Bu gün Azərbaycanda praqmatik və kreativ gənc nəsil formalaşıb
31.01.2014 [10:22]
Bu gün Azərbaycan gəncliyi XX əsrin 90-cı illərindəki gənclik deyil. Bugünkü gəncliyin problemləri və vəzifələri yenicə müstəqilliyini bərpa edən dövlətin gəncindən fərqlidir. Əgər 90-cı illərdə Azərbaycan gəncliyi formalaşmaq barədə düşünürdüsə, bugünkü gənclik beynəlxalq arenaları fəth etmək haqqında düşünür. Əgər dünənki gənclik savadlı, bilikli idisə, bugünkü gənclik həm də çevik, praqmatik, kreativ düşüncəlidir. Və bu, yalnız düşüncələrlə məhdudlaşmır. İndi düşüncələrin reallığa çevrildiyi bir zamandır. Neft kapitalının insan kapitalına çevrildiyi bir zaman!
Bu gün Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin töfhələrini yaşayır. Ümummilli lider Heydər Əliyev hələ Sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkədə milli kadrların yetişdirilməsinə xüsusi önəm verirdi. Onun gənclər siyasəti strateji məqsədlərə söykənən və ardıcıl surətdə sistemli həyata keçirilən, uzaqgörən strategiya ilə ifadə olunurdu. Azərbaycan elminə töhfələr verən, bu gün adlarını fəxrlə sadaladığımız nüfuzlu elm, təhsil, mədəniyyət, incəsənət xadimlərinin böyük əksəriyyəti məhz Onun təşəbbüsü sayəsində keçmiş Sovetlər İttifaqının ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilən həmin azərbaycanlı gənclərdir. Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biri də Sovet rejiminin sərt qadağalarına baxmayaraq, mühüm dövlət strukturlarında bacarıqlı azərbaycanlı gənclərin təmsil olunmasına birbaşa şərait yaratmasıdır.
Həmin siyasi xətt bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev gənclər siyasətini yüksələn xətt üzrə inkişaf etdirir, bu sahədə uğurların əldə olunmasını daim diqqət mərkəzində saxlayır. Məhz Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb, regionlarda Gənclər Evi tikilərək istifadəyə verilib. “Gənclər üçün Prezident Mükafatı” təsis edilib. Dövlət başçısı son iki il ərzində gənclərlə 4 dəfə görüşüb, onların təkliflərini, fikirlərini dinləyib. Prezident İlham Əliyevin gənclərə xüsusi diqqət və qayğısı sayəsində, o cümlədən, 2011-ci ildə təsdiq etdiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində dövlət qulluğuna qəbulda gənclərə daha çox imkanlar yaradılıb. Bu mühüm nailiyyətləri nəzərə alaraq, tam məsuliyyətimizlə söyləyə bilərik ki, Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb. Bütün bunlar isə göstərir ki, dövlət başçısının “Biz neft kapitalını insan kapitalına çevirməliyik” ifadəsinin kökündə məhz bu məqsəd - gənc kadrların idarəetmə sistemində təmsil olunması və dövlət qulluğunda irəli çəkilməsi dayanırdı.
Azərbaycan gəncliyi hazırda bələdiyyədə, parlamentdə təmsil olunur. Yeni yaradılan ASAN Xidmət mərkəzlərində minlərlə gənc kadrlar çalışır. Bu gün gənclər Azərbaycanın adından beynəlxalq tribunalarda çıxış edir. Əlbəttə ki, bu, bizi qürurlandırır. Bu qüruru bizə yaşadan, bu şəraiti yaradan isə dövlət başçısı İlham Əliyevin yürütdüyü məqsədyönlü və uğurlu siyasətdir. Gəncləri dövlət başçısı ətrafında birləşdirən də məhz gəncliyə bu cür yüksək münasibətdir.
Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı vurğuladığı bir məqama xüsusi toxunmaq istərdik. Prezident İlham Əliyev deyib: “Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır. Bu gün biz nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində Mərkəzi Asiya dövlətləri ilə birgə çalışırıq. Biz, eyni zamanda, Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək mühüm dəmir yolu layihəsi üzərində çalışırıq. Əslində, bu, Çindən Böyük Britaniyaya qədər uzanan yeni “İpək Yolu”dur”.
Əlbəttə ki, Prezident İlham Əliyev bu çıxışı ilə Azərbaycanın Avropa üçün önəmini, əhəmiyyətini açıq şəkildə ifadə etdi. Eyni zamanda, bu çıxış Azərbaycan gəncliyi üçün bir mesaj oldu - gəncliyin üzərinə düşən məsuliyyəti özündə ehtiva edən, gələcəyə yönəlik bir mesaj. Bəli, bu gün dövlət başçısı uğurlu xarici və iqtisadi siyasət yürütməklə Azərbaycanın nüfuzunu daha da artırır, qarşılıqlı əlaqələrimizi möhkəmləndirir. Həmçinin, gəncliyə örnək olur, onları istiqamətləndirir, gəncliyin üzərinə düşən məsuliyyəti xatırladır. Bu məsuliyyət təhsildə, elmdə, tərəqqidə, beynəlxalq tribunalarda gəncliyin uğurlarının artırılması məsuliyyətidir. Bu məsuliyyət bu gün Bakıdan Qarsa, oradan da Avropa və Asiyaya uzanan yolun - “İpək yolu”nun davam etdirilməsi məsuliyyətidir. Azərbaycan gəncliyi bu məsuliyyətin, üzərinə düşən bu vəzifənin öhdəsindən Ulu öndər Heydər Əliyev irsini daha da dərindən öyrənməklə, Ümummilli liderin siyasətini inamla və prinsipiallıqla davam etdirən dövlət başçısının ətrafında sıx birləşməklə gələcəyinə əmindir. Ölkə rəhbərliyinin yürütdüyü siyasətə aktiv dəstək verən gənclər əmindirlər ki, Azərbaycan dövlətçiliyi daha da möhkəmlənəcək, ölkəmizin beynəlxalq aləmdə nüfuzu durmadan artacaq.
Jalə Tofiqqızı
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

