/ / COP29 tədbirinə hazırlıq çərçivəsində bəzi avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək
COP29 tədbirinə hazırlıq çərçivəsində bəzi avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək
03.11.2024 [11:35]
Azərbaycanda keçiriləcək COP29 beynəlxalq iqlim konfransı zamanı paytaxtda nəqliyyat hərəkətinin idarə olunmasının optimallaşdırılması, şəhər nəqliyyatının təhlükəsiz və nizamlı təşkili, eləcə də hərəkət iştirakçılarının rahatlığının təmin edilməsi məqsədilə noyabrın 3-də saat 10:00-15:00 arası bir sıra müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri və son dayanacaq məntəqələri dəyişdiriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, hərəkət sxemləri dəyişdirilən avtobus marşrutlarının siyahısı aşağıdakılardır:
-Məmmədli, Buzovna, Maştağa, Bilgəh, Nardaran, Ramana, Balaxanı qəsəbələri və Albalılıq, Savalan (139 nömrəli marşrut) yaşayış massivlərində fəaliyyət göstərən marşrut avtobusları Zabrat şosesindən Balaxanı yolu ilə metronun “Ulduz” stansiyasınadək;
-Badamdar, Lökbatan və Bayıl qəsəbələri, Yasamal Yaşayış Kompleksi, Yeni Yasamal yaşayış massivi, 9-cu mikrorayon, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhər mərkəzi istiqamətində fəaliyyət göstərən marşrut avtobusları metronun “Elmlər Akademiyası” stansiyasınadək;
-Sabunçu dəmiryol stansiyasından Bakıxanov qəsəbəsi və metronun “Neftçilər” stansiyası istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Asif Əsədullayev və Yavər Əliyev küçələri ilə;
-Ramana qəsəbəsindən və Sabunçu dəmiryol stansiyasından Qara Qarayev prospekti istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Balaxanı yolu ilə;
-Metronun “Dərnəgül” stansiyasından Sabunçu dəmiryol stansiyasına fəaliyyət göstərən marşrut avtobusu Balaxanı yolu ilə;
-Metronun “Dərnəgül” stansiyasından Badamdar qəsəbəsinə, həmçinin Yeni Yasamal yaşayış massivindən 7 saylı “ASAN Xidmət” mərkəzinə fəaliyyət göstərən marşrut avtobusları Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, Mərdanov qardaşları, Bakıxanov küçələri, əks istiqamətdə isə N.Yusifbəyli, S.Vurğun, H.Əliyev, Ş.Mehdiyev küçələri ilə hərəkət edəcək.
Bundan başqa, COP29 konfransının baş tutacağı məkanlar istiqamətində nəqliyyat hərəkətinin intensivləşəcəyi nəzərə alınaraq, bu ərazilərdə sıxlığı azaltmaq, sakinlər və qonaqlar üçün təhlükəsiz və səmərəli nəqliyyatı təmin etmək məqsədilə bəzi avtobus marşrutlarının son dayanacaq məntəqəsi dəyişdirilib.
Son dayanacaq məntəqəsi dəyişdirilən müntəzəm avtobus marşrutları aşağıdakılardır:
-Metronun “Nəriman Nərimanov” stansiyası, 7-ci və 9-cu mikrorayondan şəhər mərkəzi istiqamətində fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqəsi metronun “28 May” stansiyasının yaxınlığı;
-Əhmədli qəsəbəsi, Cəmşid Naxçıvanski küçəsi (“8-ci kilometr” bazarı), Sabunçu qəsəbəsi (68 nömrəli məktəb) ərazilərdən şəhər mərkəzi istiqamətində fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqəsi metronun “Xətai” stansiyası;
-Zabrat qəsəbəsi “Kərpic zavod” və “Yeni məhəllə” adlanan ərazilərdə, həmçinin 71 nömrəli məktəbin yaxınlığında fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqəsi Sabunçu dəmiryol stansiyası;
-Ramana – Yeni yaşayış kompleksi (Ramana qəsəbəsi, 163 nömrəli marşrut), Suraxanı qəsəbəsi və Ramana qəsəbəsi (“Şuşa şəhərciyi” adlanan ərazi) fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (“Piramida” tərəf, dəmiryol stansiyası);
-Pirşağı qəsəbəsi, Pirşağı bağlarında və Savalan yaşayış massivində (197 nömrəli marşrut) fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqələri Zabrat dairəsi;
-Hövsan qəsəbəsindən şəhər mərkəzinə fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi metronun “Həzi Aslanov” stansiyası;
-Günəşli qəsəbəsindən şəhər mərkəzinə fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi Ramiz Quliyev küçəsi (Radiozavod, “Bravo” market);
-Şüvəlan və Qala qəsəbələrindən şəhər istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Qala-Pirallahı yolu və Zığ şosesi ilə hərəkət edəcək. Marşrutun son dayanacaq məntəqəsi metronun “Əhmədli” stansiyası;
-Binə qəsəbəsindən şəhər istiqamətində fəaliyyət göstərən marşrut avtobusu Zığ şosesi ilə hərəkət edəcək. Marşrutun son dayanacaq məntəqəsi metronun “Həzi Aslanov” stansiyası;
-Bakı Beynəlxalq Avtovağzal Kompleksindən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi “Gənclik” Nəqliyyat Mübadilə Mərkəzi;
-“AzərSu” Tikinti Xəstəxanasından Sabunçu qəsəbəsi istiqamətində fəaliyyət göstərən marşrutun başlanğıc dayanacaq məntəqəsi “AzərSu” Tikinti Xəstəxanası, son dayanacaq məntəqəsi isə metronun “Neftçilər” stansiyası;
-Cəmşid Naxçıvanski adına hərbi liseydən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi Yavər Əliyev küçəsi (Bakıxanov qəsəbəsi);
-Sahil qəsəbəsindən metronun “Sahil” stansiyası istiqamətində fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi (Lökbatan dairəsi);
-Keşlə qəsəbəsindən Qara Qarayev prospekti ilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan marşrutun son dayanacaq məntəqəsi Azər Manafov küçəsi (metronun “Qara Qarayev” stansiyası) təyin edilib.
Qeyd edək ki, müvəqqəti dəyişikliklər xarici ölkə liderlərinin, iqlim dəyişikliyi üzrə ekspertlərin və mütəxəssislərin iştirak edəcəyi COP29 zamanı şəhərdə ictimai nəqliyyatın hərəkətində gecikmələrin qarşısını almağa və piyadaların təhlükəsizliyini artırmağa kömək edəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

