/ / Radikal müxalifət Azərbaycanda və onun hüdudlarından kənarda qeyri-ciddi, sosial dəstəyi olmayan qrup kimi qəbul edilir
Radikal müxalifət Azərbaycanda və onun hüdudlarından kənarda qeyri-ciddi, sosial dəstəyi olmayan qrup kimi qəbul edilir
08.06.2012 [22:38]
Məlum olduğu kimi, ABŞ-ın dövlət katibi Hillari Klinton iyun ayının 4-6-da regionda səfərdə oldu. Ermənistanda və Gürcüstanda görüşlər keçirmiş xanım Klinton sonra Azərbaycana səfərə gəldi. Bakıda ölkə başçısı İlham Əliyevlə və digər rəsmi şəxslərlə görüş keçirdi, məhsuldar danışıqlar baş tutdu. Lakin Hillari Klinton Azərbaycana səfəri çərçivəsində dağıdıcı müxalifətin nümayəndələrilə görüşmədi. Halbuki, dövlət katibi Ermənistanda və Gürcüstanda müxalifət nümayəndələrilə görüşlər keçirmişdi. Görünür, Azərbaycandakı radikal müxalifətin okeanın o tayında ciddi qəbul edilməməsi görüşün olmamasını şərtləndirdi. Bununla bağlı, səslənən fikirlər də xüsusi maraq kəsb edir. çünki söylənilənlər bir daha dağıdıcı müxalifətin nəinki Azərbaycanda, hətta xaricdə də dəstəklənmədiyini sübut edir.
Belə ki, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı H.Klintonla müxalifət rəhbərlərinin görüşünün ümumiyyətlə nəzərdə tutulmadığını bildirib: “ABŞ dövlət katibinin səfərinin proqramı öncədən məlum idi. Səfər zamanı Hillari Klintonun Prezident İlham Əliyevlə keçirdiyi görüşdə iki ölkə arasındakı münasibətlər, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət, sülh və təhlükəsizlik, enerji və digər məsələlər müzakirə edildi. Keçirilən görüşlərdən biri də ölkədəki vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri ilə oldu. Bu görüşdə xanım Klinton Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında uğurların əldə olunduğunu vurğuladı”.
M.Qurbanlının fikrincə, dövlət katibinin səfəri zamanı radikal müxalifətin gözləntiləri puça çıxdı: “Onların ümidlərinin əksinə olaraq, xanım Klinton radikal müxalifətin liderləri ilə görüşmədi. Radikal müxalifət mətbuatından da görünür ki, onlar bundan çox pəjmürdə olublar. Hiss olunurdu ki, radikal müxalifət rəhbərləri ABŞ dövlət katibinin onlarla görüşəcəyinə ümid edirdilər. İndi isə mətbuatda ABŞ-ı və Klintonu tənqid etməklə məşğuldurlar. Bu, bir daha onu göstərir ki, Birləşmiş Ştatlar kimi böyük bir dövlət Azərbaycanda mövcud olan radikal müxalifətin cəmiyyətdə nüfuzunun olmadığını dəqiq bilir və onun rəhbərləri ilə görüşməyə ehtiyac duymur. Radikal müxalifətin hay-küy qaldırmaqla məşğul olduğunu, onların Azərbaycanda sosial dayağının olmadığını hər kəs anlayır. Bu, radikal müxalifətin Azərbaycandakı mövqeyinin və ona olan beynəlxalq münasibətin hansı səviyyədə olduğunu bir daha göstərdi”.
Politoloq Elman Nəsirli qeyd edib ki, ABŞ dövlət katibi Gürcüstan və Ermənistan müxalifəti ilə müqayisədə Azərbaycan müxalifətinə fərqli münasibət göstərib: “Bildiyimiz kimi, Birləşmiş Ştatlar üçün insan hüquq və azadlıqları prioritet məsələlərdəndir. Bu baxımdan da, vətəndaş cəmiyyəti təşkilatlarının, QHT-lərin rəhbərləri ilə belə bir görüşün keçirilməsi təbiidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, xanım Klinton Gürcüstan və Ermənistandakı müxalifət rəhbərləri ilə də görüşlər keçirmişdi. Lakin Azərbaycanda belə bir hal baş vermədi”.
E.Nəsirlinin fikrincə, dövlət katibi mövcud reallıqları nəzərə alaraq belə bir qərarı düzgün və məqsədəuyğun hesab edib: “Görünür, Klintonun fikrincə, Azərbaycandakı ictimai-siyasi vəziyyəti, ictimai rəyi, daxildəki siyasi fikirləri, insan haqları ilə bağlı vəziyyəti öyrənmək və nəticələr çıxarmaq üçün vətəndaş cəmiyyəti rəhbərləri çərçivəsində görüşün keçirilməsi daha məqbuldur və müxalifət rəhbərlərinin belə bir müzakirədə iştirak etməməsi heç nəyi dəyişmir. Azərbaycandakı insan hüquq və azadlıqlarının, vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı rəsmi Vaşinqtonun gəldiyi nəticə ondan ibarətdir ki, müxalifət burada söz sahibi deyil”.
Politoloq Elşad Mirbəşirli isə bildirib ki, ABŞ ölkəmizlə ikitərəfli əlaqələrin genişləndirməsinə daha çox maraq göstərir: “Ermənistan və Gürcüstandakı görüşlərdən fərqli olaraq dövlət katibinin Azərbaycandakı müxalifətin nümayəndələri ilə görüş keçirməməsi bəzi məqamlardan xəbər verir. Azərbaycanda son illərdə insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiyanın təmin olunması baxımından ciddi irəliləyişlər var. Görünür, Azərbaycandan fərqli olaraq, qeyd edilən ölkələrdə demokratiya və insan hüquqları ilə bağlı ABŞ-ın tələbləri daha çoxdur. Azərbaycandakı radikal müxalifətin müxtəlif məsələlərə münasibətdə qərəzli mövqe sərgiləməsi, cəmiyyətdə nüfuzunun olmaması ABŞ rəsmilərinin də diqqətindən yayınmır”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib ki, Hillari Klintonun Azərbaycanda dağıdıcı müxalifətin nümayəndələrilə görüşməməsi bir daha onların nə dərəcədə qeyri-ciddi olduqlarını göstərdi: “Hələ xanım Klintonun regiona səfərilə bağlı məlumatlar yayılarkən, radikallar öz mətbuat orqanlarında sanki ABŞ-ın dövləti katibi ilə görüşürmüş kimi, mülahizələr irəli sürürdülər. Onlar elə başa düşürdülər ki, bu vasitə ilə bəlkə, Hillari Klinton dağıdıcılarla görüşdü. Amma bu baş vermədi”.
Aydın Hüseynovun sözlərinə görə, dağıdıcı müxalifətin məqsəd və məramı, fəaliyyət proqramı aydın olmadığından heç bir real güc onları ciddi fiqur kimi qəbul etmir: “ABŞ rəsmiləri də yaxşı başa düşürlər ki, Azərbaycandakı radikal müxalifət yalnız destruktiv fəaliyyətlə məşğul ola bilər. Onlar Azərbaycanda demokratiyanın inkişafına hansı töhfəni verə bilərlər? Əlbəttə ki, verə bilməzlər. Bir məqamı da vurğulamaq lazımdır ki, artıq Vaşinqton Azərbaycanı müstəqil, demokratik və güclü dövlət kimi görür, qəbul edir. Amerikalılar heç bir halda Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasında maraqlı ola bilməz. Buna görə də, ABŞ-ın dövlət katibi müxalifətlə görüşmədi. Radikal müxalifət də həmişə olduğu kimi, bu dəfə də məyus oldu, arzuları ürəyində qaldı”.
Hülya MƏMMƏDLİ,
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

