Cənubi Qafqazda Qərb “canişin”i ...
15.03.2024 [10:43]
Paşinyan “xalq referendumu” fikrindən imtina edir
Aİ-dəki erməni lobbisi çıxış yolu axtarır...
Xəbər verildiyi kimi, Avropa Parlamenti Ermənistana Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi imkanına baxılmasını təklif edən qətnamə qəbul edib. Qətnamənin lehinə 504 deputat, əleyhinə 4 deputat səs verib. 32 deputat isə bitərəf qalıb. “Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və sabit islahatlar, demokratiyasını möhkəmləndirmək yolunda davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində yeni mərhələ ola bilər”, - sənəddə deyilir.
Bu təşviqin arxasında AP-nin korporativ maraqlarının dayandığı şübhə doğurmur. Sözügedən “qətnaməyə” qədər də AP dəfələrlə Ermənistanı özünə cəlb etmək üçün bu kimi oyunlardan istifadə edib. Kollektiv Qərb bu kimi üsullarla Ermənistanı ələ almağa, bölgədə özünün “canişinliyini” formalaşdırmağa çalışır. Ermənistan isə yeni situasiyada qeyri-adekvat davranışı ilə seçilir. Münasibətlərin normallaşması prosesini yekunlaşdırmaq, beləliklə də Azərbaycanın regionun yeni inkişaf mərhələsi siyasətinin daha da aktivləşdirilməsi üçün sülh imzalamalı olan Ermənistan Avropanın bu kimi əsassız “vədlərinə” sığınaraq vaxt uzadır. Ermənistanın siyasi hakimiyyəti hətta öz xalqına münasibətdə də yalanlarla dolu münasibət sərgiləməkdədir.
Məsələn, İrəvan Avropa Parlamentinin Ermənistanın Aİ-yə üzv olmaq üçün namizəd statusu ala biləcəyi ilə bağlı qətnaməsini alqışladığını bəyan edib. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Avropa strukturları ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını bildirib. Rusiya KİV-nin yaydığı məlumata görə, Paşinyan bu qətnamənin Ermənistan Aİ üzvlüyünə namizəd olacağı təqdirdə Avropa Parlamentinin prosesi asanlaşdırmasına xidmət edəcəyini söyləyib. Paşinyan həmçinin Ermənistan hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirmək üçün siyasi iradəsini açıqlayıb.
Görünən budur ki, Paşinyan bu məsələdə maraqlı tərəfdir. Ən azından maraqlı görünür. Əks halda iki gün öncə verdiyi “bəyanatı” təkzib etməzdi. Qeyd edək ki, bundan əvvəl həm Paşinyan, həm də Ermənistan hakimiyyətinin digər nümayəndələri İrəvanın Avropa İttifaqına üzv olmaq üçün namizəd ola biləcəyini istisna etməsələr də, qərarın referenduma çıxarılmasının vacibliyindən “bəhs açırdılar”. İndi isə Paşinyan birbaşa məsələnin təşviqatçısı qismində çıxış edir.
Qərbin əsas maraqlarından birinin Ermənistanı Rusiya və bütövlükdə KTMT orbitindən uzaqlaşdırmaqdan ibarət olması sirr deyil. Nəzərə alınmalıdır ki, Ermənistan ilə Rusiya arasında uzun illərə, bəlkə də əsrlərə söykənən əlaqələr var ki, bir gündə, eyni zamanda Paşinyanın və ya AP-nin arzusu ilə bunu istisna etmək, bir kənara qoymaq mümkün deyil. Ən azından bu gün Ermənistanın sərhədləri məhz Rusiya qüvvələri tərəfindən mühafizə olunur, Ermənistan KTMT-dəki fəaliyyətini “dondurmaqla” təhdid etsə də, iki ölkə KTMT çərçivəsində hələ də hərbi müttəfiq sayılırlar. Eyni zamanda, Ermənistanda 102-ci Hərbi Baza yerləşir ki, bu amili də diqqətdən qaçırmaq olmaz. Digər tərəfdən, Ermənistanın bir sıra infrastrukturu Rusiyanın “əmlakıdır” ki, bunu da göz ardı etmək mümkün deyil. Yəni, “Paşinyan istəyir” və ya bir başqa maraqdan irəli gəlir deyə AP-nin boş nağıl kimi Ermənistanın önünə atdığı “Aİ üzvlüyünə namizəd” oyununun qısa zamanda reallaşması, Ermənistan - Rusiya əlaqələrinə son verilməsi mümkün deyil.
İkinci bir tərəfdən, Paşinyan dünənə qədər Aİ üzvlüyünə namizədliyin xalq tərəfindən referendum vasitəsilə müəyyənləşdirilməsinin “vacibliyini” önə sürürdü. Hətta paralel olaraq bəzi sorğularda Rusiyanı düşmən “elan edərək” Ermənistan cəmiyyətinin “Qərb yolu”na üstünlük verdiyini sübuta yetirməyə çalışırdı. Amma deyəsən, həm Aİ-dəki erməni lobbisi, həm də Paşinyan dərk edir ki, erməni xalqının Rusiyadan imtinasına nail olmaq asan mümkün olmayacaq. Butun üçün də “xalq” amili yenidən pərdəarxasına keçirilib. Beləliklə, artıq Paşinyan hər hansı bir referendum məsələsini önə çəkmir - bununla da, oynanılan oyunun “sosial sifariş” olması ilə bağlı görüntü iflasa uğrayır.
Bəli, regional məsələlərin məhz regionda müzakirəsinin vacibliyi ilə bağlı “postulat” yenə də öz hökmündədir - kimin nə deməsindən, nə arzulamasından və ya nəyi necə görmək istəməsindən asılı olmayaraq bu həqiqət birmənalıdır. Kollektiv Qərb üçün regiona müdaxilə predmetinə çevrilən Ermənistan istəsə də, istəməsə də bölgənin tərkib hissəsidir və ümumi təhlükəsizliyimizə təhdid yarada bilməz. Bu mənada regiona istiqamətlənən maraqların qarşısının alınmasında bütün ölkələr kimi Ermənistan da bölgənin tərkib hissəsi kimi çıxış etməli, siyasi hakimiyyət xalqının maraqlarını nəzərə almalıdır. Ən azından bölgədə sülhün formalaşmasına zəmin yaratmalıdır - əks halda... Yeni çətirlər belə Ermənistan üçün xilas yolu olmayacaq...
SADİQ
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

