26 dekabr 1991-ci il...
26.12.2024 [09:04]
Həmin gün Xankəndi işğal olunsa da, tarixi ədalət bərpa edildi
Azərbaycan dövləti və xalqı tarixi ədaləti bərpa edərək ərazi bütövlüyümüzü və suverenliyimizi təmin edib. Xalqımız bu sevinci 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında Qarabağda keçirilən bir günlük antiterror tədbiri sayəsində yaşayıb.
Həmin vaxtlaradək isə hər il işğal günlərini qeyd edirdik. Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa da, işğal tarixləri heç vaxt unudulmamalı, gələcək nəsillərə çatdırılmalıdır. Məhz bu gün işğal tarixlərindən birinin ildönümüdür. Belə ki, 26 dekabr 1991-ci ildə Xankəndi şəhəri ermənilər tərəfindən işğal olunub və...
Xankəndinin tarixi...
Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının - xanların istirahəti üçün salınıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın xanımı Pəricahan bəyimə hədiyyə olunub.
Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən çox sayda erməni ailəsinin Qarabağda, o cümlədən də Xankəndidə yerləşdirilməsinə baxmayaraq, yaşayış məntəqəsinin tarixi adı uzun müddət saxlanılıb. SSRİ dövründə Xankəndində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılıb. 1923-cü il iyulun 7-də sovet hakimiyyəti tərəfindən Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. 6 oktyabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilərək azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. Muxtar vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilib. Keçmiş SSRİ dövründə Xankəndidə yaşayan azərbaycanlılar tədricən buradan didərgin salınıblar. 1988-ci il hadisələri başlayanda Xankəndidə erməni əhalisi azərbaycanlılardan çoxluq təşkil edirdilər. Həmin vaxt azərbaycanlıların sayı təxminən 15 min civarında idisə, ermənilər 40 min nəfərədək “artmışdılar”.
1988-89-cu ildə Xandəndi artıq erməni separatizminin mərkəzinə çevrilmişdi. Keçmiş ittifaqda rəhbər dairələrin dəstəyi ilə güclənən erməni separatçıları sonuncu azərbaycanlıları 26 dekabr 1991-ci ildə Xankəndidən silah gücünə çıxarmışdılar.
Xankəndini “erməniləşdirmək” planı iflasa uğradı
Xatırladaq ki, Xankəndinin baş planı hələ sovet dövründə Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib və Azərbaycan SSR tərəfindən şəhərdə geniş tikinti işləri aparılıb. Amma işğaldan sonra şəhərin bütün mənzərəsi pozulub, baş plana uyğun olmayan yöndəmsiz binalar tikilib. Məsələn, bunlardan biri “Artsax parlamenti”nin binası adlanırdı. Binanın açılışı keçmiş separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü, yəni 2007-ci il sentyabrın 2-də olub.
İşğal illərində ucaldılan digər bir bədnam tikili “veteranlar binası” və yaxud “Artsaxı azad etmiş döyüşçülər ittifaqının binası” adlandırılırdı. Xankəndi şəhərinin mərkəzi meydandakı “veteranlar binası”ının açılışı 2013-cü il mayın 8-də baş tutub. Bu tarix, əlbəttə ki, təsadüfi seçilməmişdi. Şuşa məhz 1992-ci il mayın 8-də işğal olunmuşdu.
Lakin Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmadı. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmişdi. Sülhməramlıların məsuliyyət zonasında olsa da, erməni separatçıları davamlı olaraq hərbi təxribatlara əl atırdılar. Buna görə də, Azərbaycan Ordusu 2023-cü ilin 19-20 sentyabrında lokal antiterror tədbiri keçirərək Qarabağdakı separatçı rejimi diz çökdürdü. Xalqımıza qarşı qətliamlar törətmiş hərbi cinayətkarlar isə həbs olunaraq Bakıya gətirildilər. Ötən il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdı. 8 noyabrda isə şəhərdə Zəfər Gününə həsr olunmuş təntənəli hərbi parad keçirildi.
Xankəndinin tarixi-milli siması özünə qaytarılır
Hazırda işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Xankəndi də abadlıq-quruculuq meydanına çevrilib. Xankəndinin tarixi-milli siması özünə qaytarılır. Artıq işğal illərində şəhərin simasına yamaq edilən binalar, saxta simvollar sökülüb. Qarabağda suverenliyimizin bərpasından sonra saxta simvollardan təmizlənən tikililərdən biri də Xankəndi şəhər stadionu oldu. Buradan qondarma bayrağın rəngləri ilə bəzədilmiş oturacaqlar sökülərək yeniləri ilə əvəzləndi və digər zəruri işlər görüldü. Açılışa hazırlanan Xankəndi şəhər stadionunda 21 dekabr 2023-cü ildə Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ” və MOİK komandaları üz-üzə gəldilər. Yenidən qurulan stadionda topa ilk ayaq vuran isə Prezident İlham Əliyev oldu...
Hazırda şəhərdə abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Artıq bu il Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb. Burada ilk mərhələdə təxminən 1200 tələbə təhsil alır. Eləcə də, şəhərdə orta məktəb, istehsal müəssisəsi, iaşə obyektləri, hotel və s. fəaliyyət göstərir. Beləliklə, Xankəndidən olan azərbaycanlıların da üç onillik ərzində yaşadıqları məşəqqətli qaçqınlıq və məcburi köçkünlük dövrü sona çatıb. Böyük Qayıdış proqramına uyğun olaraq onların doğma şəhərə köçürülməsi həyata keçiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22

