İyunun 15-də müasir Azərbaycanın inkişafını təmin edən yolun başlanğıcı qoyuldu
12.06.2012 [23:39]
Nə qədər paradoksal görünsə də, sözügedən faciənin baş verməsinə bu və ya başqa şəkildə səbəb olanlar Ayaz Mütəllibovun timsalında müstəqilliyi qoruma missiyasını öz üzərlərinə götürmüşdülər. Amma onlar vəzifələrinin öhdəsindən gələ bilmədilər. Belə ki, ölkədə vəziyyət get-gedə pisləşir, iqtisadiyyatın bütün sahələri sıradan çıxır, siyasi gərginlik artır, mənəvi aşınma baş verirdi. Mütəllibovdan sonra hakimiyyət sükanına qısa müddət üçün Yaqub Məmmədov əyləşsə də, o da uğursuzluqlar baxımından sələfindən heç nə ilə fərqlənmədi. Növbə hakimiyyətə silah gücünə gəlmiş AXC-Müsavat üzvlərinə çatmışdı. Siyasi fəaliyyətin mürəkkəbliyindən xəbərsiz, dövlətçiliyin, dövləti yaşatmağın nə qədər çətin olduğunu dərk etməyən, universitet auditoriyalarından yenicə ayaqları kəsilmiş səriştəsiz, bacarıqsız siyasətçilərin cəhdlərinin uğursuz olacağı elə ilk aylardan bəlli idi. Hakimiyyətə gəldikləri ilk gündən hər addımları nöqsanlı, hər çıxışları qüsurlu olan AXC-Müsavat komandası həm özlərini, həm də Azərbaycanı fəlakətə sürükləyirdi. Sovetlərin dağılmasından sonra düzəni pozulmuş dövlətin yeni düzəndə irəliləməsi üçün proqramlar, layihələrə və hər şeydən önəmlisi düşünən beyinlərə ehtiyacı var idi. Amma bu beyinlər dövlət üçün düşünmürdü. Prezident Aparatı dövlətin idarə olunduğu ünvan olmaqdan çıxıb, şəxsi mübahisələrin, intriqaların qaynar nöqtəsinə çevrilmişdi. Bunun fonunda ölkədə bütün istiqamətləri əhatə edən dərin böhran davam edirdi. İnflyasiya 1800 faizə çatmış, dövlət büdcəsinin kəsiri 100 dəfəyə qədər artmışdı. ölkənin borcları durmadan artır, vətəndaşların əməkhaqlarının və pensiyalarının dəyəri düşürdü. Bahalaşma, aclıq baş alıb gedirdi. Bu da azmış kimi hər məmur bir silahlı qruplaşma qurmuşdu, hərə bir dövlət yaradacağını bəyan edirdi.
Cəbhədə isə bir-birinin ardınca məğlubiyyətlər yaşanır, düşmənin işğal etdiyi rayonların sıraları genişlənirdi. Xarici qüvvələr parçalanmağa doğru gedən Azərbaycandan pay almaq üçün fürsət gözləyirdilər. Eyni zamanda, xarici dairələr xüsusi xidmət orqanları vasitəsilə bu istiqamətdə ciddi iş aparırdılar. Onların ölkəmizdəki təmsilçiləri isə artıq prosesə start vermişdilər. Belə ki, Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə Gəncədə “milli qəhrəman” Surət Hüseynovun başçılığı ilə qiyam baş qaldırmışdı. Surət Hüseynovun başçılığı altındakı silahlı qrup Bakıya yaxınlaşırdı. İlk hədəf dövlət strukturlarını ələ keçirmək, dövlətin süqutunu elan etmək idi. AXC-Müsavat hakimiyyəti isə baş verənləri sadəcə izləyirdi. çünki onlar hadisələrin qarşısını almaqda aciz idilər. Bu acizlik isə onları heç də istəmədiyi bir qərarı qəbul etmək məcburiyyətində qoymuşdu - dahi şəxsiyyət Heydər Əliyevi Bakıya dəvət etmək... Ulu öndər Heydər Əliyev təkcə o zamankı hakimiyyətin seçimi deyildi. Azərbaycan xalqının iradəsi bunu tələb edirdi, tarixi şərait hakimiyyəti buna məcbur edirdi.
Beləliklə, 1993-cü ilin 9 iyununda Azərbaycan xalqının XİLASKARI Bakıya qayıtdı. ümummilli lider Heydər Əliyev, məhz yuxarıda mənzərəsi çəkilmiş şəraitdə gəldi ölkə paytaxtına. 1969-cu ildə olduğu kimi yenə çiyinlərini çox çətin və şərəfli bir vəzifənin altına verdi. Amma indi 1969-cu il deyildi. Nə Azərbaycan geridə qalmış bir Sovet respublikası idi, nə Azərbaycan insanı 1969-cu il insanı idi, nə də Heydər Əliyev ölkəsinə mərkəzi hakimiyyətin təyinatı ilə gəlməmişdi. Ulu öndər Heydər Əliyevə bu təyinatı canından çox sevdiyi xalqı vermişdi.
1993-cü ilin 13 iyununda ümummilli lider Heydər Əliyev Gəncəyə Surət Hüseynovla görüşməyə, qiyamı yatırmağa getdi. Burda haşiyə çıxıb bir məqamı xüsusi vurğulamaq lazımdır. ümummilli lider Heydər Əliyev Gəncədə özünə qarşı sui-qəsdin təşkil olunacağını bilirdi. Amma buna baxmayaraq, Ona çevrilmiş gözlərdəki ümidləri doğrultmaq üçün hər şeyi gözə aldı. Bu gün dönüb geriyə baxanda bu risqə dəydiyini görmək elə də çətin deyil. ümummilli lider Heydər Əliyev siyasi bacarığını ortaya qoyaraq başladığı işi tamamlamağı bacardı. Bu həm bir sonluq, həm də bir başlanğıc idi. Nəhayət, 1993-cü il 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetində keçirilən səsvermədə ümummilli lider Heydər Əliyev Sədr seçildi. Bununla da, Azərbaycanda yeni eranın başlanğıcı qoyuldu. Qarşıda olduqca çətin vəzifə dururdu. Ulu öndər Heydər Əliyev dövlətçiliyi xilas etməli, möhkəmləndirməli, onu inkişaf etdirməli idi. Şərait çox mürəkkəb, görüləcək işlər çox idi.
Zəngin idarəçilik təcrübəsi olan Ulu öndər Heydər Əliyev çox gözəl bilirdi ki, hər şeyin kökündə sabitlik dayanır. Sabitlik olmayan yerdə qarşıya qoyulan heç bir məqsədə çatmaq mümkün deyil. Buna görə də, dövlətin parçalanmasının qarşısını almaq atılacaq ilk addım idi. ümummilli lider buna nail oldu. Bütün qiyamları yatırdı, Dağlıq Qarabağ münaqişəsində atəşkəsi əldə etməyə nail oldu. Sonra güclü dövlət yaratmaq üçün iqtisadiyyatı inkişaf etdirməyə ehtiyac duyulurdu. Bunun üçün vasitə də var idi - neft. Amma bu neftdən düzgün istifadə, onun təhlükəsiz ixracını təşkil etmək lazım idi. Ulu öndər Heydər Əliyev öz şəxsi təşəbbüsləri ilə bu problemi də aradan qaldırdı. Düzgün neft strategiyası Azərbaycanın yolunu açdı. Beynəlxalq neft müqavilələri imzalandı, “qara qızıl”ın ixracının səmərəli təşkili üçün yeni neft kəmərləri inşa olundu. İqtisadiyyatın bütün sahələri üzrə inkişaf, canlanma başladı. Bir sözlə, ölkə iqtisadiyyatı da çiçəklənməyə başladı.
ümummilli lider Heydər Əliyev, həmçinin, itirilən mənəvi dəyərlərin, insanlarda mənlik şüurunun yenidən formalaşmasına, əsl azərbaycanlı obrazının yenidən bərpasına nail oldu. Bununla da, ilk dövrlər üçün daxildə görüləcək işlərə ara vermək, xarici düşmənlərin hədələrinin qarşısını almaq zərurəti ortaya çıxırdı. ümummilli lider Heydər Əliyev ölkəmizin xarici təhlükələrdən qorunması, Azərbaycanın beynəlxalq aləmdə tanınması, müttəfiqlərinin sıralarının genişlənməsi üçün ciddi cəhdlə fəaliyyət göstərdi və bunun məntiqi nəticəsi olaraq, dünya birliyinə Azərbaycanı qəbul etdirə bildi. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət, etibarlı tərəfdaş imicini formalaşdırdı.
Qısası, ümummilli lider Heydər Əliyev dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycandan iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünyada söz və nüfuz sahibi, stabil, inkişaf edən Azərbaycan yaratdı. Təkcə elə bu səbəbə görə də, Onun Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 15 iyun 1993-cü il tarixi Milli Qurtuluş Günüdür, ya da başqa formada ifadə etsək, dövlətçiliyimizin qurtulduğu gündür.
Aydın Hüseynov,
YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

