/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Kaluqa vilayətində azərbaycanlı birinci kurs tələbələri üçün seminar keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Kaluqa vilayətində azərbaycanlı birinci kurs tələbələri üçün seminar keçirilib
23.09.2014 [09:36]
Sentyabrın 20-21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Kaluqa vilayətindəki “Etnomir” Mədəniyyət və Təhsil Mərkəzində Moskvanın və Rusiya regionların ali məktəblərində təhsil alan azərbaycanlı birinci kurs tələbələri üçün səyyar seminar keçirilib.
RAGB idarə heyətinin üzvü Emin Hacıyev tədbiri açaraq birinci kurs tələbələrini qəbul imtahanlarını uğurla başa çatdırmaları və Rusiya Federasiyasının ali məktəblərinə daxil olmaları münasibətilə təşkilatın sədri Leyla Əliyevanın adından təbrik edib. O, azərbaycanlı gənclərin xaricdə, o cümlədən Rusiyada təhsil almasına ayrılan diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib.
E.Hacıyev tədbir iştirakçılarına Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti və təşkilatın müxtəlif sahələrdə qarşıdakı planları barədə ətraflı məlumat verib.
RAGB tərəfindən keçirilən tədbirlər haqqında slayd-şou göstərilib. Qeyd edilib ki, Rusiyanın ali məktəblərinin çoxunda hər il Azərbaycan Mədəniyyəti günləri və həftələri, Azərbaycanla bağlı konfranslar, tolerantlıq günləri, konsertlər, foto-sərgilər təşkil edilir. RAGB hər il Xocalı faciəsinə həsr edilmiş konfranslar keçirir.
E.Hacıyev Leyla Əliyevanın təşəbbüsü ilə ətraf mühitin mühafizəsi üzrə həyata keçirilən İDEA beynəlxalq kampaniyasından söhbət açaraq bildirib ki, İDEA kampaniyasının devizi belədir: “Bir Yer - bir gələcək”. O, gəncləri bu kampaniyaya qoşulmağa çağırıb. Qeyd edilib ki, xeyriyyəçilik tədbirlərinə böyük diqqət yetirən RAGB ildə iki dəfə “Qanın milləti yoxdur” aksiyası keçirir.
Təşkilat gənclər arasında idman və intellektual yarışlar, Heydər Əliyev Kuboku uğrunda mini-futbol çempionatı, ŞHK komandalarının çıxışlarını, nərd turnirləri, “Nə? Harada? Nə vaxt?” oyunları, “Voroşilov atıcısı” yarışları və başqa tədbirlər keçirir. E.Hacıyev bütün birinci kurs tələbələrini RAGB ilə fəal əməkdaşlığa dəvət edib.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova tədbir iştirakçılarına səfir Polad Bülbüloğlunun salamlarını və təbriklərini çatdırıb. O qeyd edib ki, səfirliyin qapıları Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin üzünə həmişə açıqdır. N.Axundova deyib: “Sizin bəxtiniz gətirib ki, Rusiyada çox mühüm təşkilati, ictimai və siyasi vəzifələr yerinə yetirən RAGB kimi bir təşkilat fəaliyyət göstərir”.
Kaluqa vilayəti İctimai Palatasının üzvü Aleksandr Smirnov birinci kurs tələbələrinə uğurlar arzulayıb, millətlərarası dostluğun və əməkdaşlığın möhkəmlənməsində Azərbaycanlı Gənclər Təşkilatının rolunu qeyd edib.
RAGB nəzarət-təftiş komissiyasının üzvü Samir Əliyev, RAGB Kaluqa bölməsinin sədri Ramin Rəcəbov, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndəsi Aybəniz Rüstəmova və başqaları birinci kurs tələbələrini təbrik edərək onlara təhsildə uğurlar arzulayıblar.
Sonra tələbələr Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı, RAGB sədri Leyla Əliyevaya təşəkkür bildiriblər. Çıxış edənlər gənclərin Rusiyada təhsil alması üçün yaradılan imkanlara, gənclərin problemlərinə göstərilən diqqətə görə Azərbaycan rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Seminar iştirakçıları RAGB-nin fəaliyyəti və bu təşkilatın fəalları ilə tanış olub, qeyri-formal təhsil üzrə mütəxəssislərin rəhbərliyi ilə xüsusi treninqlərdə iştirak ediblər.
Seminarın sonunda tələbələr RAGB üzvlüyünə qəbul ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

