Bakı metrosu üçün sifariş edilən iki yeni qatar paytaxta çatdırılıb
02.10.2024 [12:17]
Yaxın 3 il ərzində “Bakı metropoliteni” QSC-də 65 yeni nəsil vaqon və yaxud hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq.
AZƏRTAC xəbər verir ki, bu qatarlardan 7-si və yaxud 35 vaqon cari il ərzində Bakıya gətirilməlidir.
“81-765 Б/766 Б” seriyalı 7 qatardan 2-si artıq Bakıya çatdırılıb. Yeni qatarlar innovasiyalar baxımından sonuncu - 4-cü nəslə mənsub texnologiyalar əsasında istehsal olunub. Rusiyada layihələndirilərək istehsal olunan vaqonların təchizatı “Bakı Metropoliteni” QSC-nin texniki şərtləri əsasında həyata keçirilir. Texniki şərtlərdə qatarların idarəetməsi, texnoloji təchizatı və sərnişin rahatlığını təmin edən sistem və avadanlıqlar quraşdırılır.
Bağlanmış müqaviləyə uyğun olaraq, vaqonların yığılmasının texniki tamamlama işləri və komplektləşdirməsi Bakı metropoliteninin “Xocasən” elektrik deposunda başa çatdırılacaq. “Bakı Metropoliteni” QSC yeni qatarların sifarişi məqsədilə dünyada olan aparıcı texnologiyaların öyrənilməsinə və istehsal prosesi zamanı onların vaqonlarda tətbiqinə diqqət edir. Bundan savayı, Bakı metropoliteninin texniki xüsusiyyətləri, mürəkkəb relyefi, paytaxtın iqlim şəraitinə hesablanmış bir sıra məsələlər də texniki şərtlərin tərkib hissəsi olur. Vaqonların tam komplektləşdirilməsi üçün Bakı metropoliteninin texniki şərtləri və sifarişi əsasında Avropanın bu sahədə qabaqcıl müəssisələri ilə 9 müqavilə imzalanaraq, avadanlıq və hissələr alınaraq Bakıya gətirilib.
Vaqonların dartı mühərrikləri Avstriya, dişli muftalar, akkumulyator batareyaları, manometrlər, vaqonlararası keçidlər Almaniya, maşinist kontrolleri və rəqssöndürücülər Çexiya, avtoqoşqular və yarımsabit qoşqular Polşa, relelər və yuvalar Niderland, qapı mexanizmləri İtaliya istehsalıdır. Bununla yanaşı, dünyanın aparıcı istehsalçılarından alınmaqla əyləc blokları, mühərrik kompressorları və s. ilə təchizat məsələləri də komplektləşdirmə məsələlərinin tərkib hissəsinə daxil edilib.
Avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi, ultrabənövşəyi lampalarla vaqon salonunda havanın zərərsizləşdirilməsi, istilik izolyasiyasının effektini artıran tambursuz konstruksiya kimi məsələlər bu xüsusda əsaslardan biridir.
Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. Bu isə sərnişin tutumunun artmasına şərait yaradır. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin üçün hesablanıb. Vaqonlar arasında birbaşa keçidlər sərnişin salonunun 15 faiz genişlənməsinə və daha çox sərnişin daşımağa, Bakı metropoliteni üçün xüsusi əhəmiyyət kəsb edərək sərnişinlərin qatar boyunca hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır. Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə Bakı metropoliteni üçün ən mühüm məsələlərdən biri kimi sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir.
Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, baş vaqonlarda maşinist kabinəsinin arxasında əlil arabaları üçün yerlər mövcuddur. Mobil cihazları enerji ilə yükləmək üçün USB portlar, müasir məlumatlandırma sistemləri də sərnişin məmnunluğuna müsbət təsir edən elementlərdir.
Ümumilikdə, “81-765 Б/766 Б” seriyasından olan yeni qatar tərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchiz olunub.
Bir qatarın komplektləşdirilməsi başa çatdırılaraq, sazlama işləri üçün “Nərimanov” elektrik deposuna göndərilib. Bundan savayı, daha iki qatar tərkibi də “Xocasən” elektrik deposuna çatdırılıb. Oktyabr ayı ərzində bu il üçün nəzərdə tutulmuş son üç qatar tərkibi də ölkəmizə çatdırılacaq. Bütün qatarların yığılaraq komplektləşdirilməsi başa çatdırıldıqdan sonra normativlərə uyğun sazlama, sınaq və tənzimləmə işlərinə cəlb olunaraq xətlərə buraxılacaq.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24

