Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri xalqımızla həmrəylik nümayiş etdirirlər
06.08.2014 [09:45]
Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etmələri ilə əlaqədar xalqımıza dəstək vermək məqsədilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru, professor Akkan Suver, ehtiyatda olan general - mayor Necdet Timur, ehtiyatda olan general -polkovnik Yüksel Önel və digər şəxslərdən ibarət geniş nümayəndə heyəti ölkəmizin İstanbuldakı baş konsulluğunu ziyarət edib.
Qonaqları səmimiyyətlə salamlayan baş konsul Həsən Zeynalov son günlər Ermənistan tərəfindən atəşkəs rejiminin daha intensiv şəkildə pozulmasının səbəbləri, Azərbaycanın sürətli inkişafının regional proseslərə təsiri və digər məsələlərdən bəhs edib. Türkiyə ictimaiyyəti tərəfindən bütün dövrlərdə Azərbaycana geniş dəstək verildiyini diqqətə çatdıran baş konsul bildirib ki, iyulun 31-dən bəri Türkiyənin tanınmış ziyalıları, media təmsilçiləri, elm və mədəniyyət xadimləri, sadə vətəndaşlar Azərbaycana olan tükənməz sevgi və məhəbbətlərini, qardaş dəstəklərini müxtəlif formalarda çatdırırlar. Onlar baş konsulluğa gəlir, Azərbaycan ilə tam həmrəy olduqlarını xalqımıza çatdırmağı xahiş edirlər.
Dağlıq Qarabağ probleminin tarixi və keçmiş SSRİ-nin süqutu ərəfəsində yenidən ortaya çıxmasının səbəblərinə toxunan H.Zeynalov bildirib ki, ermənilər vasitəsilə Azərbaycana qarşı həyata keçirilən ərazi münaqişəsi və uydurma “erməni soyqırımı” məsələsi bir-biri ilə sıx bağlı olan məsələlərdir. Bu problemlər bundan sonra da maraqlı qüvvələr tərəfindən qaldırılacaqdır. Odur ki, Dağlıq Qarabağ münaqişəsi ilə uydurma “erməni soyqırımı”nı biri-birindən ayırmadan düşmənə qarşı informasiya cəbhəsində mübarizə daha da əlaqələndirilmiş formada aparılmalıdır. Bu istiqamətdə atılan addımlar mövsümü xarakter daşımamalı, bütün təsirli vasitələrdən istifadə olunmalıdır.
Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmasının Türkiyə ictimaiyyəti tərəfindən böyük kədər və etirazla qarşılandığını diqqətə çatdıran professor Akkan Suver bildirib ki, Ermənistan rəhbərliyi baş verən hərbi cinayətə görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır.
Son illər Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan qürur duyduqlarını ifadə edən yüksək rütbəli keçmiş hərbiçilər N.Timur və Y.Önel bildiriblər ki, Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad etməyə qadirdir və Türkiyə ictimaiyyətinin bütün təbəqələri, o cümlədən ehtiyatda olan hərbiçilər hər zaman Azərbaycan xalqını dəstəkləyirlər.
Çıxışlarda qeyd olunub ki, kənar qüvvələrin təsiri və özlərinin xislətindən irəli gələn əsassız iddialarla Azərbaycan xalqına qarşı ağır cinayətlər törədən erməni millətçiləri və təcavüzkar Ermənistan dövləti Azərbaycan tərəfinin sülh çağırışlarına və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına göstərdiyi səylərə dəyər vermir. Son günlər təcavüzkar Ermənistanın hərbi birləşmələri tərəfindən atəşkəs rejiminin pozulması və onun ağır nəticələri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan tərəfini sülh danışıqları cəhdlərindən yayındırmaq məqsədi daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22

