Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Respublika ərazisində təhlükəsizlik aylığı keçirilir

Respublika ərazisində təhlükəsizlik aylığı keçirilir

11.09.2024 [14:42]

Yeni dərs ilinin başlanması təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniazerbaycan.com-a verilən məlumata görə, nazirliyin göstərişinə əsasən, bu sahədə həyata keçirilən qabaqlayıcı tədbirlərin effektivliyinin artırılması məqsədilə sentyabrın 10-dan respublika ərazisində təhlükəsizlik aylığının keçirilməsinə başlanılıb. Oktyabrın 10-dək davam edəcək və “Diqqət, uşaqlar!” devizi altında keçiriləcək tədbirlər çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlərin gücləndirilməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, çatışmazlıqların aradan qaldırılması, xüsusilə maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli işlərin görülməsi nəzərdə tutulur.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil qəzalarında uşaqların travma almasının minimuma endirilməsində əhalini, xüsusilə qeyri-hökumət təşkilatlarını, media subyektlərini birgə iştirakçılığa dəvət edir.

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31