14 ölkədən olan məruzəçilərin iştirakı ilə...
17.10.2025 [10:12]
Bakıda mühüm konfrans keçirildi
Oktyabrın 15-də “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbir Elm və Təhsil Nazirliyinin və ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə keçirilib. 14 ölkədən 140-dan çox məruzə müəllifinin iştirakı ilə keçirilən bu konfrans qlobal elmi əməkdaşlıq üçün mühüm platformadır.
Beynəlxalq konfransın keçirilməsində məqsəd elmi tərəfdaşlıq üçün strateji planların hazırlanması, gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, “yaşıl enerji” və təmiz mühitə keçid üçün innovativ həllərin paylaşılması, cəmiyyətin və iqtisadiyyatın dayanıqlılığını təmin edən yeni elmi yanaşmaların formalaşdırılmasıdır. Konfrans bu gün - oktyabrın 17-də başa çatır.
COP29 elmi təfəkkürdə də yeniliklər yaradıb
Açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın mövzusunun ötən il Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi COP29 proqramının əsas müddəaları ilə səsləşdiyini qeyd edib. O, bildirib ki, COP29 Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrinə, ictimai həyata, iqtisadiyyata təsir etdiyi kimi, elmi təfəkkürdə də yeniliklər yaradıb: “Azərbaycanda COP29 tədbiri çərçivəsində və ondan sonrakı dövrdə yaşıl iqtisadi zona, “yaşıl enerji”, yaşıl energetika, yaşıl texnologiya, yaşıl transformasiya kimi anlayışlar artıq elmi istiqamətlər olmaqdan daha çox reallığın ifadəsinə çevrilib. Beynəlxalq konfransın Azərbaycan təcrübəsinin daha dərindən öyrənilməsinə, səmərəli elmi əməkdaşlıq əlaqələrinin qurulmasına, ortaq layihələrin və yeni ideyaların meydana çıxmasına təkan verəcəyinə əminik”.
Genişmiqyaslı layihələr icra olunur
Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxış edərək ətraf mühit və iqlim təhlükəsizliyinin dünyada aktual elmi və praktiki problemlərdən biri olduğunu söyləyib. O, bu problemlərin həllinin qlobal səviyyədə dərin və fənlərarası yanaşmaların tətbiqini tələb etdiyini vurğulayıb. Bildirib ki, bu məqsədlə dünyanın bir sıra inkişaf etmiş ölkələrində müxtəlif elmi platformalar formalaşdırılır, genişmiqyaslı layihələr icra olunur.
Ə.Sadıqov vurğulayıb ki, Elm və Təhsil Nazirliyi dövlət siyasətinin prioritetlərinə uyğun olaraq dayanıqlı inkişafın təmin edilməsi, bərpaolunan enerji mənbələrindən səmərəli istifadə, ekoloji problemlərin azaldılması və s. istiqamətlərdə kompleks tədbirlər planı həyata keçirir. Nazirlik bu məqsədlə elmi-tədqiqat layihələrini, beynəlxalq və respublika səviyyəli konfransları, həmçinin müxtəlif təşəbbüsləri dəstəkləyir. Eyni zamanda, təhsil sistemində dayanıqlı inkişaf prinsiplərinin tədrisə inteqrasiyası məqsədilə dərslik və tədris proqramlarında müvafiq dəyişikliklər edilir.
Ərzaq sabitliyində əldə olunan nailiyyətlər...
Sonda AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova bildirib ki, dünyada hazırda aparılan çoxsaylı tədqiqatlar göstərir ki, enerji, ərzaq və iqlim sabitliyinin təminində süni intellekt, maşın öyrənməsi, bioinformatika, sintetik biologiya və nanotexnologiyalar getdikcə daha həlledici rol oynayır: “Modern biokatalizatorların və nanosəviyyəli çoxfunksiyalı materialların dizaynı həm enerji istehsalında, həm də ətraf mühitin bərpasında yeni dövrün əsasını qoyur. Eyni zamanda, biotexnoloji üsullarla istehsal edilən bioyanacaqlar, hidrogen iqtisadiyyatı, karbon emissiyalarının azaldılması və dayanıqlı kənd təsərrüfatı sistemlərinin yaradılması istiqamətində çoxşaxəli tədqiqatlar aparılır.
Azərbaycanda son illər dövlətin dəstəyi ilə bu sahələrdə mühüm elmi və praktik nailiyyətlər əldə edildiyini vurğulayan akademik deyib: “Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl bölgə” modeli həm enerji, həm də ekoloji təhlükəsizliyin təminində unikal təcrübə kimi beynəlxalq maraq doğurur. Rəhbərlik etdiyim institut tərəfindən kənd təsərrüfatı bitkilərində stres amillərinə davamlılığı artıran genetik mexanizmlərin tədqiqi, antioksidant müdafiə sistemlərinin molekulyar səviyyədə izahı və biomarkerlərin müəyyənləşdirilməsi, seleksiya fəaliyyətlərində rəqəmsal texnologiyaların tətbiqi istiqamətlərində əhəmiyyətli nəticələr əldə olunub.
Bu gün rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi ilə aqrobiotexnologiyada, torpaq və su ehtiyatlarının idarə olunmasında, həmçinin iqlim modelləşdirməsində yeni metodoloji yanaşmalar formalaşmaqdadır.
Azərbaycan alimləri müvafiq istiqamətlərdə FAO, ICARDA, CIMMYT, “Bioversity International” və digər beynəlxalq qurumlarla strateji tərəfdaşlığı dərinləşdirirlər”.
Süni intellektin ərzaq sabitliyindəki rolu
İ.Hüseynova qeyd edib ki, sözügedən konfransın keçirilməsi təkcə aktual deyil, həmçinin strateji zərurətdir: “Ümidvaram ki, burada səslənəcək məruzələr və müzakirələr gələcəyin elmi xəritəsini müəyyənləşdirəcək. Dünyada aparılan çoxsaylı tədqiqatlar göstərir ki, enerji, ərzaq və iqlim sabitliyinin təmin edilməsində süni intellekt, maşın öyrənməsi, bioinformatika, sintetik biologiya və nanotexnologiyalar getdikcə daha həlledici rol oynayır. Modern biokatalizatorların və nanosəviyyəli çoxfunksiyalı materialların dizaynı həm enerji istehsalında, həm də ətraf mühitin bərpasında yeni dövrün əsasını qoyur. Eyni zamanda, biotexnoloji üsullarla istehsal edilən bioyanacaqlar, hidrogen iqtisadiyyatı, karbon emissiyalarının azaldılması və dayanıqlı kənd təsərrüfatı sistemlərinin yaradılması istiqamətlərində çoxşaxəli tədqiqatlar aparılır”
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20

