BDYPİ sürücülərə növbəti dəfə çağırış edib
29.07.2025 [14:21]
Son günlər respublika əhəmiyyətli magistral yollarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında yuxulaması ilə bağlıdır. Təkcə son bir ay ərzində bu səbəbdən ölüm və xəsarətlə nəticələnən 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə növbəti çağırışında bildirilib.
Qeyd olunub ki, hadisələrin təhlili göstərir ki, isti hava şəraitində səhhətində problemi olan, yuxugətirən dərman preparatları qəbul edən, yaşı 60-dan yuxarı olan, gecə və uzunnövbəli iş rejimində çalışan, uzaq məsafələrə fasiləsiz səfər edən, yuxu pozuntularından əziyyət çəkən, xroniki yorğunluğu olan, eləcə də, alkoqol qəbulundan sonra psixofizioloji baxımdan hələ tam bərpa olunmamış sürücülər arasında sükan arxasında yuxulama hallarına daha tez-tez rast gəlinir. Belə vəziyyətdə avtomobil idarə etmək qəza riskini dəfələrlə artırır və nəticələr çox zaman ağır olur.
“BDYPİ sürücüləri yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə, soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə günün daha sərin saatlarında yola çıxmağa, uzaq məsafələrə səfər zamanı hər 2 saatdan bir qısamüddətli fasilə verməyə və alkoqoldan istifadə etmiş sürücülərin, bədənlərində qalıq təsirlər davam etdiyi müddətdə avtomobil idarə etməməyə çağırır. Unutmayın: sükan arxasında bir anlıq yuxululuq bir ömürlük peşmançılığa səbəb ola bilər”,- deyə məlumatda vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

