Minimum əməkhaqqı məbləğinə hər il baxılacaq
11.02.2026 [11:13]
Milli Məclis “Əmək Məcəlləsinə” minimum əməkhaqqı ilə bağlı təklif edilən dəyişiklikləri birinci və ikinci oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu, o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra minimum əməkhaqqı artımında dövrülük təmin olunacaq. Bu artımların artıq qanunla tənzimlənməsi anlamına da gələcək.
Minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təklifləri əsasında baxılması beynəlxalq sosial normativlərdən irəli gələn amildir. Beynəlxalq Əmək Təşkilatının tövsiyələrinə əsasən, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi hökumətin sosial siyasətində daim əsas prioritet olmalıdır. Eləcə də Dünya Bankı Qrupunun yeni qiymətləndirmə metodologiyası olan “Business Ready” sənədinə əsasən, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun Fəaliyyət Planı”nda müvafiq dövlət qurumuna hər il minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyəti üzrə təqdim etmək tapşırılıb.
Dünya Bankının tövsiyəsinə əsasən...
Həmçinin, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində əməkhaqlarının artırılması, işləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqqının məbləğinin yüksəldilərək xalis minimum əməkhaqqı ölçüsünün xalis orta aylıq əməkhaqqının nisbətinin məqbul səviyyəsinə çatdırılması nəzərdə tutulub.
Qeyd olunanlar nəzərə alınaraq Baş nazirin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması” tədbirinin icrasını təmin etmək məqsədilə Əmək Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Həmin layihə artıq parlamentdə ilk oxunuşda təsdiqlənib və bu, o deməkdir ki, Azərbaycan hökuməti Dünya Bankının adıçəkilən indikator üzrə tədbirinin icrasını təmin edib.
Hansı şəxslərin minimum əməkhaqqı artacaq?
Minimum əməkhaqqı artımı sayəsində ölkə üzrə təxminən 800 min vətəndaşın əməkhaqqının artımı təmin olunur. Belə ki, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli (VTC) əsasında aparılır. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilib. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Bu o deməkdir ki, minimum əməkhaqqının artırılması bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Xüsusilə də, sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s. sahələr üzrə maaşların artımları təmin olunur. Artımlar həm də özəl sektoru əhatə edir. Çünki minimum əmək haqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Bu baxımdan özəl sektorda 400 minə yaxın şəxsin də maaşı artmış olur.
Minimum əməkhaqqının nə qədər artırılmasına gəlincə, bu rəqəm ölkədə inflyasiya ilə bağlı gözləntilər, sosial müdafiə sektorunda yığım imkanları və digər amillər nəzərə alınaraq müəyyənləşəcək. Artım əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək bazarına mühüm fayda verəcək, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, məhsuldarlığının, əməyin leqallaşdırılmasını təmin edəcək. Bu baxımdan, minimum əməkhaqqının növbəti artımından sonra yaşayış minimumunu arasında rəqəm də təxminən 30-40 faiz yüksəlmiş olacaq. Eləcə də, minimum əməkhaqqı artımı, ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbət göstəricisinin də yüksəlməsinə imkan verəcək.
Qeyd edək ki, həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildəki 33,3 faizə, 2020-ci ildəki 38 faizə yüksəlib. 2022-ci ildə 40 faiz, 2025-ci ildə isə 42 faiz səviyyəsinə yüksəlib. Ümumiyyətlə, minimum əməkhaqqı son 6 ildə 5 dəfə artırılaraq 130 manatdan 400 manata qaldırılıb. Növbəti artımlar isə yaşayış və sosial normativlər üzrə nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş olacaq.
Beləliklə, “Əmək Məcəlləsinə” minimum əməkhaqqı ilə bağlı təklif edilən dəyişikliklərin qəbul olunması ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əməkhaqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək, insanların sosial rifahının artırılmasına səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

