Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
18.10.2014 [11:03]
Dünən Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. İclasda Gəncə Ağır Cinayətlər Məhkəməsinin “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində, həmçinin, “Azpolitika.info” saytında 2014-cü ilin əvvəlindən başlayaraq gedən bir sıra materiallarla bağlı müraciətinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İqbal Məmmədovun “dia.az” saytı ilə əlaqədar şikayətinə baxılıb, “pia.az” saytının fəaliyyətindəki narazılıq doğuran cəhətlər ətrafında müzakirələr aparılıb.
İclasda öncə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İqbal Məmmədovun “dia.az” saytı ilə əlaqədar şikayəti araşdırılıb.
Şikayətlər üzrə Komissiya müzakirələrdən sonra belə rəyə gəlib ki, məsələnin məğzində jurnalistin konkret təmənnanın ödənilmədiyi təqdirdə öz peşə səlahiyyətlərindən sui-istifadəyə yol verməsi dayanır. Belə hallar isə qələmə alınmış materialın obyektivliyinə şübhə yaradır. Saytın rəhbəri M.Ərsoy Şikayətlər üzrə Komissiyanın iclasına qatılmadığından cavabdeh tərəf kimi yazdığını əsaslandırmır. Belə olan halda, məsələnin Şuranın “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasında araşdırılması zərurəti yaranır.
Eyni rəy “pia.az” saytı barədə də çıxarılıb. Bu zaman sözügedən internet xəbər portalının fəaliyyəti ilə bağlı Şuraya son zamanlar daxil olmuş müraciətlərdə ifadə olunan motivlər əsas götürülüb. Şuranın “pia.az” saytı ilə əlaqədar yekun qərarının “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının rəyinə əsaslanmasının vacibliyi önə çəkilib.
İclasda müzakirə edilən sonuncu məsələ Gəncə Ağır Cinayətlər Məhkəməsinin “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində, həmçinin, “Azpolitika.info” saytında 2014-cü ilin əvvəlindən başlayaraq gedən bir sıra materiallarla bağlı müraciəti olub. Cavabdeh tərəf qismində “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseynov və “Azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmli iştirak edib. Onların hər ikisi məsələ ilə bağlı mövqelərini bildiriblər.
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası belə rəyə gəlib ki, “Azadlıq”, “Yeni Müsavat” qəzetləri və “Azpolitika.info” saytı “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.10-cu bəndinin “cinayət əməli törətməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülmüşsə, bu mövzuda məhkəmənin obyektivliyinə təsir göstərəcək reportajlar hazırlanmamalı, hazırlanan reportajlarda isə bütün tərəflərin fikirləri əks olunmalıdır” tələbini pozub. Həmçinin, bu tələbin gözlənilməməsi AJPDQ-nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinin “jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır” tələbinin pozulmasına da səbəb olub. Buna görə də, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinə və “Azpolitika.info” saytına Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq edilir. Komissiya həm bu KİV-ləri, eləcə də müraciətdə adı çəkilməyən, ancaq oxşar yazıların verildiyi digər media orqanlarını materiallarında ölkə qanunvericiliyinin tələblərinə riayət etməyə çağırır, onlara cəmiyyətdə çaşqınlıq yaratma ehtimalı yüksək olan, ədalət mühakiməsinin, bu və ya digər məsələ ilə bağlı yekun qərarına təsir göstərə biləcək məqamları gündəmə gətirməkdən uzaq durmağı, yaradıcılıq nümunələri hazırlayarkən həssas davranmağı tövsiyə edir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32

