/ / Bakıda “Aqrar iqtisadiyyatın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir
Bakıda “Aqrar iqtisadiyyatın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir
07.12.2012 [03:55]
Dünən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun (AzETKTİ və Tİ) yaranmasının 50 illik yubileyi və “Aqrar iqtisadiyyatın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb. Bu münasibətlə ölkəmizdə səfərdə olan MDB ölkələrinin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi mərkəzlərin rəhbərləri və tanınmış alimləri əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Rusiya Federasiyasının Dağıstan Respublikasından gəlmiş qonaqlar görkəmli dövlət xadimi Əziz Əliyevin məzarını da ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra beynəlxalq konfrans institut kollektivinin iştirakı ilə davam etdirilib.
Tədbirdə çıxış edən institutun direktoru, professor Sadıq Salahov rəhbərlik etdiyi təşkilatın ötən 50 ildə keçdiyi şərəfli yoldan söz açıb.
Kənd təsərrüfatı nazirinin müavini Bəhrəm Əliyev respublikamızda aqrar sektorun inkişafı sahəsində əlverişli mühitin olduğunu vurğulayıb. Qeyd edilib ki, bazar iqtisadiyyatına keçiddən sonra ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da mühüm islahatlar həyata keçirilib, ərzaq təhlükəsizliyi ilə bağlı proqram qəbul edilib. Hazırda bu proqram uğurla icra olunur.
Qazaxıstan Elmi Tədqiqat İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru Altınbek Moldaşev isə “Qazaxıstanın aqrar iqtisadiyyatının aktual problemi” mövzusunda məruzə edib.
Konfransda çıxış edən Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, akademik Asəf Nadirov və digərləri ölkəmizin kənd təsərrüfatının inkişafı sahəsində böyük nailiyyətlər qazanmış institut alimlərinin və mütəxəssislərinin fəaliyyətini təqdir ediblər.
Vurğulanıb ki, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən olub. Ümummilli lider Heydər Əliyev Azərbaycanın daxili imkanları hesabına əsas ərzaq məhsulları ilə təminatına böyük önəm verib və bu istiqamətdə məqsədyönlü tədbirlər görülüb. Ulu öndərin təşəbbüsü ilə ötən əsrin 90-cı illərində MDB məkanında ilk olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsi nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılmasına nail olunub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qlobal iqtisadi sistemə səmərəli inteqrasiya yolunu seçmiş və davamlı sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymuş ölkəmizdə ərzaq təhlükəsizliyi probleminə kompleks yanaşma nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul olunub.
Qeyd edək ki, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi konfrans dekabrın 7-də başa çatacaq.
Zahid İlhamoğlu
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

