Tələbələr IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları ilə görüşüblər
02.10.2014 [09:50]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu oktyabrın 2-3-də keçiriləcək IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn görkəmli ictimai-siyasi xadimlər, alim və tədqiqatçılarla tələbələrin silsilə görüşlərini təşkil edir.
Bilik Fondunun İnformasiya Təminatı sektorundan AzərTAc-a bildiriblər ki, oktyabrın 1-də italiyalı professorlar Bakı Slavyan Universitetində (BSU) olublar. BSU və Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən görüşdə tanınmış naşir Sandro Tetti, Florensiya Universitetinin professoru Franko Kardini, Con Hopkins Universitetinin professoru Paolo Karzini, Vatikan Universitetinin professoru Canfranko Kofelle maraqlı fikirlər səsləndiriblər.
BSU-nun rektoru, professor Asif Hacıyev İtaliya universitetləri ilə əlaqələrin daha da genişlənməsinin hər iki ölkənin təhsil sistemindəki rolundan danışıb. Rektor BSU-da Beynəlxalq münasibətlər üzrə təhsil alacaq iki italiyalı tələbəni və onların valideynlərini qonaqlarla tanış edib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov fondun fəaliyyət planlarından bəhs edərək bildirib ki, rəhbərlik etdiyi qurum xarici tələbələrlə birgə layihələr həyata keçirəcək, tanınmış alimləri ölkənin müxtəlif bölgələrində elmin müxtəlif sahələrinə dair mühazirələrə cəlb edəcək. İcraçı direktor Azərbaycan dilini öyrənmək istəyən xarici tələbələrə Bilik Fondunun dəstək olacağını vurğulayıb.
İtaliyalı professorlar tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
Sonda Bilik Fondu qonaqlara hədiyyələr təqdim edib. İtaliyalı qonaqlar səmimi keçən görüşdən razı qaldıqlarını bildiriblər.
Beynəlxalq Humanitar Forumun digər iştirakçısı, Fransanın İnalko Universitetinin professoru Mishel Bozdemir BSU-nun filologiya fakültəsinin fransız dili ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb. “Fransada Azərbaycan dilinin tədrisi” mövzusunda məruzə ilə çıxış edən M.Bozdemir beynəlxalq səviyyəli tədbirlərin ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Fransalı professor tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16

