“Din” yuvasından şeytan çağırış?...
15.03.2024 [10:38]
Çevriliş planı hazırlanır
Hazırda Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün Azərbaycan mühüm təşəbbüslərlə çıxış edir. Ölkəmiz bu məqsədlə Ermənistana sülh sazişi imzalamağı təklif edib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra xoş məramını dəfələrlə bəyan edib. Hansı ki, Ermənistan 30 illik işğalçı siyasəti dövründə bir milyona qədər azərbaycanlını doğma yurdlarından didərgin salıb, işğal etdiyi ərazilərdə hər şeyi məhv edib, çoxlu sayda hərbi cinayətlər törədib.
Bütün bunlara rəğmən, Azərbaycanın müsbət jestləri qarşılığında Ermənistanda revanşizm meyllərinin güclənməsi də diqqət çəkir. Nə qədər qəribə görünsə də, məğlub ölkədə yeni müharibə, azərbaycanlılara nifrət çağırışları edənlərin ideoloqları rolunda din xadimləri, keşişlər, katalikoslar çıxış edirlər. Din xadimləri revanşistlərə qoşularaq, Ermənistanın baş naziri Nikol Paşinyanın devrilməsi çağırışları edirlər ki, tərəflər arasında sülh sazişi imzalanmasın. Bugünlərdə Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayan bəyanatla çıxış edərək təhlükəsizlik qüvvələrini Ermənistanda hərbi çevrilişə çağırıb. “Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, təhlükəsizlik qüvvələri müəyyən addımlar atmalıdırlar. Əgər təhlükəsizlik qüvvələri bunu görüb baş verənlərin qarşısını almırsa, deməli, ölkəni düşünmürlər. Mən ölkəni xilas etməkdən danışıram, kimisə cəzalandırmaqdan danışmıram”, - deyə o qeyd edib.
Ümumiyyətlə, ermənilərin uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı və işğal siyasətində erməni kilsəsi hər zaman mühüm rol oynayıb. Hələ ötən əsrin əvvəllərində başlanan bu planda erməni kilsəsi vahid mərkəz kimi çıxış edib. Erməni siyasi partiyaları, əsasən də “Daşnaksütyun” partiyası, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı basqınlarında aparıcı rol oynamağa başlayanda bütün proseslər kilsə tərəfindən idarə edilib, tədbirlər kilsələrdə keçirilib, kilsələr silah anbarı kimi istifadə olunub. Eləcə də kilsə xadimləri azərbaycanlılara qarşı hücumlarla bağlı çağırışlar ediblər.
Müasir dövrdə də Azərbaycan torpaqlarına qarşı işğalçılıq ideologiyasının, qondarma “soyqırımı” iddialarının əsas ilhamvericilərindən biri məhz erməni kilsəsi və onun başında dayanan katolikos II Qaregindir. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında, ermənilərin işğalçılıq siyasətini davam etdirməyə ruhlandırılmasında onun “əməyi” çox yüksəkdir. II Qaregin dəfələrlə işğalçılıq siyasətini davam etdirmək məqsədilə maliyyə yardımları üçün erməni diasporuna çağırışlar edib. Hətta 2016-cı ilin aprel döyüşlərindən sonra Xankəndində açılmış xüsusi hesaba din xadimləri də xeyli vəsait köçürüblər. Belə ki, Eçmiədzin Kilsəsi və bütün ermənilərin katolikosunun həmin hesaba ayrı-ayrılıqda 500 min dollar köçürməsi haqda erməni KİV-ləri məlumat yaymışdılar.
Vaxtilə erməni kilsəsi siyasətə qoşulmaqda, zor gücünə hakimiyyət dəyişikliklərində də iştiraka görə ittiham edilib. Belə ittihamlardan biri də Serj Sarkisyanın ilk dəfə prezident kreslosuna yiyələndiyi seçkilərdən sonra baş verən 2008-ci ilin mart hadisələri zamanı İrəvanda keçirilən dinc etiraz aksiyasının gülləbaran edilməsində katolikos II Qareginin birbaşa məsuliyyət daşıması barədə məlumatlarla bağlı idi. Ən azı ona görə ki, məhz II Qaregin Ermənistanın o vaxtkı hakimiyyətinə belə cinayətkar addım atmaq üçün öz razılığını və xeyir-duasını verib. Bu səbəbdən də o vaxt nümayişçilər II Qareginin həmin hadisələrə görə məsuliyyətə cəlb olunmasını tələb ediblər. Bu isə həm də onu deməyə imkan verir ki, sadə erməni əhalisi anlayır ki, II Qaregin də erməni xalqının başına gələn bəlalarda Koçaryan və Sarkisyan qədər cavabdehlik daşıyır. Bu da məlumdur ki, indiyə qədər region və Ermənistan üçün bütün ciddi hadisələr zamanı kilsə özünün məqsədlərinə uyğun olaraq müdaxilələr edib.
Məsələ burasındadır ki, revanşist təfəkkürlü din xadimləri erməni cəmiyyətinin önündə gedir. Buna daha bir nümunə olaraq, ötən ilin dekabrında Ermənistanın Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın revanşist olması ilə bağlı öyünməsini göstərmək olar. “Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam”-deyə o bildirmişdi.
Göründüyü kimi, qətliamlar, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyası olub. Erməni kilsələrinin rəhbərlərinin çıxışlarında daima qızışdırıcı, təhrikedici “tələblər” səsləndirməsi, insanları qarşıdurmaya sövq etməsi artıq ənənə halını alıb. Bütün bunların fonunda Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayanın təhlükəsizlik qüvvələrini Ermənistanda hərbi çevrilişə çağırması təbii ki, Paşinyan hakimiyyəti tərəfindən narahatlıqla qarşılanır.
NARDAR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49

