Tarixilik və müasirliyin vəhdəti...
10.04.2025 [08:32]
10 aprel - İnşaatçılar Günüdür
Hər bir ölkənin sosial-iqtisadi tərəqqisinə təkan verən amillərdən biri inşaat sektorunun inkişafıdır. Bu sahə dövlətimizin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Son illər Azərbaycan tikinti sektorunda gedən canlanma və dinamik inkişaf da bunu sübut edir.
Yeri gəlmişkən, bu gün - aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli sərəncamına əsasən, hər il aprelin 10-u ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur.
Qədim tarixə malik memarlıq abidələrimiz...
Azərbaycanda tikinti işlərinin geniş vüsət alması isə XIX əsrin sonlarına - XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdən indiyədək qorunub saxlanılan yaşayış və ictimai binalar özündə Şərq və Qərb memarlığının nadir nümunələrini əks etdirir.
Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu İçərişəhərin ərazisində yerləşən Qız qalası və Şirvanşahlar Saray Kompleksinin UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınması da sübut edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO-nun ümumdünya irsi kimi qəbul olunub. Təbii ki, bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir.
Ötən əsrin 70-ci illərində respublikamızda tikinti sektorunun inkişafı sürətlənib. Şəhər və rayonlarda nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilib. Bu gün isə ölkəmizdə böyük tikinti-quruculuq işləri aparılır. Son illər qəbul edilən Dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın kompleks inkişafına səbəb olub, tikinti işlərinin əhatə dairəsi xeyli genişlənib. Bu da nəticə etibarilə yeni iş yerlərinin açılmasına, məşğulluq məsələlərinin həllinə və əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olub.
Son illər istifadəyə verilən mühüm obyektlər
2023-cü ilin yanvar-fevral aylarında Bakı şəhərində “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi” və s. istifadəyə verilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 524,8 milyon manatı (95,5 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç, İran və Fransa sərmayədarlarına məxsus olub. 2023-cü ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 72,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 16 faizini əsaslı təmir, 8 faizini cari təmir, 3,9 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 90,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Metro inşaatçılarının əməyi...
İctimai sərnişindaşımada vacib rol oynayan Bakı Metropolitenin inşaatçıları peşə bayramını məhz yerin altında qeyd edirlər. Bakı Metropoliteninin hər gün minlərlə sərnişinə yüksək səviyyədə xidmət göstərməsi məhz metro tikintisində gecə-gündüz demədən çalışan insanların əməyinin nəticəsidir. Metro inşaatçıları 2023-cü ilin sonlarını da xüsusi bayram kimi qeyd etdilər. Məhz azərbaycanlı zəhmətkeşlərin əməyi sayəsində “Xocəsən” elektrik deposu və “Xocəsən” stansiyası istismara verildi.
Azad olunmuş ərazilərə yeni həyat verilir!
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə böyük tikinti-quruculuq işləri həyata keçirilir. Doğma yurd yerlərimizdə yeni evlərin, kəndlərin salınmasına başlanılıb və bu işlər xüsusi nəzarət altında icra olunur. Ümumilikdə, 2024-2026-cı illərdə Ağdam rayonunda 9690, Füzuli rayonunda 5634, Tərtər rayonunda 368, Xocavənd rayonunda 307 olmaqla, cəmi 15 min 999 fərdi ev və mənzilin tikilməsi nəzərdə tutulur. Azad olunan bütün yaşayış yerləri zamanla sakinlərini qarşılamağa hazır olacaq.
Bu gün ölkəmizdə yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib-tükənməyən milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50

