Almatıda II Türk Dövlətçiliyi Tarixi Konqresi keçirilib
09.10.2024 [14:02]
Qazaxıstanın Almatı şəhərində “Çingiz epoxasında türk xalqlarının dövlətçiliyi” mövzusunda II Türk Dövlətçiliyi Tarixi Konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində Türk Akademiyası, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Tarix Cəmiyyəti və Qazaxıstanın Cuçi Ulusu Elmi İnstitutu çıxış ediblər.
Konqres Türk dünyasının və bütövlükdə Avrasiyanın tarixində mühüm rol oynayan əsas hadisə olan Cuçi Ulusunun yaranmasının 800 illiyinə həsr olunub. Qeyd edək ki, Qazaxıstanda bu tarixi yubiley Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə rəsmi şəkildə qeyd olunur.
Beynəlxalq Konqresdə türkdilli ölkələrin aparıcı elm xadimləri və diplomatik korpus nümayəndələri ilə yanaşı, Monqolustan, Koreya, Rusiya, ABŞ, Avstriya, Bolqarıstan və Ukraynanın nümayəndələri də iştirak ediblər. Tədbirdə Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Tarix Qurumunun rəhbəri Yüksel Özgen və Cuçi Ulusu Araşdırmaları İnstitutunun direktoru Caksılık Sabitov iştirak ediblər.
Konqresi giriş sözü ilə açan Türk Akademiyasının prezidenti Şahin Mustafayev elmi əməkdaşlığın gücləndirilməsi və türk xalqlarının tarixinə obyektiv, faktlara əsaslanan baxışın təbliği məqsədilə bu formatda tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edib. O vurğulayıb ki, müzakirələr, öz növbəsində, türk dövlətlərinin ümumi irsinin daha dərindən öyrənilməsi işinə kömək edəcək.
Türk Akademiyasının prezidenti deyib: “Tarix milli kimliyin əsası və xalqların mövcudluğunun ali məqsədinin təzahürü kimi ortaq dəyərləri tapmağa kömək edir. Eyni zamanda, biz görürük ki, tarixi faktların təhrif olunması millətlər, o cümlədən qardaş xalqlar arasında münaqişələrə səbəb ola bilər. Bizim vəzifəmiz bu manipulyasiyaların qarşısını almaq və bütün türk xalqlarına aydın və yaxın olan elmi əsaslar yaratmaqdır”.
Xatırladaq ki, ilk konqres ötən il Çolpon-Atada (Qırğızıstan) keçirilib və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Builki konqres iştirakçılarının diqqət mərkəzində türk xalqlarının siyasi tarixinə və mədəniyyətinin inkişafına mühüm təsir göstərən Çingizlər dövrü olub. Türk Akademiyasının rəhbəri vurğulayıb: “Çingizlər dövrü türk xalqlarının siyasi və etnik tarixinə çox böyük təsir göstərib. Onun bizim hamımız üçün əhəmiyyəti çox böyükdür, bu, ortaq türk məkanı xalqlarını həmin dövrün yeni, qloballaşan dünyasında birləşdirən dövrdür”.
İki gün davam edən tədbirdə alimlər Çingizlər dövründə türk dövlətlərinin tarixinin müxtəlif aspektlərinə dair məruzələrlə çıxış ediblər.
Türk Dövlətçilik Tarixi II Konqresinin yekununa dair iştirakçılar türk xalqlarının dövlətçilik tarixinin hərtərəfli və çoxşaxəli öyrənilməsinin vacibliyini vurğulayan Bəyannamə qəbul ediblər.
Sənəddə tarix, arxeologiya, etnoqrafiya, türkologiya və populyasiya genetikası kimi elmin müxtəlif sahələrini təmsil edən alimlərin birgə tədqiqatlarının intensivləşdirilməsinin zəruriliyi qeyd olunur.
Bəyannamədə müasir türk etnoslarının formalaşmasında əsas rol oynayan ümumi tarixin Çingizlər dövrünə xüsusi diqqət yetirilir.
Bundan əlavə, beynəlxalq tədbirin iştirakçıları bu materialların ortaq türk tarixinin yaradılmasına mühüm töhfə olacağına ümidvar olduqlarını bildirərək, Türk Akademiyasının nəzdində elmi məruzələr toplusunun nəşrinə qərar veriblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48

