“Ramazan mərhəmət bayramıdır”
08.08.2013 [10:10]
Elşad Miri: İslam dinində ibadətlərin ictimai, sosial tərəfləri var
Məlum olduğu kimi, bu gün Ramazan bayramıdır. Ramazan-Fitr bayramı müsəlmanların iki ən böyük bayramından biridir. Orucluq tamamlanan gecə, yəni Fitr bayramı gecəsi “fitrə zəkatı” ayrılır. Səhər tezdən, zöhr azanınadək bu “fitrə” ehtiyaclılara verilir.
Bayram günü günorta namazınadək bayram namazı qılınır. Müsəlmanlar bir araya gəlib bu böyük mənəvi zəfər bayramının sevincini bir-biri ilə bölüşür və birlikdə namaz qılaraq Uca Allaha öz şükürlərini bildirirlər. Saf qəlbləri ilə əllərini Allaha açıb Ondan öz arzu və diləklərini istəyirlər. Bayram namazı Ramazan ayı boyu mənəvi olaraq ilahi zirvəyə yetişmişlərin Allahla birbaşa ünsiyyətidir. Namaz əsnasında insan ürəyindəki bütün saf diləklərini dilə gətirir və səmimi qəlbdən Allaha dua edir. Daha sonra imkan daxilində yaxınları, əzizləri ziyarət edib bayramlaşırlar. Ailə üzvləri ilə birlikdə bayram süfrəsi arxasında bu gözəl mənəviyyat bayramını qeyd edirlər...
Bəs Ramazan ayı bitdikdə biz nəyə görə bayram edirik? Bir ay idi gün boyu oruc tutub yemirdik, içmirdik, bir sıra işlərdən çəkinirdik. İndi artıq bunları edə bilərik - bunun üçünmü bayramdır? Ramazandan ayrıldığımızamı sevinirik? Əlbəttə ki, yox!
Ramazan-Fitr bayramının mahiyyəti ilk növbədə orucluq boyunca insanın mənəvi aləminin saflaşması, ilahi ab-havaya qərq olmasıdır. Allah-təala “Qurani-Kərimi” məhz Ramazan ayında nazil edib. Yəni bəşəriyyətin səadət yolunu göstərən son ilahi vəhylər toplusunu bu ayda endirib. “Quran”ın nazil olma ayını da xüsusi təntənə ilə - oruc tutmaqla keçirməmiz buyurulub. Bizlər bu ayın hər gününü Allaha doğru yüksələn bir pillə sanıb, addım-addım yüksəldiyimiz pillələrin ən başına - 30-cu pilləyə, yəni mənəvi zirvəyə çatırıq. Arxaya çevrilib baxdıqda, mənəvi aləmimizə, ruhumuza nəzər saldıqda özümüzü bir ay öncədən 30 pillə yüksəklikdə görürük. Ramazan ayının bitməsi bu yüksəlişin qeyd edilməsidir.
Bu bayram sevinci Ramazan ayında yüksəlişə nail olmağımızın, Allaha doğru gedən yolda daha 30 pillə yüksəlməyizin, yeni ilahi zirvələr fəth etməyimizin, günahlardan təmizlənməyimizin və Allaha daha və daha yaxın olmağımızın sevincidir!
Alimlər deyir ki, “Ramazan” yay aylarının sonunda və payızın əvvəlində yağan və yerdəki tozları təmizləyən yağış mənasını verir. Yəni, bu yağış yer üzünü necə yuyub təmizləyirsə, Ramazan ayı da möminləri günahlardan eləcə təmizləyir. Ramazan ayı - mənəvi tərbiyə ayıdır. Fitr bayramı isə bu məktəbi bitirənlərin məzun olma bayramıdır. Ramazanın başqa bir mənası isə yanmaqdır. Buna görə Ramazan ayı oruclunun günahlarını yandıraraq yox edir. Hər iki mənanın birləşdiyi nöqtə oruclunun bu ayda günahlardan təmizlənməsidir. İslam peyğəmbəri Həzrəti Məhəmməd belə buyurub: “Elə oruc tutanlar var ki, onlara tutduqları orucdan ancaq aclıq və susuzluq qalır. Çox gecə ibadəti edənlər var ki, onlara da bundan sadəcə yuxusuzluq qalır”.
Orucun əsas məqsədi insanı pis vərdişlərdən uzaqlaşdırmaq, əxlaq və fəzilət sahibi olmasını təmin etməkdir. Biz də bu mübarək ayın sonunda bayram ərəfəsində ilahiyyatçı alim Elşad Miri ilə Ramazan bayramı haqqında söhbət etdik.
Müsahibimiz qeyd edib ki, “Hər bir insan çalışmalıdır ki, dünya həyatı Ramazan, axirət həyatı bayram olsun! İnsanlar Ramazan ayında qazandıqları birliyi, bərabərliyi bu aydan sonra da qoruyub saxlamalı, oruc tutaraq acların hansı hisslər keçirdiklərini dərk edərək başqaları ilə ünsiyyətə bu prizmadan yanaşmalı, iftar süfrələri açdıqları kimi eyni ənənəni başqa günlərə də sirayət etdirməlidirlər.
İslam bayramdan əvvəl başqalarının da birgə bayramlaşa bilmələri üçün fitrə sədəqəsini tövsiyə edib. Bunu bayramdan əvvəl həyata keçirmək lazımdır ki, hər kəs bayramı birlikdə yaşaya bilsin. Ümumiyyətlə, İslam dinindəki ibadətlərin ictimai, sosial tərəfləri var. İnsanı yaşadaraq dərs verir. Məsələn, oruc tutmayan insan ac insana sadəcə yazığı gəlməklə kifayətləndiyi halda, oruc tutan insan aclığı yaşayaraq dərk edir və mərhəmət hissini aşılayır... Ramazan mərhəmət ayıdır... İnsanların daxilindəki hissləri oyadır və həyata keçirməyə təşviq edir.
Bayram günü oruc tutmaq qəbul edilmir. Bayram namazına gedərkən yuyunmaq, gözəl paltar geyinmək, evdən çıxarkən yemək və insanlarla bayramlaşmaq gözəl ənənə olaraq qəbul edilir. Allah Rəsulunun vaxtında insanlar bayram günü “Allah sizdən də bizdən də qəbul etsin” deyə bayramlaşardılar”.
Sonda Ramazan bayramında verilməli olan fitrə haqqında da oxucularımıza məlumat verən ilahiyyatçı - alim fitrə zəkatını oruc tutub-tutmamasından asılı olmayaraq hər imkanı çatan insanın verməli olduğunu dedi: “Hər bir imkanlı insan ailə fərdinin sayına görə imkansızlara gec xarab olan qida növlərindən bayramdan əvvəl verməlidir. Bura un, düyü, xurma, mərcimək, makaron, vermişel kimi qida növləri daxildir. Fitrənin nəğd pul kimi verilməməsi daha məqsədəuyğundur. Amma mütləq pulla veriləcəksə, təxminən bir nəfərə 4-5 AZN nəzərdə tutulur”...
Oktay Hacımusalı
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

