Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Taksilərdə bahalaşmanın səbəbi nədir?

Taksilərdə bahalaşmanın səbəbi nədir?

21.05.2024 [10:55]

Son günlər paytaxtda taksi qiymətlərində bahalaşma müşahidə edilir. Taksi sürücüləri də qiymətlərin artdığını təsdiqləyirlər. Hətta bəzi sürücülər qiymətlərin 5 manatdan başlayacağını iddia edirlər. Taksi üçün nəzərdə tutulmuş mobil proqramlara nəzər yetirsək, əvvəllər 1.50 azn-dən başlayan qiymətlər hazırda 2.50-dən başlayır. Qiymətlər günün saatlarına uyğun olaraq dəyişir.

Qiymətlərin artmasə bir neçə səbəblə izah olunur. Bahalaşma taksi xidməti göstərən avtomobillərin sayının kəskin azalması, Nazirlər Kabinetinin taksi fəaliyyətinin tənzimlənməsinə dair dair qərarından sonra yaranana ajitaj və digər açillər ilə izah olunur. Ən çox da NK-nın qərarının bu sahədə təsiredici rol oynadığı bildirilir.

Nazirlər Kabinetinin yeni qərarı nəyi nəzərdə tutur?

Hökumətin taksi fəaliyyəti ilə bağlı qərarında əsasən;

1. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək.

2. Avtomobilin istehsal tarixi 8 ildən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin. Çünki qanunvericiliyə görə, taksilər üçün buraxılış kartı 7 il müddətinə verilir.

3. Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər.

4. Taksilərin salonunda videokameralar olmalıdır.

5. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır.

6. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin bu qərarından sonra bir çox sahibkar köhnə avtomobillərini kütləvi şəkildə satışa çıxarıb. Bu sadalananlar taksi xidməti göstərən avtomobillərin sayının kəskin azalmasına səbəb olmaqdadır. Nəticədə bazarda tələb-təklif amili bu bahalaşmaya zəmin yaradıb.

Bəzi mütəxəssislər yeni qərarın taksi parkında avtomobillərin sayının daha da azalacağını, qiymətlərin yenə artacağını düşünürlər.

Taksi sürücülərindən tələb olunan şəhadətnamə nədir?

“Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi minik avtomobili sürücüləri etik davranış qaydaları və avtomobil nəqliyyatı ilə sərnişin daşınmanı tənzimləyən hüquqi aktlara dair xüsusi təlim keçməlidir. Bu təlimlərdə sürücülərə etik davranış qaydaları, sürücü-sərnişin münasibətləri, ilk tibbi yardım, normativ hüquqi aktlar, şəhərin tanınması, maşında nələrin olması, necə idarə olunmasına dair və digər bu kimi məlumatlar öyrədilir.

Təlim 4 gün keçirilir, 5-ci gün sürücülər imtahan verir. Bu təlimi keçməyən sürücülər digər bütün göstəricilərə uyğun gəlsələr də, taksi fəaliyyəti üçün buraxılış kartı ala bilməzlər. Təlim ödənişlidir və qiyməti 76 azn müəyyənləşdirilib.

Buraxılış vəsiqəsi, buraxılış kartı...

Nazirlər Kabinetinin qərarına əsasən, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” qanuna əsasən, buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.  Bütün bunlarla birgə taksi fəaliyyəti ilə məşğul olan şəxslər minimum xərci 226 manat olacaq.

Taksi sürücüləri yeni avtomobil almalıdır...

Bunlar sənədləşmə xərcləridir, daha böyük xərc təzə maşın almaq üçün tələb olunur. “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, taksi xidməti ilə məşğul olan operatorlar artıq 1999-2000-ci illərin istehsalı olan avtomobilləri sistemdə bloklamağa başlayıb. Bu proses 2010-cu il istehsalı olan avtomobillərə də mərhələli şəkildə tətbiq ediləcək. Ona görə də taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən yeni avtomobildən istifadə tələbi qoyulduğundan onlar məcburi də olsa yeni avtomobil almalı olacaqlar. Bu avtomobillər isə bahadır. Bütün bu xərclərin qarşılığında taksi fəaliyyəti göstərən şəxs ucuz qiymətə sərnişin daşımaq istəməyəcək. Taksi operatorları isə sərnişinlərə ekonom, biznes-klas, VİP xidmət təklif edir. Təzə avtomobillə heç kim ekonom xidmətə qoşulmaq istəmir. Belə olduqda qiymətlər bahalaşır.

İctimai nəqliyyat qaydasında deyil...

Ekspert qeyd edib ki, paytaxtda ictimai nəqliyyat qaydasında deyil: “Yaxın zamanlarda bu problemin həllini gözləmək olmaz. Bu proseslər paralel şəkildə aparılsaydı, daha yaxşı nəticə əldə etmək olardı. Qəbul edilən qərarlar və qanunlar fonunda taksi fəaliyyəti ilə məşğul olanlar azalır. Bu qərarlar dünyanın bir çox ölkələrində tətbiq edilir. Lakin orada ictimai nəqliyyat yüksək səviyyədə fəaliyyət göstərir və çeşidləri çoxdur.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 598 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31