Böyük Qayıdışın iki ünvanı!
30.04.2025 [09:42]
54 ailə yola salındı...
Azad edilmiş torpaqlarımıza qayıdış ən yüksək səviyyədə davam etdirilir. Bu gün keçmiş məcburi köçkünlər doğma torpaqlarına köçməklə əldə olunan qələbənin qürurunu yaşayırlar. Demək olar ki, intensiv şəkildə azad edilmiş torpaqlara köç karvanı yola salınır. Ötən dövrlərdə reallaşdırılan layihələr isə onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.
Daha iki ünvan...
Ötən gün növbəti köç karvanı Xocalı rayonunun Ballıca və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınıb. Sarıcalı kəndinə bu mərhələdə 39 ailə - 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə - 68 nəfər köçürülüb.
Vacib işlər görülür...
30 illik işğal dövründə tamamilə dağıdılan Ağdam bu gün yenidən qurulur. Bərpa-quruculuq işlərində xüsusi diqqət göstərilən məsələlərdən biri isə infrastruktur layihələrinin icrasıdır. Bunu Ağdam şəhərinin, rayonun kəndlərinin timsalında da aydın görmək mümkündür. Xatırladaq ki, Sarıcalı kəndinin təməli 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Sarıcalı kəndi 1873 nəfər əhali üçün planlaşdırılıb. Ümumilikdə, kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Milli kimliyimizin parçası...
Bu gün Qarabağın azad olunması ilə Ballıca kəndinə də yeni həyat gəlib. Burada artıq keçmişin izlərini bərpa etmək, təbiətin və mədəniyyətin harmoniyasını yenidən qurmaq mümkündür. Ballıca həm də tariximizin, milli kimliyimizin bir parçasıdır.
Ballıca kəndinin yerləşdiyi ərazi Qarabağ silsiləsinin təbii mənzərələri ilə əhatə olunub. Ballıca çayının kənarı yaz fəslində çiçəklənən dağ bitkiləri ilə bəzənir, ətrafa xoş təravət yayılır. Kənd strateji baxımdan əhəmiyyətli mövqedə yerləşir. Dağlıq ərazi müdafiə baxımından əlverişli olduğundan Ballıca keçmişdə bölgənin mühüm nöqtələrindən biri idi.
19-cu əsrin əvvəllərinə qədər Ballıca Gəncə qəzasının Əhmədbəyli kəndinin əhalisi üçün yaylaq yeri olub. Əsrlər boyu burada azərbaycanlı əhali öz ənənəvi yaylaq həyatını qurub, ərazinin havasından, bərəkətli torpaqlarından faydalanıb. Qarabağın digər bölgələri kimi, Ballıca da zəngin təbiəti ilə insanları özünə cəlb etmişdi.
Ballıca kəndi 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olub. İkinci Qarabağ müharibəsindən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən kənd Rusiya sülhməramlılarının nəzarətinə keçib. Lakin 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində tamamilə azad edilib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 12:45
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08

