Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nazir: Son 20 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 30 dəfə artırılıb

Nazir: Son 20 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 30 dəfə artırılıb

22.02.2025 [21:36]

Son 20 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 30 dəfə artırılıb, 700-dən çox səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılıb. Həmin müəssisələrin 70 faizdən çoxu regionların payına düşür.

AZƏRTAC xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş Azərbaycan Endouroloji Cəmiyyətinin II konqresinin rəsmi açılış mərasimində çıxışında bildirib.

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva vətəndaşların sağlamlığına həssaslıqla yanaşır, müxtəlif sosial təşəbbüslərlə çıxış etməklə yanaşı, həm də onlara dəstək verir. Səhiyyənin yeni maliyyələşmə mexanizmi olan icbari tibbi sığorta 2021-ci il aprelin 1-dən bütün respublika ərazisində tətbiq olunur. Xidmətlər zərfi çərçivəsində 3315 sayda tibbi xidmət göstərilir. Bu xidmətlər siyahısında müasir uroloji əməliyyatlar da yer alır", - deyə nazir qeyd edib.

Paylaş:
Baxılıb: 294 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31