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə keçirilən iclasda tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Tərəflər Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası, eləcə də dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.
Eyni zamanda, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəlmişdilər.
Onu da qeyd edək ki, erməni tərəfi sərhədlərin delimitasiyası məsələsində spekulyasiyalar edir. Bunu A.Qriqoryanın açıqlamasından da görmək mümkündür. Qriqoryanın sözlərinə görə, erməni tərəfi Azərbaycanla 1974-1978-ci illərin Sovet xəritələrini əsas qəbul edərək qoşunların güzgüvari geri çəkilməsinə dair danışıqları davam etdirir. Güzgüvari geri çəkilmə “ideyası” ilk dəfə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən hələ 2021-ci ilin mayında səsləndirilmişdi. Lakin Azərbaycan tərəfi bununla razılaşmır. Bu yaxınlarda Prezidentin köməkçisi Hikmət Hacıyev Almaniya medasına müsahibəsində demişdi ki, sərhədlərin delimitasiyası texniki və vaxt aparan uzun prosesdir, sülh sazişi isə çətin deyil və sadəcə olaraq, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinin qarşılıqlı şəkildə qəbul olunmasına əsaslanır: “Fikrimizcə, sülh sazişi sərhədin delimitasiyasından asılı olmamalıdır. Sülh sazişi ilə sərhədin delimitasiyası və demarkasiyası barədə danışıqlar paralel getsə də, bunlar iki fərqli formatda aparılır. İndiyədək hər iki ölkənin delimitasiya üzrə komissiyaları prosesin əsaslarını müzakirə etmək üçün beş dəfə görüş keçirib”.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da erməni tərəfinin təklif etdiyi “güzgü” prinsipini məqsədəuyğun saymır. Nazir jurnalistlərə açıqlamasında bildirmişdi ki, ölkəmizin işğal altında olmuş əraziləri hərbçilərimizin qanı bahasına azad edilib: “Bu əraziləri, sərhədlərimizi sərhədçilərimiz və ordumuz qorumalıdır”.
Göründüyü kimi, Ermənistan çalışır ki, delimitasiya, demarkasiya prosesi başlamadan Azərbaycan qoşunlarını sərhəddən çəksin. Azərbaycan isə beynəlxalq hüquq, suverenliyə hörmət məsələsində israrlıdır. Bu, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədləridir. Azərbaycan işğaldan azad edilmiş regionlarda, o cümlədən sərhəd ərazilərimizdə kifayət qədər möhkəm və etibarlı infrastruktur yaradıb. Bütün bunların fonunda dövlətimizin sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı mövqeyi tamamilə əsaslıdır.
Xəbər lenti
Hamısına baxDünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16

