Kamera arxasından əbədiyyətə...
29.08.2024 [10:31]
Ta qədimdən başıbəlalı Azərbaycanımız çox müharibələrə, savaşlara meydan olub. Vətənin bir qarış torpağını belə canından, qanından üstün bilən xalqımız düşmənlə mübarizədə heç zaman güzəştə getməyib, qurbanlar hesabına öz ədalətini özü bərpa edib.
Hərb sahəsində öz gücünü, canlı qüvvəsini daim artıran vətənimizdə yeri gələndə bütün peşə sahibləri öz işləri, fəaliyyətləri ilə ordumuza dəstək olub, dövlətimizin yanında olub. Ona görədir ki, bu gün şəhidlərimizin arasında ayrı-ayrı peşə sahibləri, müxtəlif yaşdan olanlar da az deyil. Xüsusən, birinci və ikinci Qarabağ müharibələri millətimiz üçün ağır, amma şərəfli imtahan idi. Fəxr edə bilərik ki, biz bir xalq olaraq bu ağır imtahanlardan alnıaçıq, üzüağ çıxmağı bacardıq. Əlbəttə, daha çox ordumuzun, canını, qanını torpaqlarımız uğrunda əsirgəməyən şəhidlərimizin, qazilərimizin sayəsində.
Bir müharibə zamanı cəbhədə gedən savaşla yanaşı, baş verənlərin çəkilib dünyaya çatdırılması, sağlam informasiya savaşının aparılması da çox önəmlidir. Bu, həm də tarixi həqiqətlərin olduğu kimi gələcək nəsillərə ötürülməsi üçün lazımdır. Bu sahədə də Azərbaycan həm şanslı, həm də güclü dövlətdir. Çünki onun heç nədən qorxmadan kamerası, mikrofonu, qələmi ilə cəbhəyə üz tutan, ən qaynaq nöqtələrdən belə xəbər hazırlamaq peşəkarlığına malik olan jurnalistləri var. Həmin jurnalistlərdən bu uğurda şəhid olanları da az deyil. Həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində mətbuatımız da öz itkiləri ilə sarsıldı.
Bu gün- 29 avqust iki şəhid jurnalistimizin doğulduğu gündür. Onlardan biri Birinci Qarabağ müharibəsində, o biri isə Vətən müharibəsində şəhadətə ucalıb. Nə təsadüfdür ki, eyni gündə doğulan hər iki qəhrəman da operator cəbhə bölgəsində xidmət göstərirdilər.
Çingiz Mustafayev... Bu ad hər bir azərbaycanlıya çox yaxşı tanışdır. 1990-cı illər Qarabağ müharibəsində hələ dünyaya gəlməyən, ya da olanları anlamayacaq qədər kiçik olan biz və bizdən sonrakı nəsillər Xocalı faciəsini, Qarabağın müxtəlif yerlərində gedən qanlı döyüşləri onun lent yazıları ilə izləmiş, dünyaya göstərmişik.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür. Yaşasaydı 64 yaşını qeyd edəcəkdi. Amma o isə bunun yarısını, 32 ilini yaşayıb qəhrəman kimi şəhidlik zirvəsinə ucalmağı seçdi.
Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.
Birinci Qarabağ müharibəsi başlayanda Çingiz jurnalistika sahəsinə üz tutur və 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başlayır. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmir. Belə ki, reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapır. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum etdiyindən Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı olur. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibəd?n məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsində döyüş gedən bütün bölgələrdən çəkdiyi operativ reportajları, xəbərləri, siyasi proseslərlə bağlı informasiyaların müəllifi, hətta bir əlində silah, birində kamera torpağını müdafiə edən əsgər, əsgərləri döyüşə səsləyən komandan kimi Azərbaycanın və bütün türk dünyasının tarixinə öz adını qızıl hərflərlə yazdırdı. Amma bütün bunlarla yanaşı, o, daha çox Xocalıda çəkdiyi filmlə tanındı, yaddaşlara həkk olundu. Əsrin faciəsi olan Xocalı soyqırımını hər vəchlə üzərindən atmağa çalışan Ermənistan Çingizin həqiqətləri olduğu kimi əks etdirən filmi qarşısında aciz qaldı.
Nə yazıq ki, Çingizin telejurnalist kimi fəaliyyəti cəbhədə yarandığı kimi, cəbhədə də söndü. O, 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhadətə ucaldı. Hətta döyüşçü jurnalist son nəfəsində belə kameranı söndürmədi, çəkdiklərinin, lentin yaddaşına həkk etdiklərinin onun adını ölümündən sonra ölkəmizin tarixinə həkk edəcəyinə əminliklə...
Onun bu fədakarlığı dövlətimiz və xalqımız tərəfindən hər zaman ucalıqla qiymətləndirildi. O, 1993-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adını aldı.
Çingiz Mustafayevin Azərbaycan mətbuatında ucaltdığı heykəl ondan sonra gələn çox jurnalistə örnək oldu. Çoxları onun yolunu getmək, onun kimi Azərbaycan tarixində, mətbuatında iz qoymaq arzusu ilə üz tutdular jurnalistikaya. Amma təbii ki, qəhrəman olunmur, qəhrəman doğulur.
44 günlük Vətən müharibəsində daha bir operator müharibədə baş verənləri bütün dünyaya çatdırmaq, düşmənin hiyləgərliyini olduğu kimi göstərmək üçün ən təhlükəli zonalarda reportaj hazırlayarkən həmin hiylənin qurbanına çevrildi.
Yaşasaydı bu gün 35 illik yubileyini qeyd edəcəkdi şəhid jurnalist Sirac Abışov. Lakin o da həmkarı kimi cəmi 32 yaşında şəhadətə ucaldı.
Azərbaycan Televiziyasının operatoru Sirac Abışov 29 avqust 1989-cu ildə Qubadlı rayonunun Dondarlı kəndində doğulub. Çingizin çəkib bu günümüzə miras qoyduğu Birinci Qarabağ müharibəsinin körpə qurbanlarından biridir Sirac. Hələ kiçik yaşlarında o, müharibə zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdı.
44 günlük Vətən müharibəsindən sonra 30 il boyunca düşmən təcavüzünə məruz qalan, minalarla tələlər hazırlanan torpaqlardakı vəziyyəti çəkib göstərmək üçün ən təhlükəli zonalarda çəkilişlər aparan Sirac 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda həmkarı Məhərrəm İbrahimovla birlikdə minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.
“Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovun və Sirac Abışovun adını salıb.
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Doğulduqları gün kimi şəhadət qismətləri və şəhadət yaşları ilə də oxşar ömür yaşayan şəhid jurnalistlərimizi sayğı və sevgi ilə anır, ruhlarına əbədi dinclik diləyirik!
Unutmuruq! Unutdurmuruq!
Allah rəhmət eləsin!
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

