Bakıda qlobal istiləşmənin yarada biləcəyi təhlükələrə dair müzakirələr aparılıb
21.05.2014 [09:14]
Dünən Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) “İqlim Dəyişikliyi və İnkişaf” QHT Alyansı İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (İPCC) 5-ci qiymətləndirmə hesabatı ilə bağlı brifinq keçirib.
Tədbirə ev sahibliyi edən BAMF-ın sədri Umud Rəhimoğlu çıxışında bu istiqamətdə görülən işlər haqqında məlumat verib.
Bildirilib ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (İPCC) sonuncu hesabatlarına görə, iqlim dəyişikliyinin törədə biləcəyi fəlakətlərin qarşısını almaq mümkündür: “Bunun üçün karbonla çirklənmənin təcili və uzunmüddətli dövr üçün azaldılması ən əsas şərtdir. İqlim dəyişikliyinin gələcəkdə törədəcəyi fəlakətlərin qarşısını almaq üçün dünya liderləri fəal olmalıdırlar”.
Qeyd olunub ki, İPCC-nin 5-ci qiymətləndirmə hesabatının 2-ci hissəsində iqlim dəyişikliyinin bütün materik və okeanlarda həyata mənfi təsir göstərəcəyi barədə məlumat əksini tapıb: “İqlim dəyişikliyi güclənir və temperatur artımı, daşqın, quraqlıq, ərzaq qıtlığı yaradır. Bunun nəticəsi olaraq yoxsul əhali sayının artması və xəstəliklərin yayılması kimi halların baş verməsi qaçılmazdır”.
İPCC-nin hesablamasına əsasən, inkişaf etməkdə olan ölkələrdə il ərzində adaptasiya tədbirləri 100 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti təşkil edəcək. Amma bu rəqəmə pul ilə hesablana bilməyən mədəni irs, insanların həyatı və biomüxtəliflik aid edilməyib. Ekspertlər istixana effekti yaradan qazların azaldılması istiqamətində təcili tədbirlər görülmədiyi halda adaptasiya edilməyəcək qədər ciddi fəsadların baş verəcəyi barədə xəbərdar ediblər.
Tədbirdə çıxış edən Alyansın əlaqələndiricisi Aytəkin Əsgərova deyib ki, Azərbaycanda temperaturun təxminən 5 dərəcəyə qədər artacağı gözlənilir. Diqqətə çatdırılıb ki, İPCC-nin 5-ci qiymətləndirmə hesabatının 3-cü hissəsində uzunmüddətli perspektiv üçün mədən yanacaqlarını bərpa olunan enerji ilə əvəz olunmasının faydalarına xüsusi diqqət yetirilir: “Ümumdünya enerji hasilatı sisteminin yaradılması ilə bərabər, İPCC iqlim dəyişikliyinə cavab tədbirləri olaraq başqa variantları da təklif edir. Bunlara enerjinin səmərəli istifadəsi, təmiz nəqliyyat və tikinti texnologiyalarına investisiyaların edilməsini misal göstərmək olar. Hesabata görə, iqlim dəyişikliyinin törədə biləcəyi ən pis təsirlərin qarşısını almaq dünya üzrə aşağı karbon və karbon olmayan enerji mənbələrindən istifadəni ən azı 2050-ci ilə qədər üç dəfə artırmaq lazımdır. İqlim məsələlərində çıxış yolları mümkündür”.
Bildirilib ki, bu ilin sentyabrında BMT-nin Baş katibinin təşəbbüsü ilə iqlim dəyişikliyi ilə bağlı sammit keçiriləcək. Həmin sammitdə ölkə rəhbərləri 2015-ci ildə Parisdə imzalanacaq yeni müqavilənin əsası olacaq birgə qərar qəbul etməlidirlər.
ARDNŞ-in Ekologiya İdarəsinin elm və texnika şöbəsinin rəisi Məhərrəm Mehtiyev IPCC-nin işçi qrupları haqqında ətraflı məlumat verərək qeyd edib ki, bundan əlavə, tullantıların inventarlaşmasını aparan xüsusi qrup da mövcuddur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişikliyi və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov istixana effekti yaradan qazların son 30-40 ildə qalxmasını nəzərə çatdırıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının milli əlaqələndiricisi İsa Əliyev bildirib ki, dünya tullantılarının böyük əksəriyyəti ABŞ, Yaponiya, Çin, Hindistan və s. kimi ölkələrin payına düşür. Çin 7 milyard ton tullantısı olmaqla ABŞ-ı geridə qoyub. Azərbaycanın dünya tullantılarında payı 0.1 faiz təşkil edir. Bu da onu göstərir ki, bizim tullantılar qlobal istiləşməyə bir o qədər də təsir etmir.
Xəbər lenti
Hamısına baxElm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41

