/ / Azərbaycanda ilk dəfə kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi əməliyyatı həyata keçirilib
Azərbaycanda ilk dəfə kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi əməliyyatı həyata keçirilib
23.09.2014 [09:35]
Azərbaycan səhiyyəsi yeni bir uğura imza atıb. Belə ki, bu günlərdə Mərkəzi Klinikada ölkəmizdə ilk dəfə olaraq kateter vasitəsilə ürəyin aortal qapağının protezləşdirilməsi əməliyyatı icra edilib. Əməliyyat Mərkəzi Klinikanın baş həkimi, ürək-damar cərrahı Kamran Musayev və komandası tərəfindən həyata keçirilib.
Ürəyin qapaq xəstəlikləri ölkəmizdə də kifayət qədər geniş yayılıb. Son illərdə qapaq xəstəliklərinin müalicəsində də ölkəmizin kardiologiyası və ürək-damar cərrahiyyəsi ciddi nailiyyətlər əldə edib.
Qapaq xəstəliklərinin müalicəsində ən müasir nailiyyət ürək qapaqlarının kateter vasitəsilə protezləşdirilməsidir. Xüsusilə yaşlı və ciddi riskli xəstələrdə bu metod effektiv bir metod kimi qəbul olunur. Çünki bu xəstələrdə açıq (klassik) metodla əməliyyatın riski olduqca yüksəkdir.
Kamran Musayevin AzərTAc-a verdiyi məlumata görə, TAVİ (transcatheter aortic valve implantation) adlanan bu əməliyyat dünyanın ən qabaqcıl ölkələrində son 10 ildə tətbiq olunmağa başlayıb. ABŞ-da 2007-ci ildən etibarən tətbiq olunur. Bu metod ciddi riskli qapaq xəstələri üçün bir ümid yeri, həyat qurtarıcı bir alternativ təşkil edir.
“Xəstəmiz 79 yaşında qadın idi. Yaşını və yanaşı xəstəliklərini nəzərə alaraq klassik cərrahiyyənin yüksək riskli olduğunu düşündük və TAVİ metodu ilə xəstəmizi müalicə etməyə qərar verdik. Lazımi hazırlıq prosedurlarından sonra xəstəmizdə TAVİ əməliyyatını uğurla icra etdik. Onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat üçün ciddi infrastruktur və kadr hazırlığı tələb olunur. İki ilə yaxındır ki, biz Mərkəzi Klinikada bu əməliyyatları keçirmək üçün hazırlaşırdıq. Hərtərəfli hazırlıqları başa vurduqdan sonra bu əməliyyatları icra etməyə başlamışıq. Bu əməliyyatlar tam bir komanda işidir. Klinikamızda da kardioloqlar, kardiocərrahlar, anestezioloqlar və reanimatoloqların birgə əməyi nəticəsində TAVİ əməliyyatını icra edə bildik. Xüsusi kateterlər vasitəsilə ürəyin zirvə nahiyəsindən aortal qapağı implantasiya etdik. Açıq ürək əməliyyatına, ürəyin dayandırılmasına, süni ürək qan dövranına ehtiyac olmadan əməliyyatı uğurla başa vurduq” - deyə, Kamran Musayev qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

