Müdafiə strategiyasının mühüm qolu...
05.08.2025 [10:36]
Bu gün Azərbaycan Hərbi Dəniz Donanması Günüdür
Hər bir ölkənin müdafiə strategiyasında hərbi dəniz qüvvələrinin əhəmiyyəti böyükdür. Və qürurlandıcı haldır ki, bu gün milli təhlükəsizlik konsepsiyamızda kənar təhdidlərə effektiv müqaviməti həyata keçirən güclü hərbi donanmamız var - hərbi dənizçilərimiz suverenliyimizə qarşı yarana biləcək təhlükənin qarşısını almağa qadirdir.
Tarixi...
Azərbaycan Hərbi Dəniz Donanmasına “Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisi daxil idi. Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlayıb. Xatırladaq ki, 1919-cu ilə qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən Port-Petrovsk limanına qaçırılıb və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılıb.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar güclü hərbi donanmanın yaradılması mümkün olmadı - donanma Sovet Azərbaycanının Qırmızı Donanması adlandırılmış, həmin ilin yayında isə Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilmişdi...
Müstəqilliyin ilk illərində...
1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Parlamentinin qəbul etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyən olunub. 1992-ci il iyunun 26-da “Bakılı” keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb. 1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olunub. Qeyd etmək lazımdır ki, müstəqillikdən sonra Azərbaycana ən böyük dəstək verən ölkələrdən biri qardaş Türkiyə olub. 15 sentyabr 2010-cu ildə yaradılan “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası” ilə 16 avqust 2010-cu il tarixli “Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi” Türkiyə ilə Azərbaycan arasında münasibətləri yüksək səviyyəyə çatdırıb. Bu razılaşmalardan sonra iki ölkə arasında birgə təlimlərin artdığının şahidi oluruq. Son zamanlar Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri arasında əlaqələr daha da artırılıb. Xatırlatmaq lazımdır ki, Türkiyə və Azərbaycan Hərbi Dəniz Qüvvələri arasındakı əlaqələrin tarixi 2000-ci illərdən başlayıb.
Azərbaycan milli hərbi dəniz qüvvələrinin yeni tarixi isə 1992-ci ildə keçmiş SSRİ Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanmasının bir hissəsinin Azərbaycana verilməsi ilə başlayıb. Bu sahədə peşəkar milli kadrların müstəqil Azərbaycana gətirilməsində, yeni kadrlar yetişdirilməsində, donanmanın maddi-texniki bazasının möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub.
Yeri gəlmişkən, avqustun 5-i Azərbaycan Hərbi Dəniz Donanması Günüdür. Bu barədə Heydər Əliyev 1996-cı ildə fərman imzalayıb.
Azərbaycanın hərbi donanması 2000-ci ildən geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir. Azərbaycanın hərbi dəniz donanması hazırda ən müasir hərbi texnika ilə təchiz olunub.
Dövlət başçısının rəhbərliyi altında Azərbaycan Ordusunun, o cümlədən Hərbi Dəniz Qüvvələrinin daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, gündən-günə qüdrətlənən Azərbaycan Ordusu və onun Hərbi Dəniz Qüvvələri ölkəmizə qarşı yönələn hər hansı bir həmləni dəf etməyə qadirdir.
Vətən müharibəsində...
Hərbi Dəniz Qüvvələrimizin gücünə İkinci Qarabağ müharibəsində də şahid olduq. Vətən müharibəsi dövründə Dəniz Xüsusi Təyinatlılarının qəhrəmanlıqlarına bütün dünya şahidlik etdi. Belə ki, 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatı ilə başlayan döyüşlər zamanı Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları döyüşlərdə fədakarlıq, əzmkarlıq və qəhrəmanlıq göstərdilər. Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının və Şuşa şəhərinin azad olunmasında fəal iştirak etdilər. 2020-ci il oktyabrın 25-də ölkə başçısına Qubadlı rayonunun işğaldan azad olunması barədə videogörüntü ilə məruzə edərək xalqı qürurlandıran məhz Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının komandiri idi...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18

