İrəvan dəstək axtarışında...
15.02.2024 [10:50]
Mirzoyanı Brüsellə aparan səbəblər
Borrel: İrəvanın yeni “xilaskarı” rolunda
Ermənistan Fransadan ümidini kəsdi...
Brüsseldə baş tutan Avropa İttifaqı - Ermənistan Əməkdaşlıq Şurasının iclası müzakirə predmetinə çevrilib. İclas ilk baxışdan “protokol” iclası kimi qəbul edilsə də, altında fərqli nüansların yatdığı şübhəsizdir. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ilə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelin birgə mətbuat konfransında səslənən fikirlər, nümayiş etdirilməsinə çalışılan “əməkdaşlığın yol xəritəsi” regional proseslər baxımından birmənalı qarşılanmır.
Bölgənin yeni inkişaf mərhələsi...
Bəli, indiki halda Mirzoyanın Brüsselə üz tutması sadə səbəblərdən və ya yalnız əməkdaşlıqla bağlı danışıqlardan qaynaqlanmır. Azərbaycanda keçirilən prezident seçiklərinin yekunlaşması, ortadakı nəticələr mühüm siyasi anons kimi qəbul edilməlidir. Hətta Qərbin aparıcı siyasi mütəxəssisləri belə post-seçki dövründə bölgədəki aktiv siyasi-əməkdaşlıq mühitinin daha da irəli aparılacağına inanır. 2020-ci il Vətən müharibəsindən ötən 3 ildən artıq müddətdə Azərbaycanın Avroasiyanın mərkəzində yaratdığı yeni əməkdaşlıq mənzərəsi, yeni siyasi reallıqlar bütövlükdə iqtisadi-ticari əlaqələrə mühüm istiqamətlər qazandırır:
- Bölgədə sabit əməkdaşlıq mühiti formalaşdırılır;
- Yeni münasibətlər sistemi qurulur;
- İnkişaf ümumən bölgəsəl standartlara söykənir.
Beləliklə də, yeni dövrdə Azərbaycanın regional liderliyi təsdiq olunmaqla yanaşı, həm də dəstəklənir. Mühüm iqtisadi-siyasi güclərin, aparıcı oyunçuların Azərbaycana münasibətdə tutduğu mövqe onu göstərir ki, rəsmi Bakının davranışlarındakı məqamlar hamı üçün qəbulediləndir. Azərbaycanın dürüst, qarşılıqlı maraqlara əsaslanan, açıq iqtisadi hədəfləri olan konsepsiyası birmənalı şəkildə yeni dövrün iqtisadi yol xəritəsinə çevrilir.
Qərbin cəhdi boşa çıxdı...
Yeni dövrün reallıqları həm də bəzi nüansları istisna edir:
- Korporativ maraqların əsirinə çevrilərək bölgədə ditsabillik formalaşdırılması;
- Şəxsi ambisiyaların nüfuz savaşına çevrilməsi;
- Lokal industriyalar formalaşdırmaqla (Ermənistanın timsalında) bölgə üçün qeyri-real şərtlər “hazırlamaq”;
- Ən əsası, yeni eskalasiyalar üçün zəmin yaratmaq, qarşıdurmalar formalaşdırmaq - Cənubi Qafqazın gələcəyi üçün mühüm şərt kimi izah edilən sülh prosesinə maneə yaratmaq.
Bu kimi şərtlər bölgədə yeni münasibətlər sistemi üçün yad ünsür sayılır. Son proseslər isə onu göstərir ki, Fransa və başqa “oyunçuların” fitvası ilə sülh prosesindən yayınan Ermənistan özünü bölgədə qeyri-adekvat aparır. Bir tərəfdən sülh və sabitlik haqqında danışır, digər tərəfdən Azərbaycan postuna atəş açılır. Bu ziddiyyət isə fərqli maraqların hələ də hansısa “ümidlərlə” yaşadığını göstərir.
Borrelin “düşüncələri”, yaxud qeyri - real əməkdaşlıq...
Ermənistan ilə Aİ arasında “əlaqələr” dedikdə burada konkret hansı məsələlərə istinad edilməsi düşündürücüdür. Ermənistanın ixrac potensialı ən minimal səviyyədədir, ticari göstəriciləri olduqca aşağıdır, bu ölkədə qeyri-demokratik idarəçilik hökm sürür, rəsmi İrəvan uzun illərdir ki, beynəlxalq hüququn bütün kodekslərini pozur. Bu siyahını sadalamaqla bitirmək olmaz. Amma Borrelin Ermənistan haqqında bu qədər “ucadan” danışması ortada fərqli maraqların olduğunu bir daha isbat edir. Borrel Aİ-nin Ermənistanın Qara dənizin dibi boyunca elektrik kabelinin çəkilişində dəstəkləməyə hazır olduğunu deyir, “Metsamor atom elektrik stansiyasının təhlükəsizliyinin artırılmasında” rol almaq istəyini ortaya qoyur. O, əlavə edir ki, Avropa İttifaqı Ermənistanın diskriminasiya (ayrı-seçkilik) və nifrət ritorikasını (guya milli-dini zəmində nifrətin yayılmasının qarşısının alınmasında) müxtəlif formaları ilə mübarizə səylərini “alqışlayır”.
Real situasiya isə fərqli şeyləri göstərir. Ermənistan açıq diskriminasiya siyasəti yürüdür, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayıb və Azərbaycana qarşı nifrəti aşılamaqda davam edir. Azərbaycanın bu gün Ermənistan ərazisi sayılan tarixi torpaqlarındakı mədəniyyət abidələri dağıdılır, dini mədəniyyəti məhv edilir. Aİ, şəxsən cənab Borrel isə bunu görməzdən gəlir. Demək ki, bu “əlaqələr” heç də görünən əsaslarla məhdudlaşmır.
Maraqlıdır ki, “tərəflər” enerji və aviasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivlərini də müzakirə ediblər. Borrell əlavə edib ki, Avropa İttifaqı Ermənistandakı Metsamor AES-in təhlükəsizliyini gücləndirməyə hazırdır. Metsamorun hansı təhlükələri formalaşdırdığını hər kəsdən yaxı Borrel bilir. O ki qaldı, “aviasiya təhlükəsizliyi” məsələsinə, Aİ rəsmisi unudur ki, Ermənistan fərqli bir hərbi kontingentin rəsmi üzvüdür.
Parisin “dəstəyi” işə yaramadı...
Beləliklə, Mirzoyanın tələm-tələsik Brüsellə “yol alması”nın əsl səbəbləri ortadadır. Bir ildən artıqdır ki, “durbinlə” Azərbaycana tərəf boylanan müşahidə missiyasının effekt verməyən kəşfiyyat fəaliyyəti, Fransa və Hindistanın silahlandırma əməliyyatı, Qərbin min bir yerə yozulan ikili standartlı “açıqlamaları” bir işə yaramadı. Aİ yenidən Azərbaycandan xahiş edir - üçtərəfli danışıqlar formatını bərpa etmək üçün. Ermənistanın siyasi rəhbərliyi anlayır ki, Fransanın bu görüşlərdə iştirak cəhdləri artıq tam olaraq mümkünsüzdür. Bunun üçün isə yeni “dəstək” axtarışına çıxıb. Parisin “dəstəyi”nə daha arxayın ola bilməyən İrəvan “valı” dəyişmək üçün çabalayır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

