İkili standartların daha bir nümunəsi
15.03.2024 [10:10]
Avropa Parlamenti növbəti dəfə ermənipərəst qətnamə qəbul edib. Martın 13-də “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı sənəd leyhinə 504, əleyhinə 4, bitərəf 31 nəfər olmaqla dəstəklənib. Avropa Parlamentinin deputatları sənəddə Avropa İttifaqının strukturlarını Ermənistanla təkcə iqtisadi deyil, həm də siyasi dialoq, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini dəstəkləməyə çağırır. Eyni zamanda, “Aİ-nin Ermənistandakı missiyasının mandatının uzadılması və şəxsi heyətinin artırılmasının vacibliyini vurğulayırlar”. Qətnamədə Azərbaycana qarşı yenə də qərəzli fikirlər səsləndirilir, nə qədər absurd olsa da, ölkəmiz “missiya haqqında böhtan xarakterli bəyanatlara, Avropa İttifaqına və Ermənistana yönəlmiş aqressiv ritorikaya son qoymağa çağırılır”.
Əslində, Avropa Parlamentinin belə bir sənəd qəbul etməsi təəccüblü deyil. Çünki qurumun “erməni sevgisi” o qədər güclüdür ki, indiyə kimi bu tipli, Azərbaycanın əleyhinə dəfələrlə qətnamələr qəbul edib. Təbii ki, rəsmi Bakı təşkilatın bu qərəzinə qarşı öz mövqeyini bildirib.
Milli Məclis: Avropa Parlamenti erməni lobbisinin qanuni təmsilçisinə çevrilib
Milli Məclis bəyan edib ki, Avropa Parlamenti martın 13-də qəbul etdiyi qətnamə ilə Azərbaycana qarşı olan açıq qərəzini növbəti dəfə nümayiş etdirib. Görünən odur ki, Avropa xalqlarının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə Avropa Parlamenti artıq tam şəkildə erməni lobbisinin, Azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin qanuni təmsilçisinə çevrilib. Məsələ ilə bağlı parlamentin açıqlamasında qeyd olunub ki, Avropa Parlamentinin ötən illər ərzində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sözdə belə olsa tanımaqdan, dəstəkləməkdən inadla imtina etməsinin dəfələrlə şahidi olmuşuq. Lakin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı aparılan indiki kampaniya Avropa Parlamentinin artıq riyakarlığı və ikiüzlülüyü də bir kənara qoyaraq, Azərbaycana qarşı birmənalı şəkildə hücuma keçdiyini göstərir. Qətnamədə Azərbaycana qarşı səsləndirilən açıq təhdidlər və tələblər, tabutuna mismar vurulmuş separatçılara göstərilən aşkar dəstək və onları diriltmək cəhdləri, Ermənistanın şərti sərhəddəki hərbi təxribatlarının bilərəkdən görməzdən gəlinməsi, Fransanın Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışan addımlarının “orduya islahat dəstəyi” kimi qələmə verilməsi və digər bir çox məqamlar məhz bunun sübutudur.
Milli Məclisin açıqlamasında vurğulandığı kimi, absurd olan başqa bir məsələ isə bundan ibarətdir ki, Avropa Parlamenti Azərbaycana qarşı bu hücumunu “sülh sazişinə ehtiyac” adı altında pərdələməyə cəhd edir. Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların aparıldığı bir vaxtda tamamilə proseslərin mahiyyətinə zidd olan bu qətnamə, əksinə, “sülh sazişinə zərbə” kimi xarakterizə olunmalıdır. “Avropa Parlamentinə bildiririk ki, onun belə “dəstəyinə” qətiyyən ehtiyac yoxdur və tövsiyə edirik ki, öz “səylərini” başqa istiqamətlərə yönəltsin”-, deyə parlament bəyan edib.
XİN: Qətnamə Avropa Parlamenti üzvlərinin əsl mahiyyətini izah edir
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnaməni də əsassız və qərəzli olmaqla yanaşı, ölkəmizə qarşı növbəti ikili standartların bariz nümunəsi kimi dəyərləndirib.
XİN-in mətbuat katibi Ayxan Hacızadə məsələni şərh edərkən bildirib ki, Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə, “sülhün təşviq edilməsi” kimi təqdim olunmasına və guya Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına baxmayaraq, Azərbaycana qarşı bütün faktların saxtalaşdırıldığı qarayaxma kampaniyasının tərkib hissəsidir. Onun sözlərinə görə, qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq siyasi etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq pozuntu dolu fikirlərin əks olunması qətnaməni irəli sürmüş Avropa Parlamenti üzvlərinin əsl mahiyyətini izah edir.
Əslində, Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa daha yaxşı olar. XİN-in rəsmi nümayəndəsi Avropa Parlamenti üzvlərinin diqqətinə çatdırıb ki, bəyan etdiyi dəyərlərlə heç bir əlaqəsi olmayan bu kimi qətnamələr Avropa Parlamentinin bir qurum kimi rolunu tamamilə heçə endirir.
İcma: Avropa Parlamentində oturan neo-səlibçilər Azərbaycana böhtan atır
Avropa Parlamentinin məlum qətnaməsi Qərbi Azərbaycan İcmasının da kəskin etirazına səbəb olub. İcma Avropa Parlamentinin irqçi yanaşmadan çıxış edərək qəbul etdiyi, regionda gərginliyi artırmaq məqsədi güdən növbəti anti-Azərbaycan qətnaməsini sərt şəkildə qınayıb. Bu barədə İcmanın yaydığı bəyanatda bildirilib ki, Avropa Parlamentində oturan neo-səlibçilər Ermənistanı hərbiləşdirməyə çağırmış və əsassız iddialarla Azərbaycana böhtan atıblar. Əslində, müəyyən dairələrin əlində alət olan korrupsioner, irqçi ünsürlər yığıntısı olan Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə ədalətin zəfər çalmasından qəzəbini gizlədə bilmir.
İcmanın bəyanatında da deyildiyi kimi, son dövrlər Ermənistan və Azərbaycan arasında müşahidə olunan nisbi sabitlik, iki dövlət arasında baş vermiş yüksək səviyyəli təmaslar və Almaniyanın federal Kanslerinin səyləri fonunda Avropa Parlamentinin bu qətnaməni qəbul etməsi təxribatçı addımdır və regional dinamika baxımından tamamilə yanlış siqnal verir. Yaxşı olardı ki, Avropa Parlamenti bu cür əbəs oyunlar yerinə Ermənistandan və əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarından bir milyondan artıq azərbaycanlının qovulmasına, orada azərbaycanlıların mədəni irsinin, mindən çox azərbaycanlı yaşayış məntəqəsinin dağıdılmasına, minlərlə mülki azərbaycanlının qətliamına indiyədək niyə susduğuna dair izahat verməlidir. Bəyanatda o da vurğulanır ki, Ermənistan tarixdən dərs çıxararaq həmin bədxah qüvvələrin təxribat və təhriklərinə uymamalıdır. Ermənistan həmin qüvvələrlə və bu kimi “sənədlərlə” özü arasında məsafə qoymalı, qovulmuş Qərbi azərbaycanlıların geri qayıtmasına şərait yaratmaqla Azərbaycanla sülh əldə etməyə çalışmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32

