Xanyurdu və Təzəbinəyə ilk köç!
15.07.2025 [10:38]
247 nəfər doğma torpağına qovuşdu…
Xocalı deyəndə gözlərimizin önündə ermənilərin törətdiyi əsrin soyqırımı, yer üzündən silinmiş şəhər, dinc insanların kütləvi qətliamı, yeri-göyü inlədən faciələr canlanırdı. Körpələrimizin vəhşiliklə qətlə yetirilməsi, bir yandan da qədim Azərbaycan torpağı olan şəhərin işğal edilərək yerlə-yeksan olması ürəyimizdə sağalmaz bir yara açmışdı. Düz 30 ilə yaxın bu ürək ağrısı ilə yaşadıq…
Faciəmiz nə qədər böyük idisə, bizə bu müsibəti yaşadan düşmən üzərində qələbəmiz də o qədər möhtəşəm oldu. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı işğaldan azad edildi. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçdi. Ölkə başçısı oktyabrın 15-də isə Xocalıda üçrəngli bayrağımızı ucaltdı.
8 ailə tamamilə məhv edilmişdi…
Xocalı şəhəri erməni vandalizminin ilk ünvanlarından biri idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Qeyd olunan tarixdə keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.
61 ailənin sevinci…
Azad olunmuş torpaqlarımızın əsl sahiblərinin köçü bir müddətdir ki davam edir. Dünən Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb. İlk mərhələdə Xanyurdu kəndinə 33 ailə - 122 nəfər, Təzəbinə kəndinə isə 28 ailə, 125 nəfər köçürülüb.
Qeyd edək ki, Təzəbinə və Xanyurdu kəndləri işğaldan azad edildikdən sonra yenidən qurulub. Hər iki yaşayış məntəqəsində evlər, məktəb, uşaq bağçası, sosial müəssisələr əsaslı təmir olunub, lazımi infrastruktur yaradılıb, təmizlik və digər abadlıq işləri görülüb.
Hər şey gözəl olacaq…
Xocalı sakinləri doğma torpaqlarına qovuşduları üçün sevinclidirlər. Onların hər biri əlamətdar günə görə, ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Xocalı sakini Gündüz Qəhrəmanovun sözlərinə görə, Xocalıda qurulan yeni evlər, infrastruktur və digər sosial obyektlər sakinlərin rahat yaşayışı üçün yaxşı imkan yaradır. O, göstərilən yüksək diqqətə görə minnətdarlıq edib: “Ali Baş Komandanımıza, Ordumuza, şəhidlərimizə və qazilərimizə sonsuz təşəkkür edirəm. Onların sayəsində həsrətimizə son qoyulub. Bu gün hər birimiz üçün gözəl və əlamətdar hadisələrlə yadda qaldı. Hər birimiz sevincli, bir o qədər də ümidliyik. Hər şey gözəl olacaq!”.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55

