/ / Ağalı kəndində torpaqlar əkin məqsədilə icarəyə verilir - müqavilələrin imzalanmasına başlanılıb
Ağalı kəndində torpaqlar əkin məqsədilə icarəyə verilir - müqavilələrin imzalanmasına başlanılıb
29.04.2025 [16:07]
Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinləri ilə icarə müqavilələrinin imzalanması mərasimi keçirilib. Ağalı kəndində təşkil olunan imzalanma mərasimində Kənd Təsərrüfatı Nazirliyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları, Nazirlik Aparatı və tabeli qurumların məsul şəxsləri, Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, kənd sakinləri, fermer və sahibkarlar iştirak ediblər.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirilir.
Nazir müavini qeyd edib ki, Ağalı kəndi üzrə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinlərindən müraciətlərin qəbulu prosesi 1 mart - 31 mart tarixləri arasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə aparılıb. Ümumilikdə Ağalı kənd sakinlərindən kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı 74 müraciət daxil olub. Torpaqların istifadəyə verilməsi prosesinin nəzərdə tutulan vaxtda yekunlaşdırılması məqsədilə Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən kənd sakinlərinə hərtərəfli texniki dəstək göstərilib. Daxil olan müraciətlər təhlil edilib, şərtlərə cavab verən 68 müraciət təsdiqlənib. Ağalı kəndində qeydiyyatda olmadığına görə 5 şəxsin, təkrar müraciətə görə 1 şəxsin müraciətinə imtina verilib. Təqdim edilən parsellərə müraciətlər çox olduğu üçün Qaydalara əsasən birləşmə imkanları barədə məlumatlandırma aparılmış, habelə 2-30 aprel tarixləri arasında müraciətçilərə təlimlər keçirilmişdir. Müraciətləri təsdiqlənmiş şəxslərdən 32 nəfər tərəfindən 3 kooperativ formalaşdırılıb. Bununla da işğaldan azad olunmuş ərazilərdə ilk kooperativlər fəaliyyətə başlamış olub. İlk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlərdə birləşmiş kənd sakinləri arasında icarə müqavilələri imzalanıb. Müraciətləri təsdiqlənmiş digər kənd sakinləri ilə icarə müqaviləsinin bağlanması və icarəyə verilən ərazilərin sakinlərə yerində tanıdılması prosesi mayın 31-dək davam edəcək.
Tədbirdə çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Cahid Mövlayev qeyd edib ki, Böyük Qayıdışın ilk ünvanı sayılan Zəngilan rayonunun Ağalı kəndində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədi ilə sakinlərə güzəştli şərtlərlə icarəyə verilməsinə başlanılması buradakı əhalinin daha geniş səviyyədə kənd təsərrüfatı ilə məşğul olmalarına imkan yaradır və bu isə onların sosial həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olacaq.
Qaydalara əsasən, istifadəsinə torpaq sahələri verilmiş kənd sakinləri torpaqlardan təyinatına uyğun istifadə etməli, bu ərazinin iqlim şəraitinə uyğun, mütəxəssislərin tövsiyə etdikləri bitkiləri yetişdirməli, yalnız sertifikatlı toxum və tinglərdən istifadə etməli, torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirləri görməlidirlər. Müəyyən olunmuş qaydalara (öhdəliklərinə) əməl etməyən sakinlər ilə bağlanan icarə müqavilələrinə xitam veriləcək, torpaq sahələri təyinatına uyğun istifadə üçün digər kənd sakinlərinin istifadəsinə veriləcək.
Qeyd edək ki, torpaq sahələri suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərin əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün 5 il təşkil edir. Növbəti illərdə torpaqdan səmərəli istifadənin nəticəsinə uyğun olaraq müqavilələrin müddəti uzadıla bilər.
Tədbir çərçivəsində kənd sakinlərinə aqrar sahədə dövlət dəstəyi tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının aqrar sahədə göstərdiyi xidmətlər, aqrar subsidiya mexanizmi, texnika və damazlıq heyvanların alışının maliyyələşdirilməsi, kənd təsərrüfatı təyinatlı kreditlərin ayrılması, müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti, aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı məlumatlandırma sessiyaları təşkil edilib.
İmzalanma mərasimindən sonra tədbir iştirakçıları Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun 5 hektar sahədə salınmış nümayiş əkinlərinə baxış keçiriblər. Nümayiş əkinlərinin salınmasında məqsəd torpaqları icarəyə götürmüş kənd sakinlərinə əkin üsulları, əkin sxemi, müasir suvarma sistemlərinin quraşdırılması təcrübəsi ilə yerində əyani tanış olmasına imkan yaratmaqdır.
Qeyd edək ki, aprel ayında keçirilən təlimlərdə Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün EKTİS vasitəsilə müraciətlərin qəbulu qaydaları, şərtlər və tələblər, müasir suvarma sistemlərinin əhəmiyyəti, səmərəli təsərrüfatçılığın təşkili, texnikalardan səmərəli istifadə qaydaları, tərəvəzçilik, bitkiçilik, meyvəçilik, əkinçilik, aqrar sahədə fermerlərə göstərilən dövlət dəstək tədbirləri, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları, iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsirləri mövzuları işlənib.
Təlimləri uğurla başa vurmuş kənd sakinlərinə sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

