“Lal qatil”
17.05.2025 [08:31]
Ümumdünya Hipertoniya ilə Mübarizə Günüdür
Yüksək qan təzyiqi müasir bir epidemiya olaraq xarakterizə olunur. Hipertoniya xəstəliyi olan insanlar müalicə alır və daim tibbi nəzarətdə olurlar. Lakin elə hipertoniyalı xəstələr də var ki, onlar özlərində arterial təzyiqinin yüksək olduğundan xəbərsizdirlər.
Nəzərə alsaq ki, hipertoniya dünyada ürək və insult xəstəliklərinın ən başlıca səbəbi sayılır. Nəzarət və vaxtında müalicə edilməyən hipertoniya infarkta, ürəyin genişlənməsinə və nəticədə ürək çatışmazlığına səbəb olur. Hipertoniya, həmçinin böyrək çatışmazlığı, beyin-qan dövranının pozulması və digər sağlamlıq problemləri ilə nəticələnə bilər.
Artıq 20 ildir ki, mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Günü kimi qeyd edilir. Əlamətdar günün builki mövzusu “Qan Təzyiqinizi Dəqiq Ölçün, Ona Nəzarət Edin, Daha Uzun Yaşayın!” adlanır.
Hipertoniyaya daha çox hansı yaşlarda rast gəlinir?
Yaşadığımız qloballaşan dünyada hipertoniya xəstəliyi getdikcə cavanlaşır. Əgər əvvəllər adətən yaşı 40-ı keçmiş insanlar bu xəstəlikdən əziyyət çəkirdisə, hazırda gənclər də xəstəliyin qurbanına çevrilib. Ona görə də, hər bir evdə qan təzyiqini ölçən tonometr olmalı, bütün ailə üzvləri ondan istifadə etməyi öyrənməlidirlər.
Bu xəstəliyin bir mənfi cəhəti də ondan ibarətdir ki, o, tamamilə simptom müşahidə edilmədən, yəni əlamətsiz irəliləyir. Həkimlər hipertoniyanı “lal qatil” də adlandırırlar.
Xəstəliyin yaranma səbəbləri...
Qan təzyiqinin qalxmasının başlıca səbəbi qan axınına çətinlik yaradan kiçik damarların daxilində boşluğun azalmasıdır. Sadə dildə desək, bu zaman qan damarlarının divarlarına təzyiq artır, arterial təzyiq yüksəlir, çünki ürək əzələsi qanı axına itələmək üçün daha çox qüvvə tələb edir. Xəstəliyin inkişaf riskinə aşağıdakı amillər aiddir:
Xəstənin yaşı, xolesterinin səviyyəsi (6,5 mmol/litrdən artıq), irsi (qohumlarda ürək-damar xəstəlikərinin olması), siqaret çəkmək, piylənmə, şəkərli diabet, yaşlı insanlarda oturaq həyat tərzi.
Hipertoniya xəstəliyinin yaranma səbəblərinə həmçinin, yağlı və duzlu yeməklərdən, un məmulatlarından, şəkərdən çox istifadə aiddir.
Tam sağalmaq mümkündür?
Hipertoniyanın müalicəsi mürəkkəbdir və mərhələdən, şiddətindən, səbəblərindən, insanın cinsindən, yaşından və digər amillərdən asılıdır. Xəstəliyi tamamilə müalicə etmək mümkün deyil, lakin xəstənin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və həyati təhlükəsi olan ağırlaşmaların başlanğıcını uzun müddət təxirə salmaq mümkündür.
Dərmanlar yalnız təzyiqi azaltmağa kömək edir. Belə ki, xəstəliyin səbəbini aradan qaldırmaq üçün həyat tərzinizi tamamilə dəyişdirmək tələb olunur. Bunun üçün pis vərdişlərdən uzaq olmalı: siqaretdən, alkoqollu içkilərdən birdəfəlik qurtulmaq, düzgün və sağlam qidalanmaq, açıq havada gəzmək lazımdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45

