/ / Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başlayıb
Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başlayıb
06.07.2026 [14:10]
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistratura səviyyəsində jurnalistika üzrə ixtisaslaşmalara qəbul üçün keçiriləcək qabiliyyət imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatına başlayıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, cari ildə magistraturaya qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar, bitirdikləri ixtisasdan asılı olmayaraq, jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Qabiliyyət imtahanında iştirak etmək istəyən namizədlər iyulun 6-dan 10-dək saat 15:00-dək DİM-in elektron xidmətlər portalında sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” ixtisasını seçmək istəyən bakalavrlar isə jurnalistika üzrə tələb olunan minimum 50 bal toplamaqla yanaşı, xarici dil üzrə test mərhələsində azı 20 bal əldə etməlidirlər.
Namizədlər iyulun 14-dən etibarən bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə biləcəklər. Qabiliyyət imtahanının iyulun 15-dən keçirilməsi nəzərdə tutulur.
Qabiliyyət imtahanında iştirak ödənişlidir. Namizədlər qeydiyyat zamanı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş 40 manat məbləğində ödənişi şəxsi kabinetləri vasitəsilə həyata keçirməlidirlər.
Qeydiyyat zamanı bakalavrlar dövri mətbuatda dərc olunmuş 2-3 jurnalistika materialının, onlayn və audiovizual mediada yayımlanmış çıxışlarının elektron variantını, həmçinin həmin materialların müəllifə məxsus olmasını təsdiq edən media subyektinin arayışını magistratura@dim.gov.az ünvanına göndərməlidirlər.
İmtahan zamanı namizədlər şəxsiyyət vəsiqəsini, buraxılış vərəqəsini, təqdim etdikləri jurnalistika materiallarını və müəlliflik arayışını komissiyaya təqdim etməlidirlər. Sənədlərdən hər hansı biri olmadıqda və ya uyğunsuzluq aşkar edildikdə namizəd imtahana buraxılmayacaq.
Qabiliyyət imtahanı iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə namizədin çap, onlayn və audiovizual mediada yayımlanmış jurnalistika materialları qiymətləndiriləcək. İkinci mərhələdə isə şifahi müsahibə və yazılı tapşırıq vasitəsilə namizədin ümumi dünyagörüşü, jurnalistika sahəsində nəzəri və praktiki bilikləri, peşə etikası, media mühiti barədə məlumatlılığı, analitik düşüncə və yazı bacarıqları yoxlanılacaq.
Hər iki mərhələ 5 ballıq şkala üzrə qiymətləndiriləcək. Hər mərhələdən azı 3, ümumilikdə isə minimum 6 bal toplayan bakalavrlar proqram və ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçmək hüququ qazanacaqlar.
Müsabiqə namizədlərin qabiliyyət imtahanında topladıqları yekun bala əsasən aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

