Saxta “Napoleon” qiyafəsinə girmiş Makron
29.03.2024 [11:00]
Murad Köhnəqala
Bildiyimiz kimi, Makron Fransası son zamanlar özünü Avropa lideri qiyafəsində aparmağa çalışaraq, beynəlxalq aləmdə aktiv siyasi rol oynamaq iddiasındadır. Prezident Emmanuel Makronun bu yöndəki uğursuz cəhdləri onu dalbadal qeyri-ciddi, gülünc situasiyalara salmaqdadır. Bir həftə öncə Fransa liderinin idman zalında saman çuvalını yumruqladığı yerdə çəkdirdiyi fotolar sosial şəbəkə istifadəçiləri tərəfindən gülüşlə qarşılanmışdı. İstifadəçilərin yazdığına görə, Fransa lideri bu hərəkətləri ilə Rusiya prezidenti Putindən daha əzələli olduğunu nümayiş etdirməyə çalışırmış. Bir çoxları isə iddia edir ki, Makronun Rusiyaya qarşı açıq-aşkar düşmən mövqeyində dayanması onun özünü müasir Napoleon kimi görməsindən irəli gəlir.
Fransa üçün Rusiya təhlükəsi
Lakin Makronun Rusiya-Ukrayna müharibəsinə münasibətdə sərgilədiyi mövqeyi onun avropalı müttəfiqləri bölüşmürlər. Məsələn, bir müddət öncə Fransa prezidentinin Ukraynaya qoşun yeritməklə bağlı qalmaqallı açıqlaması Almaniya kansleri Olaf Şolzun kəskin narazılığına səbəb olmuşdu. Fransa liderinin məsuliyyətsiz bəyanatı Birləşmiş Ştatlar rəsmilərini də qəzəbləndirmişdi. Yüksək rütbəli bir ABŞ rəsmisinin sözlərinə görə, Makron Berlini “qorxaqcasına bələkdə qoşun bəsləmək” kimi ibarələrlə tənbeh etməklə müttəfiqinin qırmızı xətləri ətrafında oynadığı oyuna kobudcasına son qoyub. Anonimlik şərtilə fikir bildirən rəsmilər qeyd ediblər ki, xüsusilə də bəzi ölkələrin hərbi qulluqçularının artıq Ukraynada pərdə arxasında işlədiyini nəzərə alsaq, bu cür ibarələrlə şərh vermək əməliyyat təhlükəsizliyi baxımından çox yersizdir.
Analitiklər hesab edirlər ki, mövcud çətin durumda Avropanın hərbi birliyi həmişəkindən daha aktualdır. Lakin göründüyü kimi, Avropa liderləri ən vacib məqamda - Ukraynanı silahla təmin etmək məsələsində belə ortaq nöqtəyə gələ bilmirlər.
Ölkə rəhbərinin naşı siyasəti ucbatından Ukrayna məsələsi Fransadakı siyasi qüvvələri iki yerə bölüb. Makron xarici siyasətdə Ukrayna müharibəsini ön sıraya çıxarır, üstəlik, çıxışlarında siyasi opponenti, ifrat sağçı Marin Le Peni rusiyameyilli olmaqda suçlayır.
Kəskinləşən Fransa-Rusiya münasibətlərinin pik həddə çatdığı Fransanın müdafiə naziri Sebastien Lekornunun mətbuat konfransında söylədiklərindən aşkar görünür. Fransalı nazir: “Moskvanın bizim üçün necə bir təhlükə yaratdığı getdikcə tamam aydınlaşır. Odur ki, Rusiyanın qələbəsi haqqında düşünməyə belə haqqımız yoxdur!” - kimi fikirlər səsləndirib.
Bəzi ekspertlərin fikrincə isə Almaniya kimi dövlətlərdən fərqli olaraq bir sıra Aİ ölkələrinin rəhbərləri Makronun Rusiyaya qarşı sərt mövqeyinə bu və ya digər şəkildə dəstək verirlər.
Fransız fermerlərin narazılığına səbəb olan Ukrayna məhsullarının ölkəyə axınına gəlincə, bu, ölkə rəhbərliyinin “papadan artıq katolik olma” canfəşanlığına görədir. Makron öz ölkəsindəki narazılığı aradan qaldırmaq əvəzinə üstəlik Aİ ölkələrini də Ukrayna taxılının vahid bazara sərbəst axını barədə düşünməyə çağırıb. Maraqlısı isə odur ki, Fransa bu arada Ukraynaya ən az yardım ayıran ölkələrdəndir.
Uğursuzluq və səriştəsizlik “kralı”
Rusiya mediası yazır ki, Aİ üzvü olmayan ölkələrdən Ukrayna üçün 800 minə yaxın mərmi tədarükü təşəbbüsü Çexiya rəhbərliyi tərəfindən irəli sürülüb. Makron ötən ay Çexiyanın bu təşəbbüsünü dəstəkləsə də, “əlini cibinə samağa” tələsmir. Almaniya isə əksinə, Kiyevə 180 min mərmi tədarükü üçün 300 milyon avro (325 milyon dollar) xərcləyib.
Kiel İnstitutunun məlumatına görə, Ukraynada müharibə başlayandan bəri Fransa Kiyevə yardım göstərməsi baxımından müttəfiqlərindən xeyli geri qalıb. Makronun hər fürsətdə mənasız atmacalarla iynələdiyi Almaniya Ukraynaya 22 milyard avro ayırsa da, Paris Kiyevə vur-tut 2 milyard avroya yaxın maliyyə yardımı edəcəyinə söz verib.
Bütün bunlarla yanaşı, Fransanın özündə də Makronun xarici siyasətinin ölkə üçün fəlakət olduğu fikrini bölüşənlər az deyil. Onun xarici siyasət strategiyasını ələ salan tənqidçi media “Fransa prezidentinin Avropadan kənar xarici siyasət macəraları uğursuzluqla başa çatdı” kimi başlıqlı yazılar dərc edir. Sağ qüvvələr Makronun Afrikadakı məğlubiyyətini “Fransa üçün böyük zərbə” adlandırır. Onların fikrincə, məsələn, Niger Fransanın Afrika strategiyasının məhək daşı idi. Ötən il Afrikanın bu ölkəsində hərbçilər prezident qvardiyasını girov götürdükdən, dövlət çevrilişi etdikdən sonra Fransa şirkətlərini ölkədən qovmağa, fransız qoşunlarını ərazilərindən çıxarmağa başladılar. Antifransız dalğası Nigerdən qonşu ölkələrə də yayıldı. Sərvətləri yağmalanan, özləri isə yoxsulluq içində yaşamağa məhkum olan afrikalılar qara qitədən fransız izini birəfəlik silmək uğrunda nümayişlərə başladılar.
Afrikada hələ də antifransa əhval-ruhiyyəsi hökm sürür.
Parisdə yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Reem Momtaz Fransa liderinin son açıqlamaları barədə mediaya danışarkən bunları deyib: “Makron Ukrayna müharibəsinin lap əvvəllərindən Avropaya rəhbərlik etmək fürsətini əldən verib. İndi də öz səhvini düzəltmək üçün vurnuxur”.
Görünür, Fransa prezidenti Makronun Cənubi Qafqaza tamamilə yersiz, həm də müvəqqəti burun soxması hər tərpənişində iflasa uğrayan daxili və xarici siyasətini ört-basdır etmək niyyətindən qaynaqlanır.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

