Beynəlxalq humanitar forum Azərbaycanın adına layiq şəkildə təşkil olunub
06.10.2012 [16:42]
“Azərbaycandakı iqtisadi inkişaf və tərəqqi, siyasi sabitlik və insanların rifah halının yüksək olması Bakıya ilk addımını atan hər bir əcnəbidə yaranan ilk təəssüratlardır. Paytaxtla yaxından tanışlıqdan sonra, eləcə də, bu şəhərin insanları ilə təmasda olduqca bu təəssüratların daha da zənginləşir. Bakı özünün yaraşığı və əzəməti ilə Avropanın bir çox şəhərlərini üstələyir. Eyni zamanda, insanlardakı yüksək mədəniyyət, xoşxasiyyətlilik və qonaqpərvərlik ölkəniz haqda zəngin təsəvvürlər yaradır”. Bu sözləri Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçısı, Rusiyanın görkəmli yazıçısı, tədqiqatçı-jurnalist, kinossenarist, bir sıra məşhur romanların müəllifi, kitabları 20 milyondan artıq tirajla çap olunan Andrey Konstantinov ötən gün Beynəlxalq Mətbuat Mərkəzində KİV nümayəndələri ilə görüşündə səsləndirib. Tədbirdə, həmçinin, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsü Osmanov, Rusiyada nəşr olunan “Baku” jurnalının baş redaktorunun müavini Tamilla Əhmədova, ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Qonaq haqda media nümayəndələrinə məlumat verməzdən öncə ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsü Osmanov qeyd edib ki, Azərbaycanla Rusiya arasında əlaqələr dinamik şəkildə inkişaf edir: “Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasındakı mehriban dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafına şərait yaradıb. Məhz bu səbəbdəndir ki, indi Azərbaycan Rusiya Federasiyasının bir sıra vilayət və quberniyaları ilə birbaşa əlaqələr qurub. Hər gün Rusiyanın müxtəlif quberniyalarından Azərbaycana rəsmi nümayəndə heyətləri gəlir. Bu gün Rusiyanın elə bir yeri qalmayıb ki, Azərbaycan həmin vilayət ilə birbaşa iqtisadi əlaqələr qurmasın, əməkdaşlıq etməsin. Belə vilayətlərdən biri də Leninqrad vilayətidir. Tezliklə paytaxt Sankt-Peterburqdan geniş tərkibdə rəsmi nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini xatırladan diplomat, Bakıda keçirilən görüşlərdə ikitərəfli münasibətlərin perspektivlərinin müzakirə olunacağını bildirib. Onun sözlərinə görə, Sankt-Peterburqun qubernatorunun rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibində, həmçinin, vilayətin iri biznes strukturlarının, elm və təhsil müəssisələrinin rəhbərləri yer alacaq. Hazırda səfərin proqramı üzərində iş aparıldığını qeyd edən diplomat, Bakıda keçirilən müzakirələrin ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini əminliklə vurğulayıb.
Qüdsi Osmanov, daha sonra, Andrey Konstantinovu media nümayəndələrinə təqdim edərək bildirib ki, rusiyalı qonaq Kazan şəhərində anadan olsa da, məşhurluğunu məhz Sankt-Peterburq şəhərində tapıb. Buradakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra, bir sıra ölkələrdə müxtəlif peşələrdə çalışıb. Və nəhayət, öz məşhurluğunu məhz jurnalistika sahəsində tapıb. İndi Andrey Konstantinov Rusiya yazarları arasında kitabları ən çox tirajla nəşr olunan müəlliflərdəndir.
Jurnalistika sahəsinə təsadüfən - öz ixtisası üzrə axtardığı işi tapa bilmədiyi üçün gəldiyini qeyd edən Andrey Konstantinov, bundan heç də peşman olmadığını söyləyib. Əvvəlcə araşdırmaçı jurnalist kimi fəaliyyətə başladığını deyən qonaq, o illərdə Rusiyada kriminal hadisələrin daha çox baş verdiyini və həmin hadisələri araşdıra-araşdıra necə məşhur bir kriminalist yazıçıya çevrildyini heç özünün də hiss etmədiyini vurğulayıb. Və “Rusiyanın kriminal aləmi”, “Rus mafiyaçıları”, “Quldur Peterburq”, “Korrupsiyalaşmış Peterburq”, “Vəkil”, “Peterburq qubernatorunun ultimatumu” və s. məşhur kitabların oxuculara təqdim olunması onun şöhrətini Rusiya sərhədlərindən kənara çıxarıb. Qonaq qeyd edib ki, günlərin birində İsveçdən olan jurnalistlər Rusiyanın kriminal həyatından bəhs edən sənədli film çəkmək üçün Sankt-Peterburqa gəliblər. Mövzu axtararkən, onlara Andrey Konstantinovla görüşməyi məsləhət görüblər. Beləliklə də, o, kinossenaristə çevrilib. İllər ötdükçə, o, ətrafına həmkarlarını, həmfikirlərini toplayıb. Əvvəlcə bir neçə nəfərdən ibarət olan kiçik bir araşdırmaçı-jurnalist qrupu hazırda 130-dan artıq əməkdaşın çalışdığı böyük bir media qrupuna çevrilib. Qrupun tərkibində bir neçə qəzet, agentlik fəaliyyət göstərir. O, həmçinin, qeyd edib ki, qrupun üzvləri müxtəlif ölkələrə ezam olunur, burada baş verən kriminal hadisələrlə bağlı araşdırmalar aparırlar. Hazırda Sankt-Peterburq Universitetində, həm də müəllim kimi çalışdığını qeyd edən A.Konstantinov, tələbələrə jurnalistikanın sirlərini öyrətdiyini bildirib.
Sonra KİV nümayəndələrinin suallarını cavablandıran Andrey Konstantinov Bakıya gəlməkdən böyük məmnunluq duyduğunu vurğulayıb.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşının “Beynəlxalq Humanitar Forumun təşkili və keçirilməsini necə qiymətləndirirsiniz?” sualını cavablandıran qonaq Azərbaycandan zəngin təəssüratlarla geri dönəcəyini bildirib. O, dünyanın bir sıra ölkələrində müxtəlif beynəlxalq tədbirlərdə iştirak etdiyini, Bakı forumunun həm müzakirə olunan mövzular, həm də iştirakçılar baxımından onların heç birinə bənzəmədiyini bildirib. Onun sözlərinə görə, elə forumlar olur ki, panel sessiyalarında müzakirələr gedən zaman iştirakçılardan bəziləri, hətta yuxuya belə gedirlər. Bakıda isə müzakirələr çox yüksək səviyyədə təşkil olunub və bütün nümayəndələr müzakirələrdə aktiv iştirak ediblər. A.Konstantinov Bakı forumunun, hətta Sankt-Peterburqda keçirilən iqtisadi forumdan da yüksək səviyyədə təşkil edildiyini bildirib. O, forumun Azərbaycanın adına layiq təşkil olunduğunu vurğulayıb.
“Bir araşdırmaçı jurnalist kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrini, eləcə də, Xocalı faciəsini də araşdırmaq niyyətiniz varmı?” sualını cavablandıran A.Konstantinov bunun üçün onlara hələlik Azərbaycan tərəfindən hər hansı bir müraciətin olmadığını bildirib. Qonaq qeyd edib ki, hər hansı bir araşdırma müəyyən vaxt və məsrəflər tələb edir, buraya ezamiyyət xərcləri, qrup üzvlərinin təminatı və s. daxildir. Belə təminatlar ödəniləcəyi təqdirdə, ediləcək hər hansı təklif qrup tərəfindən dəyərləndirilə bilər.
Dünyanın bir sıra ölkələrində müxtəlif araşdırmalar apardığını, çoxlu siyasətçilərlə görüşdüyünü, tanınmış şəxslərdən dəfələrlə müsahibələr aldığını qeyd edən A.Konstantinov, daha sonra, böyük məmmuniyyətlə Azərbaycan Prezidenti İlham Əliyevdən də müsahibə hazırlamaq istədiyini vurğulayıb.
İlk gəlişindən Azərbaycanı çox sevdiyini qeyd edən qonaq, vaxt tapdıqda təkrar ölkəmizə gələcəyini, bu ölkənin mədəniyyəti, tarixi, eləcə də, insanları haqda silsilə məqalələr yazacağını vəd edib.
Pərviz Sadayoğlu,
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40

