/ / Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib
Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib
02.05.2014 [08:55]
Mayın 1-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) mətbuat konfransı keçirilib.
AzərTAc xəbər verir ki, konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başa çatması, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması, magistraturaya qəbul, sınaq imtahanları və digər məsələlər barədə məlumat verib.
TQDK-nın sədri, həmçinin rus bölməsinin abituriyentləri üçün keçiriləcək “Azərbaycan dili” fənni üzrə imtahan, cari ilin məzunları üçün aparılacaq buraxılış və qəbul imtahanlarının vaxtları haqqında məlumatları da diqqətə çatdırıb.
Qeyd olunub ki, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün bu il aprel ayının 1-dən aparılan ərizələrin qəbulu aprelin 30-da başa çatıb. Bu müddətdə 97 min 321 (2013-cü ildə 100 min 683 nəfər) abituriyent ərizəsini təsdiq edib.
Magistratura proqramına seçimin başlandığını xatırladan M.Abbaszadə diqqətə çatdırıb ki, bakalavrlar mayın 1-dən 5-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (həmin proqramlar “Magistr” jurnalında dərc olunub).
Proqramı seçib təsdiq etmiş bakalavrlar mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər. Magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 25-də olacaq. Magistratura üzrə plan yerlərində qiyabi təhsil yoxdur. Magistraturanın plan yerləri keçən ilki plan yerləri ilə müqayisədə 5 faiz azalıb. Bu ilki plan yerlərinin sayı 6 min 565-dir.
M.Abbaszadə məlumat verib ki, TQDK mayın 4-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.
Eyni zamanda, bildirilib ki, mayın 12-dən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu mayın 12-dən iyunun 12-dək internet vasitəsilə aparılacaq.
Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə ana dili və riyaziyyat fənlərindən buraxılış imtahanlarında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
Bildirilib ki, imtahanlar barədə məlumatlar TQDK-nın saytında verilib.
Mətbuat konfransında “Abituriyent” jurnalının 3 nömrəsinin təqdimatı da olub.
Sonra M.Abbaszadə jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxGündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20

