/ / Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən faciədə həlak olanların xatirəsi Əjdərbəy məscidində anılıb
Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən faciədə həlak olanların xatirəsi Əjdərbəy məscidində anılıb
17.05.2014 [10:50]
Azərbaycanda bütün məscidlərdə oxunan xütbələr qardaş ölkədə baş vermiş faciəyə həsr olunub
Mayın 16-da Bakıda Əjdərbəy məscidində cümə namazından əvvəl qardaş Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş qəzada həlak olanların xatirəsi anılıb.
AzərTAc xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini hacı Salman Musayev çıxış edərək bu faciənin Türkiyəni sevən hər bir kəsi ürəkdən kədərləndirdiyini bildirib. S.Musayev deyib: “Biz həyatlarını itirmiş qardaşlarımızın doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, faciə qurbanlarına Allahdan rəhmət diləyirik. Bu ağır günlərdə türk qardaş və bacılarımızın yanındayıq. Bu gün Azərbaycanda bütün məscidlərdə oxunan xütbələr Türkiyədə baş vermiş faciəyə həsr olunub. Faciədə həlak olmuş şəxslərin ailələrinə maddi yardım göstərilməsi ilə bağlı məscidə müraciətlər edilir. Məsləhət olarsa, bu məsələ müzakirə edilə bilər”.
Türkiyə səfirliyinin din xidmətləri müşaviri Sadık Eraslan çıxış edərək iki qardaş ölkənin və xalqın ağır günlərdə bir-birinin yanında olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və digər rəhbər şəxslərin, ziyalıların başsağlığı mesajı, eyni zamanda qardaş xalqın göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir.
Əjdərbəy məscidində cümə namazında bir araya gələn azərbaycanlı dindarlar və Azərbaycanda yaşayan Türkiyə vətəndaşları faciə qurbanlarının xatirəsini anıb, Allahdan faciə qurbanlarına rəhmət, xəsarət alanlara şəfa, onların yaxınlarına isə səbir diləyiblər.
Sonra faciə qurbanlarının ruhlarına Quran oxunub.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

