AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlayıb
02.10.2026 [19:06]
Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə elmi araşdırmalar üçün, o cümlədən Qafqaz Albaniyasının abidələrinin tədqiqi üçün yeni imkanlar yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin növbəti iclasında məruzə edib. Akademik qeyd edib ki, son günlər Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağdakı Gəncəsər monastırını ziyarətindən sonra ermənilərin süni şəkildə yaratdıqları məqsədyönlü hay-küyə cavab olaraq AMEA əməkdaşları elmi həqiqətlərə əsaslanan bəyanat yaydılar. Eyni zamanda, AMEA-da “Azərbaycanın Qarabağ ərazisində Alban abidələri: tarixi reallıq və erməni saxtakarlığı” mövzusunda elmi konfransın keçirildiyini, bir sıra vacib məruzələrin dinlənildiyini diqqətə çatdırıb.
Qafqaz Albaniyasının tarixinin və mədəni irsinin öyrənilməsinin əhəmiyyətinə toxunan akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın bu istiqamətdə uzun illər araşdırmalar apararaq mühüm elmi nəticələr ortaya qoyduğunu, həmin tədqiqatların nəticələrini və faktoloji materialları inkar etməyin mümkün olmadığını söyləyib.
Akademik İsa Həbibbəyli son illər Azərbaycanda Qafqaz Albaniyası üzrə yeni nəsil tədqiqatçıların yetişdiyini vurğulayıb, AMEA-nın Arxeologiya və Antropologiya, Tarix və Etnologiya institutlarında bu istiqamətdə aparılan araşdırmaları yüksək qiymətləndirib. Qeyd edib ki, hazırda sözügedən institutlarda Qafqaz Albaniyası ilə bağlı şöbələr fəaliyyət göstərir və Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən arxeoloji, Tarix və Etnologiya İnstitutunun mütəxəssisləri tərəfindən isə yazılı mənbələr əsasında Qafqaz Albaniyasının tarixi öyrənilir.
Akademiyada Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsinin başlandığını diqqətə çatdıran AMEA rəhbəri Qarabağ ərazisində yerləşən alban abidələrinin araşdırılması, onların fotoşəkillərinin çəkilməsi və siyahıya alınması məqsədilə Tarix və Etnologiya İnstitutunun əməkdaşları üçün də elmi ekspedisiyaların təşkil olunacağını söyləyib.
İsa Həbibbəyli, həmçinin Fəridə Məmmədovanın və digər alimlərin əsərləri əsasında 2027-ci ildə “Elm” nəşriyyatında “Qafqaz Albaniyası” adlı tanıtma kitabının hazırlanmasının zəruriliyini bildirib. Qeyd edib ki, nəşrdə Qafqaz Albaniyasının tarixi inkişaf mərhələləri, hökmdarları, mədəniyyəti və abidələri haqqında əsas məlumatlar əksini tapmalı, kitab Azərbaycan və ingilis dillərində çap edilərək dünyaya tanıdılmalıdır.
AMEA rəhbəri çıxışının sonunda Qafqaz Albaniyasının tarixinin öyrənilməsi və təbliği ilə bağlı geniş tədbirlər planının hazırlanmasının vacibliyini bildirib.
Xəbər lenti
Hamısına baxSosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36

