Niyyət axşamında hər dua dəyərlidir...
18.02.2026 [08:36]
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə fətva verib. Fətvada deyilir ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək.
QMİ-nin verdiyi fətvada fitrə zəkatının miqdarının adambaşına 10-15 manat civarında müəyyən olunduğu qeyd olunub.
Novruz süfrələrini iftar saatlarına uyğunlaşdırın...
Fətvada, həmçinin bildirilib: “Bu il Rəbbimizin vacib ilahi əmri olan mübarək Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür.
Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Biz Ramazanın ilahi önəmini nəzərə alaraq tövsiyə edirik ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın və bununla da xalqımız həm Ramazanın, həm də Novruzun sevinc və bərəkətlərinə qovuşsun. Zəfər dönəmini yaşayan Azərbaycanda müqəddəs Ramazan və mübarək Novruz bayramlarının üst-üstə düşməsi Uca Allahın Lütfü ilə xeyirlərə vəsilə olan böyük müjdədir”.
Qeyd edilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək.
Ramazan ayının ilk gecəsi
Məlumdur ki, Ramazan ayı İslam aləmində on bir ayın sultanı olaraq adlandırılır. Ramazan ayı, eyni zamanda, qəlblərin dirildiyi, könüllərin nurlandığı, insani keyfiyyətlərin yenidən xatırlandığı, mənəvi hisslərin ən üst mərtəbəyə qalxdığı bir aydır. Bu mənada Ramazan ayı Allahın möminlərə bəxş etdiyi böyük bir lütf və nemətdir.
Məlumdur ki, müqəddəs Ramazan ayının ilk gecəsi niyyət axşamıdır. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman bu müqəddəs aya başlamış olur.
Niyyət necə edilməlidir?
İlahiyyatçı Ağa Hacıbəyli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, oruc tutan şəxsin edəcəyi əməli özü üçün müəyyənləşdirməsi niyyət sayılır. Bu şəxs orucun axırına kimi bu müəyyənliyində sabit qalmalıdır: “Niyyəti dilə gətirmək vacib deyil. Oruc tutanlar bütöv ay üçün, yaxud ayrıca günlər üçün niyyət edə bilərlər”.
Niyyət etmək oruc tutan şəxsin yadından çıxıbsa...
İlahiyyatçı qeyd edib ki, niyyət gecənin əvvəlindən sübh azanına qədərki zaman periodunda, istənilən vaxt edilə bilər: “Əgər niyyət etmək oruc tutan şəxsin yadından çıxsa, yaxud bilməsə və günortadan əvvəl yadına düşsə, bu halda orucu batil edən işlərdən görməyibsə, niyyət etməlidir. Əgər orucu batil edən işlər görübsə, yaxud günortadan sonra yadına düşsə, orucu pozulmuş hesab edilir. Lakin şam azanına qədər orucu batil edən işlərdən - yeməkdən, içməkdən və s. çəkinməli, sonradan həmin günün qəzasını tutmalıdır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

