Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

03.10.2024 [21:35]

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın Yusif Səfərov küçəsində mikromobillik zolaqlarının təşkilinə başlanılıb.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, bu zolaq şəhərin mərkəzini “Xətai” metrostansiyası, Xocalı prospekti, Fəzail Bayramov, Həmid Abbasbəyli, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələri ilə əlaqələndirəcək.

Hazırda zolağın uzunluğu 430 metrə yaxındır. Görülən işlər çərçivəsində velosiped zolağı Həmid Abbasbəyli küçəsinədək (“Sevirəm” parkının yanı) uzanacaq və təxminən 850 metr təşkil edəcək.

Qeyd edək ki, Xocalı prospekti, “Sevirəm” parkı və 28 May küçəsini əlaqələndirən mikromobillik vasitələri üçün yeni zolaq Yusif Səfərov küçəsində şəbəkənin ən vacib hissələrindən biridir.

Paylaş:
Baxılıb: 470 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

MEDİA

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31